17.01.2024, 09:52 - Baxış sayı: 128

DİJİTAL SOSYOLOJİNİN KAVRAMSAL TEMELLERİ


Saadat Mammadova
Sosyoloji Doktoru, Doçent
ANAS Felsefe ve Sosyoloji Enstitüsü,



Özet

İnsan düşüncesinin meyvesi olan dijital toplumun yarattığı sosyal gerçeklik, benzersiz bir işlevsel düzenlilikler sistemi sunmaktadır. Burada geleneksel toplumsal yapı ve bireysel toplumsal kurumlar, alt sistemleriyle birlikte yeni bir karaktere bürünüyor. Yeni sanal alanda oluşan özel toplumsal gerçekliğin araştırılması, yeni bir sosyoloji yöntemleri sisteminin oluşumuna ivme kazandırdı.
Dijital sosyolojinin kavramsal temellerine ilişkin ilk çalışma Manuel Castels'in adıyla ilişkilidir. Dijitalleşme, sosyolojik araştırma yöntemlerinin, metodolojilerinin ve araştırma alanlarının yenilenmesiyle karakterize edilir. Dijitalleşmenin getirdiği yeni teknolojiler ve yöntemler sistemi sayesinde bilimin çeşitli alanlarında kapsamlı araştırmalar yapma fırsatlarına ulaşıyoruz.
Anahtar Kelimeler: dijitalleşme, dijital toplum, dijital sosyoloji, yöntem, teknoloji


Saadat MAMMADOVA
CONCEPTUAL FOUNDATIONS OF DIGITAL SOCIOLOGY
Summary

The social reality created by the digital society, which is the fruit of human thinking, presents a system of unique functional regularities. Here, the traditional social structure and individual social institutions with its sub-systems take on a new character. The study of the special social reality formed in the new virtual space gave impetus to the formation of a new system of methods of sociology.
The initial study of the conceptual foundations of digital sociology is associated with the name of Manuel Castels. Digitization is characterized by the renewal of sociological research methods, methodologies, as well as research spaces. Through the system of new technologies and methods introduced by digitization, we get opportunities to conduct extensive research in various fields of science.
Keywords: digitization, digital society, digital sociology, method, technology


Giriş
XXI əsr rəqəmsal cəmiyyətin formalaşaraq inkişaf etdiyi əsridir. Rəqəmsallıq cəmiyyətin əsaslarını təşkil edən sosial institutların keyfiyyətcə dəyişməsi, sosial münasibətlərin yeni mahiyyət kəsb etməsinə gətirir. Rəqəmsal cəmiyyətin başlıca göstəricilərindən biri həyat tərzinin bütün sahələrinin rəqəmsallaşmasıdır. Rəqəmsal cəmiyyətdə sosial təbəqələr arasındakı münasibətlərin transformasiyası, təbəqələşmə prosesinin mahiyyətcə dəyişməsi müşahidə olunur. Rəqəmsallaşmanın nəticəsi olaraq, formalaşan “virtual cəmiyyət” özünəxas inkişaf qanunauyğunluqlarına malikdir və bu cəmiyyətin qayda və qanunları real cəmiyyətə əsaslı təsir göstərərək sosial hadisə və proseslərin istiqamətlərini müəyyənləşdirir. Bəzən real və rəqamsal məqamlar o dərəcədə yaxınlaşır ki, sosial gerçəkliyin dəqiqləşdirilməsi ehtiyacı yaranır.

