02.02.2024, 07:29 - Baxış sayı: 149

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli ölkə başçısına məktub ünvanlayıb


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli ölkə başçısına məktub ünvanlayıbMəktubda deyilir:

“Hörmətli cənab Prezident,
İlahi ədalətin təsdiqi olaraq ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpa edilməsi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Sizin dövlət başçısı seçilməyinizin 20 illiyinə təsadüf etdi. Sizin sayənizdə Azərbaycanın 20 ildə əldə etdiyi nailiyyətləri heç bir dövlət 100 illik tarixində qazanmayıb. Bu gün uğurlu təcrübəniz dünyanın bir çox ölkələri tərəfindən öyrənilir. Sizin strategiyanızın bir uğuru da onun davamlılığında və cəsarətindədir. Siz həm də məkanın çətinliyini üstünlüyə çevirməyi bacaran Lidersiniz. Azərbaycan gəncinin bəxti gətirib ki, Sizin kimi sözü imzası qədər keçərli siyasətçisi, Lideri, Ali Baş Komandanı vardır.
Cənab Prezident, Sərəncamınıza əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”ndə Bakı şəhərinin 20 illik inkişaf dövrü ilə bağlı hazırlanan Baş Planda şəhər ərazisində yaşıllıqların salınması prioritet vəzifələrdən biri kimi biz gənclərin üzərinə də böyük məsuliyyət qoyur.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli ölkə başçısına məktub ünvanlayıbAzərbaycanda 2 fevral gənclər günü Ulu Öndər Heydər Əliyevdən yadigar qalıb.
Cənab Prezident, Siz gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş etdiyiniz və bu tarixi günləri gördüyümüz üçün biz gənclər çox xoşbəxtik.
Sizin 2024-cü ilin ilk günlərində yerli televiziyalara verdiyiniz geniş müsahibənizdə “Məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bu tarixi ədaləti bərpa etmək bizə nəsib olmazsa gələcək nəsillər onu etməlidirlər" fikriniz biz gəncləri daha da məsuliyyətli edir. Bu gün hər bir vətənpərvər Azərbaycan gənci kimi, mən də Sizin əsgərinizəm. Gənclərə diqqət və qayğınız bütövlükdə vətənpərvər gənclərin mənəvi-psixoloji hazırlığını tamamlayır.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Sizin Azərbaycanın gələcək nəsilləri üçün çəkdiyiniz dəyərli zəhmət bütün türk dünyası tərəfindən örnək kimi qəbul edilir.
Möhtərəm Prezident, mən gənc alim kimi dünya dövlətlərinə nümunə olacaq siyasi fəaliyyətinizdən bəhrələnərək “Azərbaycan Respublikasının milli inkişaf sistemi: İlham Əliyevin siyasi strategiyası kontekstində” mövzusunda yazdığım elmlər doktoru dissertasiya işinin müəllifi olaraq, ölkəmizin fenomenal Liderinin - Sizin siyasi fəaliyyətinizin tədqiqini özümün gələcək tədqiqatlarımda da əsas istiqamət seçdiyimə görə şərəf duyuram. Həmçinin BDU-nun Tarix Fakültəsinin tələbələrinə Sizin 20 illik fəaliyyətinizə dair uğurlu strategiyanızdan dərs keçməyi özümə borc bilirəm. Bundan sonra da Sizin əsgəriniz olaraq yaradıcılıq eşqi ilə dövlətimizin inkişafı naminə çalışacağam.
Azərbaycanın daha da güclü, inkişaf etmiş bir dövlət kimi davamlı uğurlar qazanmasında apardığınız gərgin fəaliyyətinizdə Sizə uğurlar arzulayır, ölkə gəncləri adından dərin minnətdarlığımı bildirirəm”.

president.az