09.02.2024, 05:48 - Baxış sayı: 287

Macarıstanın Azərbaycandakı səfirinin səfir müavini dr. Zoltan Eperjisi və səfirliyin birinci katibi Monika Felföldi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda olublar


Macarıstanın Azərbaycandakı səfirinin səfir müavini dr. Zoltan Eperjisi və səfirliyin birinci katibi Monika Felföldi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda olublar

Macarıstanın Azərbaycandakı səfirinin səfir müavini dr. Zoltan Eperjisi və səfirliyin birinci katibi Monika Felföldi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda olublar.
Görüş zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə qonaqları salamlayaraq, onları burada görməkdən məmnunluğunu bildirib. İham Məmmədzadə öncə İnstitutun elmi fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verərək, rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr və elm sahəsindəki fəaliyyətinə toxunub. Professor çıxışında bildirib ki, İnstitutda görülən əsas işlərindən biri də Beynəlxalq elmi-nəzəri “Elmi əsərlər” və “Şərq fəlsəfəsi problemləri” jurnallarında xarici alimlərlə (Çin, İtaliya,Azərbaycan, Türk) birlikdə yazılan məqalələrdir: “İnstitutumuz son illər ərzində bir sıra ölkə filosofları-İtaliya, Roma, Bolqarıstan universitetləri ilə beynəlxalq əlaqələri daha da genişləndirib”.
İlham Məmmədzadə Macarıstanda da elmin fəlsəfəsi kifayət qədər inkişaf etdiyini vurğulayaraq bildirib ki, bu baxımdan Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xəttlə inkişaf edir. Bu inkişafın sayəsində xalqlarımızın daha da yaxınlaşmasından danışaraq, onun siyasi-iqtisadi əhəmiyyətini təhlil edən professor qeyd edib ki, biz istərdik əlaqlərimiz bununla bitməsin, istər fəlsəfə, istərsə də fənlərarası sahələrdə birgə elmi layihələr hazırlayaq.
Dəvət və qonaqpərvərlik üçün minnətdarlığını bildirən qonaqlar bundan sonra da əlaqələrimizin genişlənməsi naminə lazım olan işlərin görüləcəyini və elmi sahədə, beynəlxalq və digər platformalarda birgə uğurlar əldə etmək üçün daha çox çalışacaqlarını bildirdi.
Macarıstanın Azərbaycandakı səfirinin səfir müavini dr. Zoltan Eperjisi və səfirliyin birinci katibi Monika Felföldi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda olublarMacarıstanın Azərbaycandakı səfirinin səfir müavini dr. Zoltan Eperjisi və səfirliyin birinci katibi Monika Felföldi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda olublar