02.02.2024, 07:16 - Baxış sayı: 170

“Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli Fəxri Diplom və Fəxri Fərmanla təltif edildi


“Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli Fəxri Diplom və Fəxri Fərmanla təltif edildi

“2 Fevral Gənclər günü” münasibəti ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Ceyran İlqar qızı Hüseynli “Elmin təbliğində fəal iştirakına görə” AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Fəxri Diplomla təltif edilib.
Qeyd edək ki, Ceyran Hüseynli eyni zamanda “Səmərəli elmi-ictimai fəaliyyəti və 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə” AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.
“Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli Fəxri Diplom və Fəxri Fərmanla təltif edildi