Birinci vitse-prezidentlik təsisatı-dövlət idarəetməsində islahatların Uğur siyasi fəlsəfəsidir
“Heydər Əliyev əlçatmaz, ideal və mənim həyatımda əsas müəllimdir”.
Birinci vitse-prezident
Mehriban xanım Əliyeva
Müstəqil Azərbaycanda dövlət siyasi-idarəetmə institutunda dövrün tələblərinə uyğun təkmilləşdirilmənin daha operativ və effektivliyi yolunda demokratik yenilənmələrin milli qanunvericilik əsasında ölkədə çoxsahəli islahatlar kursu aparılır. Bu zəmində dövlət və hakimiyyət sferasındakı islahatlar hədəfinin daxili sosial əsası dayanıqlı inkişaf, yolu modern güclü dövlət, strateji xətti - milli təhlükəsizliyinin qorunması; daxili siyasəti - vətəndaşın rifahlı cəmiyyətdə yaşamı, xarici siyasəti - qarşılıqlı beynəlxalq əməkdaşlıq, amalı - Sülh və Həmrəylikdir.
Nəzərə yetirək ki, XXI əsrin dəyişən nizamı hər bir dövlət idarəçilik sistemində zamana adaptik islahatlar və yenilənmə mexanizmlərini tələb edir.
Dünyanın geosiyasi yeni reallıqları zəminində Prezidentlik institutunun strateji-siyasi xəttində ictimai-mədəni-humanitar tələblər də islahat mexanizmində çevikliyi zəruriləşdirir. Bu mənada da idarəetmə sahəsində Yeni Dövrdə tələblərə uyğun nailiyyətlərin əldə edilməsində institutsional qurumlarda da yenilənmələrə ehtiyac yaranır. Bu baxımdan Prezidentlik İnstitutunun əsas və mühüm tərkib hissəsi Birinci vitse-prezidentlik təsisatının yaradılması da ölkədə islahatlar mexanizmində önəmli fəaliyyəti ilə dəstəkverici struktur vahidi olaraq Azərbaycanın modernləşməsində əhəmiyyətli komponentdir.
Dünya siyasi sistemində vitse-prezidentlik təsisatı da Prezident İnstitutu kimi ilk dəfə ABŞ-da formalaşmışdır. İlk vitse-prezident ABŞ-da 1789-cu ildə Con Adams olmuşdur. Vitse prezident ABŞ federal hökümətinin icraedici strukturunda ABŞ prezidentindən sonra ikinci məsul şəxsdir, ABŞ Konqresinin yuxarı palatasından Senata rəhbərlik edir, hakimiyyətin həm qanunverici, həm də icraedici qoluna mənsubdur (2).
Nəzərə yetirək ki, ABŞ-da və bir sıra ölkələrdə prezident seçkilərində vitse-prezident də seçilir. Belə ki, prezident işləmək istədiyi vitse-prezidentin öz namizədinin adını seçkidə təqdim edir. Onu da qeyd edək ki,ABŞ-da prezidentin siyasətinə qarşı vitse-prezidentin etiraz etmə səlahiyyəti yoxdur.
Bəs vitse-prezidentlik təsisatının prezidentlik institutunda komponentləri nələrdir...
Vitse-prezident təsisatı siyasi-nəzəri, elmitədqiqi nəzərdən bir sıra vacib istiqamətləri ehtiva edir. Bu: birincisi, prezidentdən sonra ikinci məsul şəxs olması və bəzi hallarda prezidenti əvəz etməsi; onun vəzifə səlahiyyətlərini icra etmək; ikincisi, vəzifə səlahiyyətlərini müəyyən sahələr üzrə prezident köməkçisi rəhbərləri arasında istiqamətləndirmək; üçüncüsü, vitse-prezident kimi öhdəsinə düşən vəzifələrin də yerinə yetirilməsidir.