Rəqəmsal cəmiyyətin mənəvi-əxlaqi əsasları

A.V.Tixinov və V.S.Boqdanov (Vasilenko L.A., 2021) yaşadığımız dövrü “informasiya texnologiyalarının transformasiyası və hibrid infososial sistemlərin modelləşdirilməsi” kimi xarakterizə edirlər. Belə deyə bilərik ki, biz rəqəmsallaşma dövrünün ilkin mərhələsini, sosial mühitin rəqəmsal mühitə transformasiyasını yaşayırıq. V.S.Yeqorov kimi bir çox alimlər bu prosesi “təfəkkürün böhranı” olaraq müəyyənləşdirir və bu böhrandan çıxışı “fərqli təfəkkür tərzlərinin inteqrasiyasında” axtarırlar.
İnsan təfəkkürünün bəhrəsi olan rəqəmsal cəmiyyətin yaratdığı sosial reallıq özünəxas funksional qanunauyğunluqlar sistemi təqdim edir. Burada ənənəvi sosial struktur və onun alt-sistemləri olan ayrı-ayrı sosil təsisatlar yeni xarakter alır. Rəqəmsallaşmanın hədəfi sosial münasibətlərin virtuallaşmasıdır. Dövlət idarəçiliyinin rəqəmsallaşmasında ilk mərhələ kimi meydana çıxan elektron hökumət rəqəmsal və ağıllı cəmiyyətin formalaşmasına istiqamətlənmişdir. İlkin mərhələdə münasibətlərin virtuallaşması ilə nəticələnən rəqəmsallaşma tədricən idarəetmədə ciddi dəyişikliklərə gətirdi. Əvvəlcə rəhbərsiz özünüidarəetmə, sonra isə ağıllı idarəetmə formalaşdı. Ağıllı idarəetmə ağıllı kənd, ağıllı şəhər və ağıllı cəmiyyətin formalaşmasına yol açdı.
Yeni mahiyyətli sosial birliklər müvafiq əlaqə və münasibətlər, dəyərlər sisteminin, submədəniyyətlərin formalaşmasına təkan verdi. Real və ya ənənəvi cəmiyyəti təşkil edən sosial qruplar virtual məkanda yenidən yeni mahiyyətdə formalaşır. Real sosial qruplarda və virtual sosial qruplarda şəxsiyyətin fərqli təqdimatı, yaxud “ikiləşməsi” imkanları açılır.
Deyə bilərik ki, rəqəmsallaşmanın sosial mühitin ayrılmaz ünsürünə çevrilməsi prosesinin müvafiq şəkildə qərarlaşıb inkişaf istiqamətini müəyyənləşdirməsi imkanları müəyyən mənada bizdən asılıdır. Belə ki, hazırda rəqəmsal sosial məkanda mövcud olan xaos yaranmaqda olan dəyərlər sisteminin əlaqəli uyğunlaşdırılması ehtiyacının olduğunu göstərir.
Rəqəmsallaşmanın inkişaf tarixi Ştat hökumətlərində sayma maşınlarının inkişafı və istifadəsinin tarixi 1890-cı ilə, ABŞ-da Hollerith tərəfindən istehsal edilmiş perfokart maşınlarında (elektrik göstəriciləri olan 80 sütunlu kartlar) siyahıyaalma aparıldığı vaxta təsadüf edir. 1924-cü ildə IBM-in yaradılmasından sonra bu maşınlar biznesdə məlumatların emalının mexanikləşdirilməsi üçün istifadə edilməyə başlamışdır. Həmin dövrdə Sosial Müdafiə nömrəsinin yaradılması federal, əyalət və yerli hökumətlərin ehtiyaclarını ödəmək üçün məlumat emalı sistemlərinin geniş tətbiqinə səbəb oldu. Bu, əsasən, çoxsaylı işçilərin uçotu, materialları, əsas vəsaitləri, fondları (o cümlədən bank hesabları), binalar, inventar və əmək haqqı fondu ilə əlaqəli inzibati sahələrdə baş verdi. Tezliklə Avropada da siyahıyaalma mexanizasiyası IBM tərəfindən aparılmağa başladı. 1931-ci ildə Avropada perfokart maşınlarının istehsalına başlayan Fransız Bull şirkətinin əsası qoyuldu. Bir çox Avropa ölkələrində istifadə olunmağa başlayan IBM və UNIVAC ofis işlərində məlumatların işlənməsini və idarəetmə və iqtisadiyyatda əmək haqqı fondunu mexanikləşdirməyə imkan yaratdı. XX əsrin əvvəllərində Mərkəzi və Şərqi Avropada daha ucuz çexoslovak maşınları olan "Aritma" və Sovet (Belarus) CAM maşınlarından istifadə edilmişdir. Bu hesablayıcı maşınlar vasitəsilə İkinci Dünya Müharibəsi zamanı (1939-1945) yaxşı təşkilatçılığı dəyərləndirən almanlar bir sıra Avropa ölkələrində (xüsusilə Fransa, Hollandiya və Polşa) yəhudilərin də daxil olduğu “arzuolunmaz