16.02.2024, 15:23 - Baxış sayı: 81

AMEA-da “Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda konfrans keçirilib


AMEA-da “Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda konfrans keçirilib

Fevralın 9-da AMEA Rəyasət Heyətinin və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 11 fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib.“Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda keçirilmiş elmi konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova açaraq tədbir iştirakçılarına AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını və təbriklərini çatdırıb. AMEA Qadınlar Şurasının sədri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə Prezident seçkilərində, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında qadın alimlərimizin fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın qadın alimləri öz fəaliyyətlərində və şəxsi həyatlarında görkəmli oftalmoloq-alim, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın həyat yolunu və zəngin elmi yaradıcılığını nümunə götürürlər. AMEA Qadınlar Şurası sədrinin müavini fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Elmdə qadın liderliyi. Azərbaycan nümunəsi”, AMEA AMEA-da “Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda konfrans keçirilibFəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “İlham Əliyevin dövlət strategiyasında qadın siyasəti”, Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının sədri f.e.d. Lalə Mövsümova, üzvlər - aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru , dosent İradə Zərqanayeva, Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, “Arxiv” şöbəsinin müdiri Sənubər Həşimova iştirak ediblər.
AMEA-da “Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda konfrans keçirilib
AMEA-da “Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda konfrans keçirilib