01.02.2024, 05:43 - Baxış sayı: 218

Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərov Elmi seminarda iştirak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərov Elmi seminarda iştirak edib

Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti və fəlsəfi-siyasi görüşləri” mövzusunda elmi seminar keçirilib. Tədbirin əvvəlində Məhəmməd Əmin Rəsulzadə haqqında bioqrafik məlumat verilib, həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadənin irsi Azərbaycanın ictimai fikir tarixində böyük rol oynayır, dərindən öyrənilməsi və təbliği davam etdirilməlidir.
Elmi seminarda digər qonaqlarla yanaşı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov da iştirak edib. Seminarda Faiq Ələkbərovun “ХХ əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzusunda məruzəsi, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev və kafedranın dosenti Qurban Məmmədovun elmi seminarın mövzusu ilə bağlı çıxışları dinlənilib.
Qeyd edək ki, elmi seminar Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamını rəhbər tutaraq təşkil olunub.