19.02.2024, 08:02 - Baxış sayı: 485

Dosent Günel Məliklinin görkəmli alim Arif Paşayevin həyat və yaradıcılığına dair "Ədəbiyyat" qəzetində yazısı dərc olunub


Dosent Günel Məliklinin görkəmli alim Arif Paşayevin həyat və yaradıcılığına dair "Ədəbiyyat" qəzetində yazısı dərc olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin görkəmli alim
“Şəxsi və peşəkar keyfiyyətlərin gətirdiyi elmi uğurlar (Arif Paşayev-90)” məqaləsi “Ədəbiyyat” qəzetində nəşr olunub. Məqalə Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, bir çox beynəlxalq akademiyaların üzvü, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin çoxşaxəli fəaliyyətinə həsr olunub.
Yazıda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 1987-1989-cu illərdə akademik Arif Paşayev ilk dəfə olaraq yüksək temperaturda ifrat keçirici halına keçən, yəni müqaviməti sıfır olan maddələri öyrənməyə başlayan ilk alimlərdəndir. Alim keçid xarakteristikalarını dəqiq öyrənmək üçün Fizika İnstitutunda orijinal, proqram təminatlı eksperimental qurğu yaratmışdı. Akademik Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar yaradıb istehsala buraxmışdır. Akademik Arif Paşayevin çoxillik həyat təcrübəsi gənclər üçün bir nümunədir. Arif Paşayevin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında mükəmməl məlumat verən biblioqrafik vəsait elmimizdə mühüm rola malikdir. –deyə G.Məlikli vurğulayıb.