elementləri” saxlamaq üçün mexanikləşdirilmiş siyahıyaalmalarda istifadə edirdilər. İkinci Dünya Müharibəsi zamanı (1939-1945) yaxşı təşkilatçılığı dəyərləndirən almanlar bir sıra Avropa ölkələrində (xüsusilə Fransa, Hollandiya və Polşa) yəhudilərin də daxil olduğu “arzuolunmaz elementləri” saxlamaq üçün mexanikləşdirilmiş siyahıyaalmalardan istifadə edirdilər. XX əsrin 50-ci illərində ABŞ-ın informasiya texnologiyalarının inkişaf etdirilməsi çağırışına cavab olaraq, Prezident Şarl de Qoll Fransada kompüterlərin istehsalını və istifadəsini təşviq etmək üçün Plan hazırladı. Bu planın nəticəsi olaraq CII (Compagnie International pour Informatique) şirkəti yaradıldı. 1966-cı ildə yaradılan Delegue pour l’informatique şirkəti Plan Hesablamasının həyata keçirilməsinə və nizamlanmasına ciddi nəzarət edirdi. Beləliklə, amerikanların hesablama, verilənlərin emalı, informatika, proqram təminatı terminlərinə əlavə olaraq fransızlar informasiyanın işlənməsi texnikası mənasını verən Informatique sözünü də tətbiq etdilər. Beş ildən sonra Polşada da belə bir plan qəbul edildi. 1967-ci ildə Jean-Jacques Servan-Schreiberin “Le Défi Américain” (Amerika Çağırışı) kitabı nəşr olundu. Kitabda kompyuterləşmənin Avropanın bütün cəbhələrdə: idarəetmə üsulları, texnoloji alətlər və tədqiqat imkanları üzrə tamamilə üstün mövqe əldə etməsinə və səssiz iqtisadi müharibə aparmasına açıqlıq gətirilirdi (Deborah Lupton, 2015).
XX əsrin 80-ci illərindən başlayaraq fərdi kompüterlərin ictimaiyyətə təqdim edilməsi prosesi başladı. 1989-cu ildə icad edilmiş Ümumdünya Şəbəkəsi 2001-ci ildən etibarən sosial həyata əsaslı təsir göstərməyə başlamışdır. Məhz bu ildə Wikipedia və iTunes fəaliyyətə başlamışdır. 2003-cü ildə LinkedIn, 2004-cü ildə Facebook, Reddit, Flickr və 2005-ci ildə YouTube, 2006-cı ildə Twitterin açılışı virtual dünyanın formalaşmasına və tədricən geniş sosial xarakter almasına gətirmişdir. 2007-ci ildə Smartfonların, 2008-ci ildə Spotifayın, 2010-cu ildə Instagram və planşet kompüterlərin kütləvi istehsalı və istehlakı, 2011-ci ildə Pinterest (ideyalar şəbəkəsi) və Google şəbəkələrinin açılması dünyanın “qlobal kəndə” çevrilməsi prosesini sürətləndirdi. XXI əsrdə təxminən hər saatda yenilənən və təkmilləşdirilən rəqəmsal texnologiyalar “qlobal vətəndaşlıq” anlayışının gerçəkləşməsinə səbəb olmuşdur. Belə ki, rəqəmsal texnologiyalar vasitəsilə insanın harada olmasından asılı olmayaraq izlənməsi və yönləndirilməsi prosesi genişlənmişdir. Hazırda rəqəmsal texnologiyaların insan davranışını və hisslərini manipulyasiya etdiyini əminliklə demək olar. Hələ 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyində (NSA) işləyən amerikalı podratçı Edvard Snouden rəqəmsal texnologiyalar vasitəsilə ABŞ-ın və Britaniya, Avstraliya, Kanada və Yeni Zelandiya kimi bir çox hökumətlərin öz vətəndaşlarına və ölkə əhalisinə rəqəmsal nəzarət həyata keçirdiklərini sübut edən sənədlər təqdim etdi. Sənədlər göstərdi ki, bu fəaliyyətlərə ABŞ, Böyük Britaniya və Avropada telefon qeydlərinə, mətn mesajlarına, e-poçtlara daxil olmaq və cib telefonlarının yerlərini izləmək, habelə vətəndaşların internetlə qarşılıqlı əlaqəsinə və bir çox siyasi və biznes liderlərinin telefon danışıqlarına nəzarət daxildir. Məlum olub ki, NSA və onun britaniyalı həmkarı Hökumət Rabitə Qərargahı (GCHQ) Google, Apple, Microsoft və Facebook daxil olmaqla, Amerikanın böyük internet şirkətlərindən olan istifadəçilərin şəxsi metaməlumatlarına daxil ola bilir, həmçinin internetdən məlumatların ələ keçirilməsinə nail olur (Deborah Lupton, 2015).

