09.02.2024, 07:34 - Baxış sayı: 63

Dos. Təzəgül Qasımova və dos. Davud Həşimov beynəlxalq reytinqli “Endless Light in Science” adlı Beynəlxalq Elmi-Praktik jurnalda məruzə ilə çıxış etmişlər


Dos. Təzəgül Qasımova və dos. Davud Həşimov beynəlxalq reytinqli “Endless Light in Science” adlı Beynəlxalq Elmi-Praktik jurnalda məruzə ilə çıxış etmişlər

20 yanvar 2024-cü ildə “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçiləri f.ü.f.d., dos. Təzəgül Qasımova və s.e.f.d., dos. Davud Həşimov Qazaxıstanın Almatı şəhərində nəşr olunan beynəlxalq reytinqli “Endless Light in Science” adlı Beynəlxalq Elmi-Praktik jurnalda məruzə ilə çıxış etmişlər. f.ü.f.d., dos. Qasımova T. “Pandemiya dövründə cəmiyyətin yenidən qurulması modelinin siyasi-sosioloji aspektləri” və s.e.f.d., dos. Həşimov D. isə “Siyasi təhlükəsizlik: məzmunu və əsas xüsusiyyətləri” mövzusunda məqalələrində müasir dövrün sosial-siyasi və fəlsəfi problemlərini nəzərdən keçirmiş, pandemiya və postpandemiya dövrünün siyasi, sosioloji, fəlsəfi xüsusiyyətlərini izah etmiş, çağdaş dünyanın əsas təhdidlərini göstərmiş, mühüm hədəf və çağırışları qeyd etmişlər. f.ü.f.d., dos. Qasımova T. və s.e.f.d., dos. Həşimov D. tərəfindən təqdim edilən elmi məqalələr elmi heyət tərəfindən yüksək qiymətləndiririlmiş, beynəlxalq sertifikatla təltif edilmişlər. Qeyd edək ki, dos. T. Qasımovanın və dos. D. Həşimovun elmi məqalələrinə “DOİ” kodu verilmiş, CyberLeninka saytına qoyulmuş, Google Scholar və ResearchGate elmi platformalarında yerləşdirilmişdir.
Dos. Təzəgül Qasımova və dos. Davud Həşimov beynəlxalq reytinqli “Endless Light in Science” adlı Beynəlxalq Elmi-Praktik jurnalda məruzə ilə çıxış etmişlər