05.02.2024, 13:16 - Baxış sayı: 321

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş respublika elmi konfransı keçirilib


Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş  respublika elmi konfransı keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 5 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı “Naxçıvan Muxtar Respublikası Azərbaycan dövlətçiliyində" mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq çıxışında bildirdi ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış, Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə böyük töhfələr vermişdir.
Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayan akademik Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, Muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur.
Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır.
Akademik çıxışında Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək, “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir” sözlərini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş  respublika elmi konfransı keçirilibSonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., prof. İlham Məmmədzadə çıxış edərək 3 mərhələləri tezisi təhlil edib , yaxın keçmiş, müasirlik və gələcək haqqında məlumat verdi. Qələbədən sonra Azərbaycan Cənubi Qafqazda kommunikasiyaları açmaq istəyir.Bu məsələdə Naxçıvan üçün bunun rolu çox böyükdür. Ona görə ki Naxçıvandan keçən Zəngəzur yolu kommunikasiyanın açılmasını sürətləndirərək, Naxçıvanın strateji rolunu qaldırır. Bu hansısa mənada bu gündə Azərbaycanın kommunikasiyaların açılmasına vacib bir yoldur.
Bildirib ki, Ümummilli Liderin Muxtar Respublikada həyata keçirdiyi geniş tədbirlər həmin dövrdə dövlət müstəqilliyi təhlükə altında olan Azərbaycana yeni nəfəs gətirdi, Ulu Öndərin liderliyində Naxçıvan blokadadan çıxarıldı, Azərbaycan isə özünün gələcək inkişafına qədəm qoydu. Hər geosiyasi məkanın özünəməxsus özəllikləri vardır. Gələcəkdə sərhəddlər açılarsa bu Qarabağ, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş  respublika elmi konfransı keçirilibNaxçıvan ümumilikdə bütöv Azərbaycan üçün böyük inkişaf mərhələsi deməkdir. Bundan başqa professor məruzəsində muxtariyyətin növləri, zəruriyyətdən doğan muxtariyyət statusunun verilmə səbəblərindən, habelə bu statusun Naxçıvana nə üçün lazım olması faktını əhatəli şəkildə şərh edib.
Sonda AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Naxçıvanın qorunmasında Türkiyənin muxtariyyətə gələn yol”, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov “ 1921-1924-cü illərdə Naxçıvanda siyasi vəziyyət və Muxtar Respublikanın yaranması”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Bir millət iki dövlət” formulunun həyata keçirilməsinin Naxçıvan mərhələsi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Heydər Əliyev və Naxçıvanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi” adlı məruzələri ilə çıxış etmişdilər.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş  respublika elmi konfransı keçirilib
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş  respublika elmi konfransı keçirilib
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş  respublika elmi konfransı keçirilib
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş  respublika elmi konfransı keçirilib