Rəqəmsal sosiologiya: konseptual əsasları, anlayışlar bazası

Rəqəmsal sosiologiyanın konseptual əsaslarının ilkin tədqiqi Manuel Kastelsin adı ilə bağlıdır. O, 2000-ci illərdə “şəbəkə cəmiyyəti” konsepsiyasını inkişaf etdirmişdir. Manuel Kastels onlayn şəbəkələri müasir cəmiyyətin sosial strukturunu və hakimiyyət münasibətlərini formalaşdıran başlıca amil kimi xarakterizə etmişdir. Kastelsə görə informasiya əsrində istehsal prosesləri elektron kommunikasiyalarla əvəz edilmişdir, rəqəmsal informasiya iqtisadi istehsalın əsasına çevrilmişdir, rəqəmsal texnologiyalar yeni sosial strukturun, qlobal iqtisadiyyatın və virtual mədəniyyətin formalaşmasında mühüm rol oynamışlar (Castells M., 2000).
Beer, Featherstone, Lash, Mackenzie, Savage və Burrows kimi alimlər hesab edirlər ki, cəmiyyətin rəqəmsallaşması dünyanı dərkin yeni vasitəsini təqdim etmişdir. Bu müəlliflər düşünürlər ki, rəqəmsallaşma biliyin transformasiyasına səbəb olmuşdur. Naycela Trift informasiya iqtisadiyyatını “bilik kapitalizmi” kimi müəyyənləşdirir. Naycela Trift göstərir ki, Google, Facebook, Apple və Amazon şirkətləri imperiyası rəqəmsal dünyaya ağalıq edir və biliklərin istehsalı və təkrar istehsalı prosesinə təsir edir.
Q.Bell və P.Durişin həmmüəllif olduqları “Rəqəmsal gələcək haqqında təxəyyüllər: hesablamalarda iğtişaş və mifologiya” adlı kitabda qlobal kompüterləşmə və ya 1980-ci illərin sonlarında Xerox PARC-də yaranmış Ubiquitous Computing (və ya ubicomp) hesablama texnologiyasının "üçüncü dalğası" haqqında danışırlar. Bu dövr müəlliflərə görə “daşınan və ya xarici dünyaya quraşdırılmış kiçik və güclü hesablama cihazları ilə xarakterizə edilir. Ubicomp tədqiqat proqramı internetə qoşulan milyonlarla telefonlar, GPS cihazları, simsiz şəbəkələr və ağıllı məişət texnikası istifadəçiləri üçün reallığa çevrilib”. Ubicomp-u təkcə texniki baxımdan deyil, həm də mədəni, sosial, siyasi və iqtisadi baxımdan anlamaq ehtiyacının olduğunu qəbul edən müəlliflər rəqəmsal cəmiyyətə xas sosial reallığı tam şəkildə əhatə etmiş ubicomp relyefini xəritəyə alırlar, infrastruktur, mobillik, məxfilik və ev rahatlığı kimi mövzularda ubicomp-da dominant mövzuları analiz edir, həmçinin metodologiya və konseptual çərçivələrlə bağlı gələcək tədqiqatlar üçün istiqamətlər təklif edirlər (Best K., 2010).
Bununla yanaşı K.Best “Cəmiyyətdə nəzarətli həyat: rəqəmsal ekranın və istifadəçilərin müşahidəsi texnologiyaları” adlı əsərində göstərir ki, əslində insanlar nəzarətli həyat yaşadıqlarını bilirlər, onların bəziləri bu vəziyyətdən məmnundurlar, digərləri isə belə bir vəziyyətin fərqində deyillər (Best K., 2010).
Yeni virtual məkanda formalaşan xüsusi sosial reallığın araşdırılması sosiologiya elminin yeni metodlar sisteminin formalaşmasına təkan vermişdir. Hazırda C.Wright Millsin klassik “sosioloji təsəvvür” ifadəsi rəqəmsal sosial tədqiqatın yeni istiqamətlərini izah etmək üçün istifadə olunur. Ənənəvi sosioloji metodlar virtual dünyadakı sosial münasibətlərin quruluşu, transformasiya imkanları və sosial kimliklər və s. haqda əhatəli məlumatlar toplamaqda acizdir. Rəqəmsal sosial tədqiqatın yeni müvafiq metodları sosial şəbəkələrdə yaranan virtual münasibətləri təhlil etmək, eyni zamanda ənənəvi sosial reallıq və real sosial münasibətlərlə bağlı daha geniş araşdırmalar aparmaq imkanları açır.
