30.01.2024, 11:51 - Baxış sayı: 77

AŞPA-nın qürubu ilə “artsaxın” süqutu arasında görünməz əlaqə - TƏHLİL

2001-ci ildə Avropa Şurasının Parlament Assambleyasına Azərbaycanın üzv qəbul edilməsi siyasi institutlar və sadə vətəndaşlarımız tərəfindən sevinc və böyük ümidlərlə qarşılanmışdı. Bu sevinci yaradan siyasi qərarın əsas səbəbi Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində Avropa Ittifaqının “ədalət və demokratiya” cazibəsi ətrafında formalaşdırdığı “xoşbəxt gələcəklə” bağlı ümidlər idisə, gözləntilərin digər səbəbi çadırlarda yaşayan bir milyon qaçqının, məcburi köçkünün insan haqları məsələsində Avropanın təşviq etdiyi “sülhə” toplum içində formalaşan inamla bağlı idi. Toplumun Avropanın vəd etdiyi “ədalət”, “insan haqları”, “ərazi toxunulmazlığı”, “vicdan azadlığı” və sair dəyərlərə olan inamı doğruldumu? Azərbaycan toplumunda formalaşan bu inamı Avropa təşkilatları tərəf tutması, ədalətsiz mövqeyi ilə, işğala, pozulmuş insan haqlarına göz yumması, ikili standartları ilə yerdən-yerə vurdu.
Bu fikirlər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılovun “AŞPA-nın qürubu ilə “artsaxın” süqutu arasında görünməz əlaqə” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
AŞPA-nın Azərbaycanla bağlı sonuncu qərarının bu qurumu yönəldən, sözünün ucundan gözünün ucuna qədər riyakarlıq edərək Ermənistanın tərəfini saxlayan, neokolonializmi “demokratiya” adı altında zəif ölkələrə yeridən, Avropa İttifaqını geosiyasi maraqları əsasında idarə edən Fransa kimi dövlətlərin sifarişi ilə yazıldığı heç kimə sirr deyil.
Cənubi Qafqaz dövləti olan qonşumuz Gürcüstanı “demokratiya”, “insan haqları” qazı ilə pompalayan, 2008-ci ilin avqust ayında müharibəyə təhrik etməklə ərazi itkiləri yaşadan Azərbaycanın əleyhinə AŞPA–da çıxarılan qətnamənin müəllifləri Fransa və digər Avropa dövlətləri deyildimi? Fransanın ixrac etdiyi “demokratiyanın” hədəf seçdiyi ölkələrdə “neokolonializm” siyasəti həyata keçirmək üçün giriş qəbzindən başqa bir şey olmadığını beynəlxalq səviyyədə açıq ifşa edən Azərbaycanın Avropa təşkilatında fəaliyyətinə necə razı ola bilərdilər?
Ərazi itkiləri strategiyası üzərində ölkələri “əl dövləti” modeli ilə idarə edən Avropanın neokolonialist güc mərkəzlərinin ixrac etdiyi “demokratiyanı”, “insan haqlarını”, “ədaləti”, “sülhü” bu 30 ildə öz vətəninin havasını udan, suyunu içən, çörəyini yeyən hər bir sağlam vətəndaşımız görmədimi? Gördüklərimizi dərk etmək, anlamaq, analiz etmək haqqında strateji düşüncə ilə irəliyə baxmaq sadə vətəndaşın işi deyil. Lakin bu gün sadə vətəndaş Avropanın, Qərbin “demokratiya”, “insan haqları” adı altında birbaşa, yaxud dolayısı ilə girdiyi Suriyasında, Liviyasında, Ukraynasında, Gürcüstanında, İraqında və daha hansı ölkələrdə qaçqınlar ordusunu, viran qalmış şəhərləri, kəndləri müqayisə etmək üçün kifayət qədər imkanlara malikdir. Daha hər birimiz dünyanın hər yerindən informasiya əldə etmək üçün texnosivilizasiyanın yaratdığı sərhədsiz imkanlara malik bir çağa daxil olmuşuq. Bu çağdaş dünyanın avantajları qalın–qalın geosiyasət kitablarını oxumadan da rəqəmsal dünyanın bizə tanıdığı böyük imkan hesabına, Qərbin əlvan rənglərlə “demokratiya”, “insan azadlıqları” yazdığı “şarlar” ölkələrin üzərində partladıqca aydın səmanı necə qaranlığa gömdüyünü virtual aləmdən izləyə bilirik. Azərbaycanın özünün ərazi sərhədləri üzərində səmasının aydın və təhlükəsiz olması ilə bağlı atdığı strateji addımlar “demokratiya ulduzu” yandıran dövlətləri və onların liderlərini narahat edir.