Dünya dövlətləri təcrübəsinə əsasən aydınlaşır ki, vitse-prezidentin də müəyyən məqamlarda səlahiyyətlərini onun köməkçiləri icra edir, yəni bu vəzifələr konstitusiyaya əsasən həyata keçirilir. Vitse-prezidentlik təsisatı da Ali statuslu dövlət Rəhbəri məqamıdır.
Vitse-prezidentlik institutununda müəyyən nəzəri-siyasi əsasları vardır. İlk öncə dövlət siyasi hakimiyyətində səlahiyyətlərin sahəvi qollara bölünmə mexanizmi; sonrası icraetmənin şaxələndirilərək çox istiqamətli mahiyyət daşıması, daha sonra isə dövlət idarəetməsinin fərdi-yəni tək prezident deyil, həm də Rəhbərlik statusunun demokratik və qanunvericiliyə nəzərən bölünərək, iyeraxrik həyata keçirilməsini zərurələndirir. Bu nəzəri-siyasi əsaslar vəhdət təşkil edir, dövlətin daha da optimallaşdırılaraq, çevik idarəetmənin qanunvericiliyə əsasən möhkəmlənməsini şərtləndirir.
Bu nöqteyi baxımdan Azərbaycanda 2017-ci il 21 fevraldan vitse-prezidentlik institutu konstitision əsaslarla formalaşdırılıbdır. Belə ki, 2016-cı il sentyabrda Konstitusiyaya dəyişiklər və əlavələrlə bağlı keçirilən Referendiumda vitse-prezident təsisatı da öz təsbitini tapmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə olunan 103.1 maddəsi“Azərbaycan Respublikası vitse-prezidentləri” adlanır və orada yazılır ki: “Azərbaycan Respublikası Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir”(1;39).
Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin birinci bəndində “Azərbaycan Respublikası Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir” təsbitini tapmışdır (1;40).
Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 108.1 maddəsi “Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı” adlanır və orada “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir” təsbit olunubdur (1;43) və 110.1 maddəsi isə “Dövlətlərarası və hökümətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi” adlanır və orada “Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökümətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə ... digər şəxslərə verə bilər” təsbit olunubdur (1;46).
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il “M.A.Əliyevanın Azərbaycan Respublikasının vitse-prezidenti təyin edilməsi haqqında” Sərəncamı (5) müstəqil respublikada ilk vitse-prezidentlik institutu, yenilənən Azərbaycanda islahatların yeni siyasi fəlsəfəsidir.
Müasir Azərbaycanda konstitusion əsaslarla ilk dəfə yaradılan Birinci vitse-prezidentlik təsisatı 2017-ci ildən başlayaraq yeni və faydalı bir dövlət siyasi idarəetmə sistemi olaraq ölkədə Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə səmərəli, çevik fəaliyyət aparır. Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının Sədr müavinidir” (3).
Nəzərə yetirək ki, 2017-ci ildən başlayaraq Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentin katibliyi də yaradılmış, çevik yeni təsisat kimi geniş fəaliyyətə start verilmişdir. Bəlli ki, məhz Xanım Mehriban Əliyeva bu illər müddətində – Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin sabiq deputatı, eks UNESKO və hazırda da İSESKO-nun xoş məramlı səfiri olaraq çoxşaxəli fəaliyyətindən irəli gələn təcrübəsi də önəmli əhəmiyyət daşıyır. Həmçinin Xanım Mehriban Əliyevanın bacarıqlı idarəçilik qabiliyyəti, təşkilatçılıq təcrübəsi, xarizmatik xüsusiyyətləri, milliliyi modernliklə vəhdətdə ehtiva etməsi XXI əsr Azərbaycan qadınının ictimai-siyasi-mədəni RƏHBƏR obrazıdır.
Bu baxımdan Xanım Mehriban Əliyevanın Birinci vitse-prezidentlik təyinatında Heydər Əliyev Fondu tərəfindən onun rəhbərliyi ilə reallaşdırılan çoxşaxəli beynəlxalq layihələrin və daxili sosial siyasifəaliyyətdə rolu da əhəmiyyət daşımışdır.
