28.02.2024, 07:05 - Baxış sayı: 161

“Elmi əsərlər” jurnalının növbəti sayı çap olunub


“Elmi əsərlər” jurnalının növbəti sayı çap olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq elmi-nəzəri jurnalı olan “Elmi əsərlər” jurnalının növbəti (№ 2 (41) (2023) sayı çap olunub.
Jurnalda “Süni intellekt və fəlsəfə” bölməsi üzrə İlham Məmmədzadə və Samirə Dadaşova “Fəlsəfə və gələcəyin surətləri”, Агамали Мамедов, Ариз Гезалов (Россия) “Новая” мораль: синтез или альтернатива традициям (социально-философский анализ)”, Şölət Zeynalov “Ulu öndər Heydər Əliyev irsi bilik cəmiyyətində sülhün təminatçısı kimi: münaqişələrə dialoq kontekstindən nəzəri yanaşma”, Bahar Məmmədova “Süni intellekt müasir fəlsəfi problem kimi”, “Fəlsəfi baxış və yanaşmalar” bölməsi üzrə Faiq Ələkbərli “XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi-fəlsəfi ideyalar” Элина Усовская (Беларусь) “Обращение к прошлому в контексте мемориального поворота постмодерна”, Nicat Məmmədov “XX əsrin əvvəlləri Azərbaycanda maarifçi istiqamətin yaranmasını şərtləndirən amillər”, Rasim Məcidov “İslam mədəniyyətinin fəlsəfi-nəzəri aspektlərinə metodoloji yanaşma prinsipləri” “Siyasi elmlər: nəzəriyyə və reallıqlar” bölməsi üzrə Bəhruz Quliyev “Azərbaycan siyasi jurnalistikasının ermənilərin ideoloji təcavüzünə qarşı mübarizəsı”, Лала Мехтиева “Понятие и содержание концепции конституционного права на охрану здоровья Азербайджанской Республике”, Анар Багиров “Bопросы соотношения власти и идеологии итальянской политической мысли”, Fəqan Tahirli “Azərbaycanda davamlı enerji təminatının mühüm xüsusiyyətləri”, Lalə Cəfərova “Qlobal idarəetmədə siyasi institutların rolu”, “Davamlı inkişaf və sosioloji araşdırmalar” Mustafa Otrar, Mustafa Sünger (Türkiye) “Gönüllükte kullanıcı dostu sosyal sermaye ölçesi (GSSS) Azerbaycan diline uyarlanması: geçerlilik çalışması”, Hafizə İmanova “İqlim dəyişikliyinin cəmiyyətə təsirinin sosial nəticələrlə qarşılıqlı əlaqəsində torpağın rolu” Afaq İmanova “Davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatlar”, Azadə Quliyeva “Davamlı inkişafda dini dəyərlər” məqalələri yer alıb.
Həmçinin jurnalın “Yubileylər” bölməsində Sənan Həsənov, Şölət Zeynalov Filosof ömrü: İlham Məmmədzadə -70, Zeynəddin Şabanov “Əbülhəsən Abbasov -70. Elmi yaradıcılıq diapazonu çoxşaxəli olan görkəmli filosof” Nailə Əsədova “Adil Əsədov – 65. Azərbaycan filosofu Adil Əsədov” yazıları nəşr edilib.