26.01.2024, 11:23 - Baxış sayı: 136

"Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya" şöbəsində elmi seminar keçirilib


"Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya" şöbəsində elmi seminar keçirilib

Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı elmi seminar keçirilib. Seminarda şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli bu mövzuda söyləyib ki, Prezident İlham Əliyev müsahibəsində bildirmişdi ki, məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər tarixi ədaləti bərpa etmək, bizə nəsib olmazsa, gələcək nəsillər onu etməlidirlər. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq. Prezident İlham Əliyev dünya liderlərindən biri olduğunu öz tarixi addımları ilə təsdiqləyib və ölkə başçısı cəmiyyətin sosial-psixoloji impulslarını dəqiqliklə müşahidə edir. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili"ndə Bakı şəhərinin 20 illik inkişaf dövrü ilə bağlı hazırlanan baş planda da şəhər ərazisində yaşıllıqlar prioritet hədəflərdən biri kimi biz gənclərin üzərinə də böyük məsuliyyət düşür.- deyə Günel Məlikli vurğulayıb.
Daha sonra şöbənin doktorantı Arif Əli-zadə çıxışı ilə mövzunu davam etdirmiş və müzakirələr aparılmışdır.