28.02.2024, 10:03 - Baxış sayı: 98

Təcrübə keçən tələbələrlə dəyirmi masa keçirilib


Təcrübə keçən tələbələrlə dəyirmi masa keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) ixtisası üzrə elmi təcrübə keçən IV kurs tələbələri ilə dəyirmi masa keçirilib.
Şöbənin aparıcı elmi işçisi, s.e.ü.f.d.dos., Şahin Bağırov “Azərbaycan Beynəlxalq sferada xarici siyasəti” adlı mövzu ilə çıxış etdi. Şahin Bağırov tələbələri maraqlandıran sualları ətraflı cavablandıraraq mövzu ətrafında müzakirələr aparıb.
Dəyirmi masada şöbənin əməkdaşları Lalə Mövsümova, Zemfira Məmmədzadə, Şahin Bağırov, Davud Həşimov, Təzəgül Qasımova, Nailə Əlicanova, Şəfa Əsgərova, Günay Cabarova iştirak etdilər.
Təcrübə keçən tələbələrlə dəyirmi masa keçirilib