Bu istiqamətdə tədqiqatlar aparan K.Best göstərir ki, rəqəmsal sosial tədqiqatlar təbii və ya real vaxtda “istifadəçilər tərəfindən yaradılmış” əhali səviyyəsində məlumat toplanması ilə fərqlənir. Bu zaman sosial prosesləri öyrənmək üçün fərqli tədqiqat alətləri və seçilmiş məlumat toplularından istifadə ilə bağlı indiyədək olmayan bir fürsət təqdim edilir. Bu tədqiqat potensialının reallaşdırılması Cardiff Online Sosial Media Rəsədxanası kimi rəqəmsal “rəsədxanaların” inkişafına təkan vermişdir. Rəqəmsal rəsədxanaların “panoptik”, həmçinin “sinoptik” imkanları və “işarə elminin” yeni xüsusiyyətləri arasındakı gərginliyə diqqət yetirilir, siyasi və etik, eləcə də texnoloji nəticələr əldə edilir (Edwards A. , Housley W., Williams M., Sloan L. and Williams M. D., 2013).
Yuxarıda qeyd edilən müəlliflərlə yanaşı R.Eklend 2013-cü ildə “Sosial elmlər internetdə: rəqəmsal dövrdə sosioloqlar üçün konsepsiyalar, göstəricilər, alətlər”; B.Aslinqer və N.Xantemann “Rəqəmsal media gələcəyi araşdırır” (2013); D.Bir və R.Berlouz “Kütləvi mədəniyyət, rəqəmsal arxivlər və göstəricilərin yeni həyatı” (2013); M.Kastels “Şəbəkə cəmiyyətinin kəşfiyyat nəzəriyyəsi üçün materiallar” (2000); M.Kastells “Qəzəb və Ümid Şəbəkələri: İnternet Çağında Sosial Hərəkatlar” (2012 ); M.Weller “Rəqəmsal Alim: Texnologiya Elmi Təcrübəni Necə Transformasiya edir” (2011); J.Wynn “Rəqəmsal sosiologiya: sahədə və sinifdə ortaya çıxan texnologiyalar” (2009); E.Hargittai və A.Hinnant “Rəqəmsal bərabərsizlik: gənc yetkinlərin internetdən istifadəsində fərqlər” (2008); F.Lapenta “Lokal media və məkanın, yerin və informasiyanın rəqəmsal vizuallaşması” (2011); N.Marres “Metodların yenidən bölüşdürülməsi: rəqəmsal sosial tədqiqatlara müdaxilə haqqında” (2012); C.Newell və G.Goggin “Rəqəmsal Əlillik: Yeni Mediada Əlilliyin Sosial Quruluşu” (2003); K.Orton-Johnson and N.Prior “Rəqəmsal sosiologiya: Tənqidi Perspectivlər” (2013); R.Rogers “Rəqəmsal Metodlar” (2013); A.Salovaara, S.Helfenstein and A.Oulasvirta “İnformasiya texnologiyalarının gündəlik mənimsənilməsi: rəqəmsal kameraların yaradıcı istifadəsinin öyrənilməsi” (2011); T.Sauter “Ağlınızda nə var?’ Facebook-da özünü formalaşdırmaq üçün bir vasitə kimi yazmaq” ( 2013 ); M.Savage "Metodların sosial həyat": tənqidi giriş” (2013); M.Savage və R.Burrows “Empirik sosiologiyanın yaxınlaşan böhranı” (2007); M.Savage və R.Burrows “Empirik sosiologiyanın yaxınlaşan böhranı haqqında bəzi əlavə fikirlər” (2009); M.Savage, F.Devine, N.Cunningham, M.Taylor, Y.Li, J.Hjellbrekke, B.Le Roux, S.Friedman və A.Miles “Sosial sinif modeli?” (2013); T.Scholz “Giriş: niyə rəqəmsal əmək indi vacibdir?” ( 2013 ); T.Starner “Google Glass aparıcısı: texnologiyanı bədənimizə taxmaq əslində onun yolumuzdan çıxmasına necə kömək edir” (2013); P.DiMaggio, E.Hargittai, W.R.Neuman və J.Robinson “İnternetin sosial təsirləri” (2001); A.Edvards, W.Housle, M.Williams, L.Sloan və M.Williams “Rəqəmsal sosial tədqiqat, sosial media və sosioloji təxəyyül: surroqat analıq, böyütmə və yönləndirmə” (2013); S.Fox və J.L.Boyles “Rəqəmsal Çağda Əlillik” (2012); C.Graham, E.Laurier, V.O'Brien və M.Rouncefi “Yeni vizual texnologiyalar: dəyişən sərhədlər, paylaşılan anlar” (2011); L.Qrant “Böyük verilənlər vasitəsilə təhsili anlama” (2013) mövzularında geniş tədqiqatlar aparmışlar.