Avropanın, Qərbin 30 il Qarabağda “öz müqəddəratını təyinetmə”, “siyasi azadlıqlar”, “insan haqları” ilə bağlı yandırdığı tonqal xalqımızın birliyi, Ali Baş Komandanın iradəsi sayəsində söndürüldükdən sonra AŞPA-da Azərbaycan əleyhinə qətnamə qəbul olundu. Əsas məqsədləri isə Eyfel qülləsindən baxan fransızın gözünə Xankəndidə erməninin görünməsi, qulağına “artsax”, “miatsum” sədasının yetişməsi idi. Əks halda “demokratiya”, “insan haqları”nın təməl qavramı fransızsayağı məna kəsb edərək AŞPA-nın qətnamələrində ifadə ediməzdi.
Qərbin tətbiq etdiyi “demokratiyanın”, “insan haqlarının” populyarlaşmasında əsas məqsəd neokolonializmə legitimlik qazandırmaqdır. Vaxtilə, İkinci Dünya müharibəsində Şarl de Qolun ifadə etdiyi “ideologiyalar toplardan bərk guruldayır” məntiqini dövlət strategiyasına çevirən bugünkü Fransa “əlimizdə hazırda demokratiyadan uzaq vuran silahımız yoxdur” məntiqi ilə hərəkət edir.
Ölkələrə hərbi yolla müdaxilənin Almaniyanın timsalında hansı nəticələr doğurduğunu bütün Avropa, Qərb yaxından izləyirdi və İkinci Dünya müharibəsindən sonra strateji beyin mərkəzlərinə neokolonializm siyasətini davam etdirmək üçün yeni konseptlər hazırlanması təklif olunmuşdu. Strateji beyin mərkəzləri tərəfindən hazırlanan yeni konseptin məzmununda “sərt gücdən” imtina olunması, “demokratiya”, “insan haqları”, “liberalizm”, “azad ticarət” resepti əsasında “yumşaq güc”ə keçid edilməsi təklif olundu. “Yumşaq güc”, “ağıllı güc” konsepti ilə dünyanı idarə etməkdə xüsusi layihələr hazırlayan “Şarl de Qol fondu”, “Soros fondu”, “Karl fondu”, “Karnegi fondu”, “Milli demokratiya institutu”, “Şərqi demokratiya institutu” və onlarla bu cür beyin mərkəzləri tərəfindən hədəf seçilən ölkələrdə “insan haqları”, “demokratiya”, “cinsi azlıqların müdafiəsi” və başqa adlar altında rəngli ideologiyalarla rəngli inqilablar həyata keçirildi.
Proksi qruplar tərəfindən liderlər və siyasi təşkilatların müxtəlif dəstək kampaniyaları ilə yerli əhali arasında legitimliyini və populyarlığını artırmaq üçün “demokratiyanı” təşviq etmək yarışı bu gün də dəbdən düşməyib. Sadəcə olaraq Azərbaycanın qazandığı tarixi Zəfər frankofoniya şeypurunun “demokratiya” sədalarına qulaq kəsilənlərin sayının əhəmiyyətli səviyyədə azalmasına səbəb olub.
Müstəqilliyi, həm də ölkənin torpağından, suyundan demokratiya xəmiri yoğurmaqla təmin etmək olar. Azərbaycan xalqının demokratiyaya, insan haqlarına verdiyi dəyər tarixi keçmişi, ailə ənənəsi ilə həmişə harmoniya təşkil edib. Milli ideyamızın əsas xəttini - Azərbaycana narıncı kepkaların, jiletlərin üzərində ixrac edilən “demokratiya” deyil, milli dəyərlər əsasında formalaşan demokratiya təmin etməlidir.