Nəzərə yetirək ki, Azərbaycan xalqı Xanım Mehriban Əliyevanı bir güvənc, bir ümid, bir etimad göstərdikləri Ali statuslu Rəhbər kimi qəbul edirlər.
Buradaca digər bir önəmli məsələyə də nəzər yetirək. Belə ki, müstəqil Azərbaycanda Birinci Xanım statusu, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı dövrdən Xanım Mehriban Əliyevanın şəxsində reallaşıbdır. Ölkə Prezidentinin sədaqətli həyat yoldaşı və silahdaşı Xanım Mehriban Əliyevanın respublikanın mədəni-humanitar, ictimai-siyasi, eləcə beynəlxalq müstəvidə tanınmasında təkzib olunmaz ictimai-diplomatik fəaliyyəti çoxspektrlidir. Bu kontekstdən Birinci vitse-prezident Mehriban Əliyevanı Azərbaycan xalqı Birinci Xanım missiyasında - bütün hadisə və proseslərin mərkəzində, öz diqqəti, öz münasibəti, öz vətənsevər humanizmi ilə ölkə vətəndaşlarına olan sayğı və qayğısında görür və həyatlarında hiss edirlər.
Xanım Mehriban Əliyevanın Birinci vitse-prezident statusu Azərbaycan xalqı tərəfindən məntiqi qərar olaraq qəbul olunaraq, ölkə vətəndaşları tərəfindən müsbət dəstək qazandı. Bu dəstək məhz Xanım Mehriban Əliyevanınonilliklər ərzində formalaşan Rəhbər Qadın, Rəhbər Birinci Xanım və sadəliyin bariz nümunəsi olaraq, xalqının Vətənsevər övladı kimi “Sizin Mehriban” imzasında təsdiq olundu. Ölkə vətəndaşları mütəmadi olaraq Birinci Xanımı insanların sırasında,öz yaxınlıqlarında görməyə alışmışlar. Bu Xanım Mehriban Əliyevanın insanpərvərliyindən, daşıdığı Ali statusa rəğmən genetik xarakterindən, ziyalılığından və yüksək kübar keyfiyyətlərindən irəli gələn elit mədəniyyətidir. Məhz bu komponentlər də Xanım Mehriban Əliyevanı xalqının ümid, inam ünvanına və sevimlisinə,“Bizim MEHRİBAN” imzasına çevirmişdir.
Birinci vitse-prezident Xanım Mehriban Əliyeva vurğulayır ki: “Prezidentin etimadını, ən başlıcası isəmənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”(4). Bu nöqteyi-nəzərdən də “Cəmiyyətdə Xanım Mehriban Əliyevanın nüfuzu şəksizdir, praktiki olaraq ölkənin bütün ictimai-siyasi fəaliyyətində iştirak edir, idarəetmə fəaliyyətində zəngin təcrübəyə malikdir” – fikri “Rossiya 1” telekanalının aparıcısı D.Kiselyova məxsusdur.
Birinci vitse-prezidentin işğaldan azad edilən torpaqların, Qarabağın yenidən Qurulması və Dirçəldilməsində fəaliyyətinin əsasında onun Xalqa xidmətsiyasi fəlsəfəsinin təməli, məhz sevdiyi xalqının xoş gələcəyi, firavan həyat tərzi istəyi, Ulu öndər Heydər Əliyev dərslərinin təcrübəsi dayanır.