Rəqəmsal sosiologiya yeni anlayışlar bazası

Rəqəmsal sosiologiyanın anlayışlar bazasına aşağıdakı terminlər daxildir: affektiv əlaqə, onlayn sosial xidmətlər, alqoritmik səlahiyyət, alqoritmik identifikasiya, alqoritmik nəzarət, rəqəmsal kiborq, alqoritmik nüfuz, kiber nəzəriyyə, kiber mədəniyyət, kiber məkan, kiber zorakılıq, kiber cinayətkarlıq, rəqəmsal analiz, rəqəmsal sosial antropologiya, rəqəmsal kiborq qruplar, rəqəmsal məlumat arxivləri, rəqəmsal sosial bərabərsizliklər, rəqəmsal cəmiyyət, rəqəmsal ayrı-seçkilik, rəqəmsal nəzarət, rəqəmsal tullantılar, materialların rəqəmsallaşdırılması, rəqəmsallaşdırılmış məlumat obyektləri, bədənin onlayn təqdimatları, qlobal informasiya iqtisadiyyatı, rəqəmsal məlumatların mobilliyi, yerli rəqəmsal məlumat obyektləri, şəbəkə jurnalistikası, şəbəkə cəmiyyəti, şəbəkə məxfiliyi, akademik şəbəkələr, rəqəmsal aktivlik, açıq məlumatların qorunmasına rəqəmsal nəzarət, onlayn icmalar, onlayn kurslar, onlayn fərdi təqdimatlar, virtual reallıq və s.
Rəqəmsal sosiologiya klassik sosiologiyanın metodlarını yeni imkanlar çərçivəsində daha geniş miqyasda tətbiq etməyə nail olur.

Rəqəmsal sosiologiyanın obyekti və predmeti

Rəqəmsallaşmanın genişlənməsi bir çox elm sahələri və ilk növbədə sosiologiyanın başlıca tədqiqat predmeti olaraq özünü göstərir. Rəqəmsal sosiologiya yeni xarakter almış bəşər cəmiyyətinin inkişaf perspektivlərinin öyrənilməsinə yönəlmişdir. Rəqəmsal cəmiyyətin öyrənilməsi ilə məşğul olan sosiologiya aşağıdakı məsələlərin tədqiqi ilə məşğuldur:
-Rəqəmsallaşmanın sosiallaşma və asosiallaşma prosesinə təsiri, yeni tip şəxsiyyət “Mən”inin formalaşması;
-Sosial təfəkkürün rəqəmsallaşması və manipulyasiya imkanlarının genişlənməsi;
-Sosial münasibətlərin klassik mahiyyətinin dəyişməsi, insanların qarşılıqlı virtual təsir, qarşılıqlı manipulyasiya, qarşılıqlı virtual asılılıq və s. bacarıqlarının formalaşması, sosial təbəqələşmədə transpozisiya prosesinin genişlənməsi (virtual dünyada təfəkkür tərzi və maraq dairəsinə görə qruplaşmalar);
-rəqəmsal medianın sosial institutların və sosial strukturların inkişafına təsiri imkanları;
-Rəqəmsal mədəni məkan və rəqəmsallaşmış sosial mədəniyyətin dəyərlər sisteminin yaradılması.