Azərbaycanın ərazi bütövlüyünün bərpasına olan qəzəbini kağız parçasına tökən AŞPA və onu idarə edənlər, qarşısında böyük bir xalqın, tam müstəqil bir dövlətin və onu yönəldən Müzəffər Liderin olduğunu unutmamalıdır.2001-ci ildə Avropa Şurasının Parlament Assambleyasına Azərbaycanın üzv qəbul edilməsi siyasi institutlar və sadə vətəndaşlarımız tərəfindən sevinc və böyük ümidlərlə qarşılanmışdı. Bu sevinci yaradan siyasi qərarın əsas səbəbi Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində Avropa Ittifaqının “ədalət və demokratiya” cazibəsi ətrafında formalaşdırdığı “xoşbəxt gələcəklə” bağlı ümidlər idisə, gözləntilərin digər səbəbi çadırlarda yaşayan bir milyon qaçqının, məcburi köçkünün insan haqları məsələsində Avropanın təşviq etdiyi “sülhə” toplum içində formalaşan inamla bağlı idi. Toplumun Avropanın vəd etdiyi “ədalət”, “insan haqları”, “ərazi toxunulmazlığı”, “vicdan azadlığı” və sair dəyərlərə olan inamı doğruldumu? Azərbaycan toplumunda formalaşan bu inamı Avropa təşkilatları tərəf tutması, ədalətsiz mövqeyi ilə, işğala, pozulmuş insan haqlarına göz yumması, ikili standartları ilə yerdən-yerə vurdu.
Bu fikirlər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılovun “AŞPA-nın qürubu ilə “artsaxın” süqutu arasında görünməz əlaqə” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
AŞPA-nın Azərbaycanla bağlı sonuncu qərarının bu qurumu yönəldən, sözünün ucundan gözünün ucuna qədər riyakarlıq edərək Ermənistanın tərəfini saxlayan, neokolonializmi “demokratiya” adı altında zəif ölkələrə yeridən, Avropa İttifaqını geosiyasi maraqları əsasında idarə edən Fransa kimi dövlətlərin sifarişi ilə yazıldığı heç kimə sirr deyil.
Cənubi Qafqaz dövləti olan qonşumuz Gürcüstanı “demokratiya”, “insan haqları” qazı ilə pompalayan, 2008-ci ilin avqust ayında müharibəyə təhrik etməklə ərazi itkiləri yaşadan Azərbaycanın əleyhinə AŞPA–da çıxarılan qətnamənin müəllifləri Fransa və digər Avropa dövlətləri deyildimi? Fransanın ixrac etdiyi “demokratiyanın” hədəf seçdiyi ölkələrdə “neokolonializm” siyasəti həyata keçirmək üçün giriş qəbzindən başqa bir şey olmadığını beynəlxalq səviyyədə açıq ifşa edən Azərbaycanın Avropa təşkilatında fəaliyyətinə necə razı ola bilərdilər?
Ərazi itkiləri strategiyası üzərində ölkələri “əl dövləti” modeli ilə idarə edən Avropanın neokolonialist güc mərkəzlərinin ixrac etdiyi “demokratiyanı”, “insan haqlarını”, “ədaləti”, “sülhü” bu 30 ildə öz vətəninin havasını udan, suyunu içən, çörəyini yeyən hər bir sağlam vətəndaşımız görmədimi? Gördüklərimizi dərk etmək, anlamaq, analiz etmək haqqında strateji düşüncə ilə irəliyə baxmaq sadə vətəndaşın işi deyil. Lakin bu gün sadə vətəndaş Avropanın, Qərbin “demokratiya”, “insan haqları” adı altında birbaşa, yaxud dolayısı ilə girdiyi Suriyasında, Liviyasında, Ukraynasında, Gürcüstanında, İraqında və daha hansı ölkələrdə qaçqınlar ordusunu, viran qalmış şəhərləri, kəndləri müqayisə etmək üçün kifayət qədər imkanlara malikdir. Daha hər birimiz dünyanın hər yerindən informasiya əldə etmək üçün texnosivilizasiyanın yaratdığı sərhədsiz imkanlara malik bir çağa daxil olmuşuq. Bu çağdaş dünyanın avantajları qalın–qalın geosiyasət kitablarını oxumadan da rəqəmsal dünyanın bizə tanıdığı böyük imkan hesabına, Qərbin əlvan rənglərlə “demokratiya”, “insan azadlıqları” yazdığı “şarlar” ölkələrin üzərində partladıqca aydın səmanı necə qaranlığa gömdüyünü virtual aləmdən izləyə bilirik. Azərbaycanın özünün ərazi sərhədləri üzərində səmasının aydın və təhlükəsiz olması ilə bağlı atdığı strateji addımlar “demokratiya ulduzu” yandıran dövlətləri və onların liderlərini narahat edir.
