29.02.2024, 11:05 - Baxış sayı: 65

Rusiyada “Nizami və Nəvai: böyüklüyü birləşdirən adlar” adlı kollektiv monoqrafiya nəşr olunub


Rusiyada “Nizami və Nəvai: böyüklüyü birləşdirən adlar” adlı kollektiv monoqrafiya nəşr olunub

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin dəstəyi ilə N.Gəncəvi və Ə.Nəvainin xatirələrinə həsr edilmiş Moskva Forumunun materialları əsasında “Nizami və Nəvai: böyüklüyü birləşdirən adlar” adlı kollektiv monoqrafiya nəşr olunub.
Monoqrafiya, dahi şairlərin - Nizami Gəncəvi və Əlişir Nəvainin xatirələrinə həsr olunmuş Rusiya, Azərbaycan, Qazaxıctan, Özbəkistan və Tacikistan alimlərinin birgə iştirakı ilə keçirilən silsilə forumların materialları əsasında hazırlanmışdır. Toplu iki qardaş xalqın - Azərbaycan və Özbəkistanın iki dahi oğlunun yaradıcılıqlarını birləşdirən bağların tədqiqinə həsr olunmuş materiallardan ibarətdir.
M.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri institutunun, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin və AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şuraları tərəfindən təsdiq edilmiş monoqrafiyanın elmi redaktorları A.Kudelin, İ.Həbibbəyli, məsul redaktorları və tərtibçiləri İ.Məlikov, A.Ə.Gözəlov, J.S.Sızdıkovadır.
Qeyd edək ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə redaksiya heyətinin üzvüdür. Həmçinin İlham Məmmədzadənin topluda "Наследие Низами и наше сознание" adlı məqaləsi nəşr olunub.