Rəqəmsal sosiologiyanın özünəxas metodlar sistemi

Bu gün rəqəmsallaşma ilk növbədə elmin, o cümlədən sosiologiyanın tədqiqat metodlarının, metodologiyalarının, həmçinin araşdırma məkanlarının yenilənməsi ilə xarakterizə olunur. Rəqəmsallaşmanın təqdim etdiyi yeni texnologiyalar və metodlar sistemi vasitəsilə biz elmin müxtəlif sahələrində geniş tədqiqatlar aparmaq imkanları əldə etmiş oluruq. Rəqəmsallaşma elmin yeni istiqamətlərinin yaranması və inkişafına, o cümlədən tədqiqat texnologiyalarının təkmilləşdirilməsinə şərait yaradır.
Sosial tədqiqatların vizual texnologiyalarının inkişafı vizual sosiologiya haqda danışmağa imkan yaradır.
Biz həmçinin yeni vizual texnologiyaların ailə həyatının qurulmasına kömək etməkdə (Groening) və travmatik hadisələri təmsil etməkdə və mübahisə etməkdə (Johnsrud) rolunu görürük. Bundan əlavə, biz yeni vizual texnologiyaların intimdən ictimaiyyətə qədər (Van Haus), müəyyən baxış və baxışların görünməsində (Capstick) və sosial qarşılıqlı əlaqənin idarə edilməsində (Villi və Stocchetti) oynaya biləcəyi müxtəlif rolları görürük. Geniş mənada, burada təqdim olunan məqalələrdə biz yeni vizual texnologiyalara aid olduğunu düşündüyümüz yeni bir sıra dixotomiyalar, davamlı olaraq nəzərdən keçirilməli və yenidən nəzərdən keçirilməli olan dixotomiyalar barədə xəbərdarlıq alırıq: şəxsi və ictimai (Çəhrayı); varlıq və yoxluq (Villi və Stocchetti); onlayn və oflayn (Durrant və s.); fiziki və rəqəmsal (Van House); təmsil və ifadə (Van House); həvəskar və peşəkar (Herrema); xalq dili və bədii (Herrema); təcrid və nişan (Capstick); sülh və münaqişə (Groening); müəlliflik və təkrar müəlliflik (Johnsrud); verilənlər və metadata (Johnsrud). Bunlar, kağızların bizim üçün görünən bəzi fərq çalarlarıdır. Təqdimatlar həm də bir sıra müxtəlif sərhədləri işıqlandırır: sosial və texniki (Herrema) kimi artıq nəzərdən keçirdiklərimizdən tutmuş, yadda qalan və unudulmuş (Johnsrud) kimi yeni təsəvvür etdiyimiz sərhədlərə qədər, məsələn, az nəzərə alınanlara qədər. tutumlu və qabiliyyətsizliyə malik (Capstick). Yenə də, Pinkin (İngold 2007-dən istifadə edərək) təklif etdiyi kimi, bəlkə də, əhəmiyyətli olan şeylər arasındakı xətlər və əlaqələr şəbəkəsi olduqda sərhədlərin təbiətini həddindən artıq vurğulayırıq və ya səhv başa düşürük.
Rəqəmsal sosiologiyanın özünəxas metodlar sisteminin formalaşması sosioloji tədqiqatlardan daha qısa zaman müdətində daha əhatəli və səmərəli nəticələr əldə etməsinə şərait yaradır. C.Graham, E.Laurier, V.O’Brien və M.Rouncefi “Yeni vizual texnologiyalar: dəyişən sərhədlər, paylaşılan anlar” adlı tədqiqat işində qeyd edirlər ki, “Vizual texnologiya bir sıra mühüm sahələrdə nəzərəçarpacaq dərəcədə dəyişdirilmiş və dəyişməkdədir. Vizual daşıyıcılar (məsələn, mobil şəbəkələr, İnternet), istehsal texnologiyaları (məsələn, rəqəmsal videokameralar və kameralar, mobil telefonlar), displey texnologiyaları (məsələn, ictimai displeylər, mobil telefon proyektorları) və xidmətlər (məsələn, Flickr, MMS, bloglar) əsasında hadisələrin gedişatını tam şəkildə müşahidə etmək olar” (Graham C., Laurier E., O’Brien V. and Rouncefi eld, 2011).