Avropanın, Qərbin 30 il Qarabağda “öz müqəddəratını təyinetmə”, “siyasi azadlıqlar”, “insan haqları” ilə bağlı yandırdığı tonqal xalqımızın birliyi, Ali Baş Komandanın iradəsi sayəsində söndürüldükdən sonra AŞPA-da Azərbaycan əleyhinə qətnamə qəbul olundu. Əsas məqsədləri isə Eyfel qülləsindən baxan fransızın gözünə Xankəndidə erməninin görünməsi, qulağına “artsax”, “miatsum” sədasının yetişməsi idi. Əks halda “demokratiya”, “insan haqları”nın təməl qavramı fransızsayağı məna kəsb edərək AŞPA-nın qətnamələrində ifadə ediməzdi.
Qərbin tətbiq etdiyi “demokratiyanın”, “insan haqlarının” populyarlaşmasında əsas məqsəd neokolonializmə legitimlik qazandırmaqdır. Vaxtilə, İkinci Dünya müharibəsində Şarl de Qolun ifadə etdiyi “ideologiyalar toplardan bərk guruldayır” məntiqini dövlət strategiyasına çevirən bugünkü Fransa “əlimizdə hazırda demokratiyadan uzaq vuran silahımız yoxdur” məntiqi ilə hərəkət edir.
Ölkələrə hərbi yolla müdaxilənin Almaniyanın timsalında hansı nəticələr doğurduğunu bütün Avropa, Qərb yaxından izləyirdi və İkinci Dünya müharibəsindən sonra strateji beyin mərkəzlərinə neokolonializm siyasətini davam etdirmək üçün yeni konseptlər hazırlanması təklif olunmuşdu. Strateji beyin mərkəzləri tərəfindən hazırlanan yeni konseptin məzmununda “sərt gücdən” imtina olunması, “demokratiya”, “insan haqları”, “liberalizm”, “azad ticarət” resepti əsasında “yumşaq güc”ə keçid edilməsi təklif olundu. “Yumşaq güc”, “ağıllı güc” konsepti ilə dünyanı idarə etməkdə xüsusi layihələr hazırlayan “Şarl de Qol fondu”, “Soros fondu”, “Karl fondu”, “Karnegi fondu”, “Milli demokratiya institutu”, “Şərqi demokratiya institutu” və onlarla bu cür beyin mərkəzləri tərəfindən hədəf seçilən ölkələrdə “insan haqları”, “demokratiya”, “cinsi azlıqların müdafiəsi” və başqa adlar altında rəngli ideologiyalarla rəngli inqilablar həyata keçirildi.
Proksi qruplar tərəfindən liderlər və siyasi təşkilatların müxtəlif dəstək kampaniyaları ilə yerli əhali arasında legitimliyini və populyarlığını artırmaq üçün “demokratiyanı” təşviq etmək yarışı bu gün də dəbdən düşməyib. Sadəcə olaraq Azərbaycanın qazandığı tarixi Zəfər frankofoniya şeypurunun “demokratiya” sədalarına qulaq kəsilənlərin sayının əhəmiyyətli səviyyədə azalmasına səbəb olub.
Müstəqilliyi, həm də ölkənin torpağından, suyundan demokratiya xəmiri yoğurmaqla təmin etmək olar. Azərbaycan xalqının demokratiyaya, insan haqlarına verdiyi dəyər tarixi keçmişi, ailə ənənəsi ilə həmişə harmoniya təşkil edib. Milli ideyamızın əsas xəttini - Azərbaycana narıncı kepkaların, jiletlərin üzərində ixrac edilən “demokratiya” deyil, milli dəyərlər əsasında formalaşan demokratiya təmin etməlidir.
Azərbaycanın ərazi bütövlüyünün bərpasına olan qəzəbini kağız parçasına tökən AŞPA və onu idarə edənlər, qarşısında böyük bir xalqın, tam müstəqil bir dövlətin və onu yönəldən Müzəffər Liderin olduğunu unutmamalıdır.

azertag.az