09.01.2024, 06:55 - Baxış sayı: 309

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Heydər İmanov AMEA prezidentinə təbrik məktubu göndərib


Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Heydər İmanov AMEA prezidentinə təbrik məktubu göndərib

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Noosfer İctimai Elmlər Akademiyasının birinci vitse-prezidenti, professor, texnika elmləri üzrə fəlsəfə doktoru Heydər İmanov AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İsa müəllim!
Sizi Yeni il münasibətilə ürəkdən təbrik edirəm! Sizə möhkəm cansağlığı Azərbaycanda insan kapitalının artırılması istiqamətində misilsiz xidmətinizdə uğurlar arzulayıram.
Sizin dəstəyiniz sayəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu ilə Noosfer İctimai Elmlər Akademiyası (Sankt-Peterburq, Rusiya Federasiyası) arasında elmi əməkdaşlıq haqqında bağlanmış müqaviləyə uyğun olaraq, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bir sıra birgə tədbirlər keçirilmişdir.
Sevindirici haldır ki, Azərbaycanın Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyində Prezident İlham Əliyevin başçılığı və “Qarabağ Azərbaycandır!” nidası altında ölkəmizin ərazi bütövlüyü tam olaraq təmin edildi.
Hazırda rəhbərlik etdiyim layihə olan “Noosfer planeti” beynəlxalq elmi-praktik konfransında iştirak edən bütün Rusiya alimləri adından AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoruna Sizin vasitənizlə dərin minnətdarlığımı bildirirəm. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın parlaq moderatorluğuna görə professor İlham Məmmədzadə, həmçinin institutun alimləri Zöhrə Əliyeva, Sevinc Həsənova, Samirə Dadaşova və İradə Zərqanayevaya fəal iştirakına və konfransda dinlənilmiş elmi məruzələrinə görə təşəkkürümüzü bildiririk.
Yeni 2024-cü il cəsarətli ümidlər və gələcəyə inam dövrüdür.
Heydər İmanov Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Noosfer İctimai Elmlər Akademiyasının birinci vitse-prezidenti, professor, texnika elmləri üzrə fəlsəfə doktoru”