Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Xocalı şəhidlərinin xatirəsi sükütla yad edilib.
Tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli açaraq bildirib ki, bu il Xocalı faciəsinin il dönümü ölkəmizin hər yanında qeyd edildiyi kimi, həm də işğaldan azad edilmiş Xocalıda da yad edilir və buna görə Xocalı şəhidlərinin ruhları da şaddır.
Eynulla Mədətli çıxışı zamanı vurğulayıb ki, hər bir vətəndaşımız tarixə qanla yazılan bu hadisələri unutmamalı və gələcək nəsillərə də unutdurulmamalıdır: “Həm XX əsrin əvəllərində, həm də əsrin sonlarında xalqımıza qarşı törədilən bu soyqırımların tarixləri müxtəlif olsa da lakin eyni düşmən tərəfindən törədilib. 31 mart və Xocalı qırğınları zamanı qocalara, qadınlara, körpə uşaqlara rəhm edilmədi. Məhz buna görə də yaddaşlarda tarixi keçmişi qoruyub saxlamalıyıq.”
Sonra f.e.d., professor Adil Əsədov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli, Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) fakültəsinin tələbəsi Toğrul İmanov, f.ü.f.d., dosent Radif Mustafayev, f.ü.f.d., dosent Məhəmməd Cəbyarılov, f.ü.f.d., dosent Hüseyn İbrahimov, f.e.d Füzuli Qurbanov, f.e.d., professor Rəfiqə Əzimova çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.
Qeyd edək ki, tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində elmi təcrübə keçən Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) fakültəsinin IV kurs tələbələri də iştirak edirdi.