13.02.2024, 11:24 - Baxış sayı: 349

“Milli kimliyimizin idrakı və 44 günlük savaşın fəlsəfəsi” mövzusunda seminar keçirilib


“Milli kimliyimizin idrakı və 44 günlük savaşın fəlsəfəsi” mövzusunda seminar keçirilib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Ədəbiyyat İnstututunun əməkdaşları ilə birlikdə Heydər Əliyevin 100 illiyinə həsr olunan “Milli kimliyimizin idrakı və 44 günlük savaşın fəlsəfəsi” mövzusunda ənənəvi institut seminarı keçirilib. Seminarı f.e.d Füzuli Qurbanov açaraq qonağı və seminar mövzusunu təqdim etdikdən sonra mövzu ətrafında fikir və mülahizələrini iştirakçılar ilə bölüşdü. O, öz çıxışında bildirib ki, milli kimlik və idrak məsələsi çox aspekli və çox komponentli məsələlərdir. Buna müxtəlif, fəlsəfi, filoloji, texniki mövqelərdən yanaşmaq və yaxud da bunların kəsişməsində hansısa idrak mövqeyi tapıb bu barədə təhlil aparmaq olar. Biz gələcəkdə də bu mövzularda mütəmadi olaraq təhlil və mülahizələr aparmalıyıq.
Fikirlərini yekunlaşdıran Füzuli Qurbanov məruzə üçün sözü Namiq Hadiyə verdi. Namiq Hadi öz məruzəsində “Şuürun təkamül təlimlərinə yönəldildiyi varlıq dairəsində elmdən əmələ doğru hərəkətin səmərəsi”, “Quran bəlağətinin söz sənətimizdə tərənnmü”, “ Könlünə Haqq-Təaladan ilham olunan Qorqud Ataya etiqadın “Dünyadan Qopuz!, Allaha doğru qayıdın!” – harayı , “Səmavi dinlərdə Allahın gözəl adı ilə vəsf edilən Babəkin odu idarkın dar məkanı Yerdə bizi ləng isidir” , “44 günlük mübarizə dünyaya ədaləti gətirdi” və tezislərdə çıxış edib.
Məruzədən sonra Namiq Hadiyə mövzu ilə bağlı suallar verildi və seminar qarşılıqlı müzakirələrlə başa çatıb.
“Milli kimliyimizin idrakı və 44 günlük savaşın fəlsəfəsi” mövzusunda seminar keçirilib
“Milli kimliyimizin idrakı və 44 günlük savaşın fəlsəfəsi” mövzusunda seminar keçirilib