Nəticə

Rəqəmsal sosiologiya istiqamətində tədqiqatlar aparan müəlliflər əmindirlər ki, rəqəmsallaşmış cəmiyyətdə müsbət tərəflərlə yanaşı mənfi tendensiyalar da mövcuddur. Bir tərəfdən cəmiyyətin rəqəmsallaşması problemlərin sürətli həlli inmaknlarını açırsa, digər tərəfdən individuallığın itirilməsinə gətirir. Müasir bəşəriyyət yeni rəqəmsal dəyərlərin tam qəbul edilməsinə hazır deyil. V.P.Filimonov rəqəmsal cəmiyyəti yeni quldarlıq cəmiyyəti olaraq xarakterizə edir. Belə ki, rəqəmsal imkanlar insanların manipulyasiya edilməsini dərinləşdirir, sosial şəbəkələr vasitəsilə ötürülən məlumatlar eyni düşünüən, eyni qərarlar verən və nəhayət, oxşar mənliklərə malik olan yeni tip insanların formalaşmasına səbəb olur.
İstifadə edilmiş ədəbiyyat Andrew Targowski.The Strategies of Informing Technology in the 21st Century. USA: Independent Researcher, 2022. Pages: 557
Bell , G. and Dourish , P. Divining a Digital Future: Mess and Mythology in Ubiquitous Computing . 2011 Cambridge, MA : The MIT Press .
Best , K. Living in the control society: surveillance, users and digital screen technologies . International Journal of Cultural Studies , 2010, V.13 (1), p.p.5 – 24 .
Castells M. Materials for an exploratory theory of the network society. // British Journal of Sociology, 2000, 51 ( 1 ), p.p.5 – 24
Deborah Lupton. Digital sociology. Routlege: Taylor&Francis Qroup. 2015, 236p.
Graham C., Laurier E., O’Brien V. and Rouncefi eld , M. ( 2011 ) New visual technologies: shifting boundaries, shared moments. // Visual Studies. V. 26 ( 2 ), p.p.87 – 91 .
Edwards A. , Housley W., Williams M., Sloan L. and Williams M. Digital social research, social media and the sociological imagination: surrogacy, augmentation and re- orientation. // International Journal of Social Research Methodology. 2013, V.16 (3),p.p. 245 – 260 .
Василенко Л.А. Социология цифрового общества : монография / Л.А. Василенко, Н.Н. Мещерякова ; Томский политехнический университет. – Томск : Изд-во Томского политехнического университета, 2021. – 226 c.
İstifadə edilmiş ədəbiyyat Andrew Targowski. The Strategies of Informing Technology in the 21st Century. USA: Independent Researcher, 2022. Pages: 557
Bell , G. and Dourish , P. Divining a Digital Future: Mess and Mythology in Ubiquitous Computing . 2011 Cambridge, MA : The MIT Press .
Best , K. Living in the control society: surveillance, users and digital screen technologies . International Journal of Cultural Studies , 2010, V.13 (1), p.p.5 – 24 .
Castells M. Materials for an exploratory theory of the network society. // British Journal of Sociology, 2000, 51 ( 1 ), p.p.5 – 24
Deborah Lupton. Digital sociology. Routlege: Taylor&Francis Qroup. 2015, 236p.
Graham C., Laurier E., O’Brien V. and Rouncefi eld , M. ( 2011 ) New visual technologies: shifting boundaries, shared moments. // Visual Studies. V. 26 ( 2 ), p.p.87 – 91 .
Edwards A. , Housley W., Williams M., Sloan L. and Williams M. Digital social research, social media and the sociological imagination: surrogacy, augmentation and re- orientation. // International Journal of Social Research Methodology. 2013, V.16 (3),p.p. 245 – 260 .
Василенко Л.А. Социология цифрового общества : монография / Л.А. Василенко, Н.Н. Мещерякова ; Томский политехнический университет. – Томск : Изд-во Томского политехнического университета, 2021. – 226 c.


"Dergipark.org.tr"