Xanım Mehriban Əliyeva həm Vətən müharibəsindən öncə, həm də post-müharibə dövründə dünyada Azərbaycanın Ali statuslu Qadın Rəhbəri və Xalqının sülhməramlı elçisi olaraq sabitlik, sülh, mədəniyyətlər və dinlərarası dialoq müstəvisində, bərabər dinc yaşamaq, təhlükəsiz, müharibəsiz dünya, insanlığın sivil tərəqqisini dəstəkləyən, haqq-ədalətin reallaşdırılmasına dair çağırışlarla ölkə Milli Məclisinə müraciət ünvanlayan, beynəlxalq ictimaiyyətə “Sülh, Həmrəylik, Bərabərlik” ideyaları ilə səslənmişdir.
Xanım Mehriban Əliyevanın ölkə sərhədlərindən də uzaqlarda təhsil, sağlamıq, təbii fəlakətlər zamanı yardım və xeyriyyəçilik missiyası, həm Qərb, həm də Şərq məkanı ölkələrini əhatə edir.
Xanım Mehriban Əliyevanın təşəbbüs və rəhbərliyi ilə gerçəkləşdirən humanitar-mədəni aksiyalar məhz bu qəbildən olan fəalliyyət komponentləridir.
Türkiyədə 2023-cü il fevral zəlzələsində ilk yardım edilməsi, Pakistanda səhiyyə ocağına yardım, qızlar üçün məktəb tikilməsi və köhnə tədris ocağının təmiri,Versal sarayının bir tərəfi, Strasburqda kilsə Konfederalı, Luvr muzeyi qaleriyasının müəyyən hissəsi, İtaliyada Roma katakombalarının yenidən təmiri, Rusiyanın Həştərxan şəhərində dostluq körpüsünün tikilməsi, eləcə də Rusiyada Müqəddəs Mələksima Knyaz Vladimirə ilk dəfə abidə qoyulması, Belçikada Şahzadə Xanqızı Natəvanın heykəlinin ucaldılması və s. çoxsaylı mədəni aksiyalar humanizmin gerçək göstəriciləri, xeyriyyəçilik Yoludur.
Ölkənin Birinci vitse-prezidenti Cənubi Qafqazda geniş fəaliyyət dairəsi, xarizma və nüfuzu ilə, İslam ölkələrində mənəvi dəyərlərə hörmət, mədəni irsi yaşatmaqdiqqəti ilə, Qərbdə də yüksək intellektli, kübar davranışlı modern və sivil dünyagörüşlü Qadın - Rəhbər, siyasi-ictimai, idarəedici funksiyası ilə, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərli bir Qadın Lider kimi səciyyələndirilir.
Xanım Mehriban Əliyevanın Azərbaycanın və dünyanın çoxsaylı nüfuzlu adları və mükafatları ilə təltif olunması çoxşaxəli fəaliyyətinəverilən qiymətin siyasi fəlsəfəsidir. Təbii ki, bu mükafatlar savad, zəka və qətiyyətlilik, idarəetmədə peşəkarlıq və bilgi, işində iradəli prinsipallıq və humanitarlıq missiyası ilə bahəm yaradıcı ağıl, müllətinə, ölkəsinə, dünya insanlığına olan ülvi yanaşma əksinin siyasi fəlsəfəsidir.
Nəzərə yetirək ki, Birinci vitse-prezidentin yüksək dəyəri, Azərbaycan xalqına “Sizin Mehriban” imzalı müraciəti, ali mükafatı isə Azərbaycan Xalqının “Bizim Mehribanımız” rəğbətindən doğan hörmət və məhəbbətdir.
Xanım Mehriban Əliyeva istər siyasi motivdə, istər ictimai yöndə, yaxud mədəni-sosial zəmində də hər hansı bir fəaliyyətini əzm və onu yüksək səviyyədə həyata keçirir.
Fikrimizi Birinci vitse-prezident Xanım Mehriban Əliyevanın sözləri ilə bitirək: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə məhz bu mənəvi dəyərləri uca tutaraq, ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar” (3). Və... “Bizim Mehribanımızın” dediyi kimi: “Tanrı Azərbaycanımızı qorusun”!
Rəna MİRZƏZADƏ, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA Qadınlar Şurasının sədri, professor