09.02.2024, 10:03 - Baxış sayı: 194

"İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində seminar keçirilib


"İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində seminar keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində “Azərbaycanın dövlətçilik ənənəsinə coğrafi məkan kontekstində yeni baxış” mövzusunda seminar keçirilib. Seminarı f.ü.f.d. Məhəmməd Cəbrayılov açaraq məruzə üçün sözü Türkiyə Cümhuriyyəti Kastamonu Universitetinin professoru, Dr. Namiq Musalıya verib.
Namid Musalı çıxışında qeyd edib ki, 1991-ci ildə yenidən siyasi müstəqillik yoluna çıxmış Azərbaycanın tarixi, coğrafiyası və mədəniyyəti İran tədqiqatçılarının kəskin maraq obyektinə çevrilmişdir. Onun fikrincə, bu illər ərzində bəzi İran alimləri tariximizə dair qeyri-elmi baxışın və yanlış yanaşma tərzinin yeni nümunələrini yaratmışlar: “Doktor Bəhram Əmir Əhmədiyanın hicri-şəmsi 1384 / miladi 2005-ci ilin payızında İranın “Beynəlxalq və siyasi mütaliələr dəftərxanası”nda nəşr edilmiş “İran – Azərbaycan Respublikası münasibətləri (azərilərin İrana baxışı)” adlı əsəri də bu qəbildən olan nümunələrdəndir. Həmin kitabda Azərbaycan tarixi tamamilə təhrif olunmuş və saxtalaşdırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan M.Ə.Rəsulzadəyə böhtan atan "İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində seminar keçirilibB.Ə.Əhmədiyan bu dahi şəxsiyyətin mühacirətdə olarkən Azərbaycan Cümhuriyyəti haqqında yazdığı bir əsərdə “qurduğu respublika üçün Azərbaycan adının seçilməsinin yanlış olduğunu qəbul etdiyini” irəli sürür. Halbuki M.Ə.Rəsulzadə nə “Azərbaycan Cümhuriyyəti” kitabında, nə də digər əsərlərində heç bir zaman belə fikir səsləndirməmiş, Azərbaycan Cümhuriyyətinin istiqlalının bərpası uğrunda daim, yorulmadan çalışmışdır.
Qeyd edək ki, Namiq Musalı öz məruzəsində tarixi faktlara söykənərək farsdilli qaynaqlar əsasında mövzuya aydınlıq gətirib.
"İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində seminar keçirilib