23.02.2024, 12:12 - Baxış sayı: 182

Fəlsəfə və Sosiologiya İnstitutunda təcrübə keçən tələbələrlə görüş keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda təcrübə keçən tələbələrlə görüş keçirilib

Fevralın 23-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində elmi təcrübə keçən Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) IV kurs tələbələri ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadənin görüşü olub.
Professor İlham Məmmədzadə tələbələrə İnstitutda aparılan elmi tədqiqat işlərindən, alimlərimizin fəaliyyətindən, İnstitutda fəaliyyət göstərmiş və hazırda çalışan filosof alimləri haqqında ətraflı çıxış edərək gənclərə müasir elmi biliklər, milli ideya və azərbaycançılıq ideologiyasının fəlsəfi problemləri haqqında, sosial elmlər haqqında, identiklik, milli ideya, ideologiya regionşünaslıq, fəlsəfə və siyasət, fəlsəfə və etika, tarixi yaddaş və s. mövzular haqqında məlumat vermişdir.
Görüşdə Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, Eynulla Mədətli, “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsinin müdiri, f.e.d., professor Rəna Mirzəzadə, İnstitutun elmi katibi f.ü.f.d. dos., Sevinc Həsənova, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, universitetin müəlliməsi Əzizova Mahirə və şöbə əməkdaşları f.e.d. Lalə Mövsümova, siyasi elmlər üzrə fəlsəfə doktorları Şahin Bağırov, Davud Həşimov, Etibar Məmmədov, elmi işçi Sevinc Quliyeva, elmi işçi Nailə Əlicanova, Şəfa Əsgərova və Günay Cabarova iştirak ediblər.
Tələbələr onları maraqlandıran suallarla professor İlham Məmmədzadəyə müraciət etmişlər.
Alimlərin tələbələri maraqlandıran suallarla və cavabları əsasında görüşü sona çatmışdır.
Fəlsəfə və Sosiologiya İnstitutunda təcrübə keçən tələbələrlə görüş keçirilib