29.12.2023, 07:10 - Baxış sayı: 328

Fəlsəfə və Sosiologiya İnstitutu və AMEA Rəyasət Heyəti Elektron Akademiya şöbəsinin birgə iclası keçirilmişdir


Fəlsəfə və Sosiologiya İnstitutu və AMEA Rəyasət Heyəti  Elektron Akademiya şöbəsinin birgə iclası keçirilmişdir

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun yeni fəaliyyətə başlamış AMEA Rəyasət Heyəti Aparatının Elektron Xidmətlər və Elektron Akademiya şöbəsinin birgə iclası keçirilmişdir.
Görüşdə Elektron Xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İmranov Fariz, baş mütəxəssis Aida Tağıyeva, texnika elmləri üzrə fəlsəfə doktoru Həsən Nağıyev və digər əməkdaşlar iştirak etmişdir.
Görüşü Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə açaraq cari il ərzində görülən işlər və nəticələri haqqında iclas iştirakçılarını məlumatlandırdıqdan Fəlsəfə və Sosiologiya İnstitutu və AMEA Rəyasət Heyəti  Elektron Akademiya şöbəsinin birgə iclası keçirilmişdirsonra iclasda iştirak edən Elektron Akademiya şöbəsinin müdiri Fariz İmanova söz verildi. Fariz İmanov institut nəzdində fəaliyyət göstərən şöbələrin sənədlərinin rəqəmsallaşdırılması, alimlərin elmi tədqiqat işlərinin Web Of Science, Scopus, TUBITAK və s. beynəlxalq bazalarda yerləşdirilməsi, həmçinin onların elmi fəaliyyətinin qiymətləndirilməsində H-indeksinin əhəmiyyəti və keyfiyyətinin artırılması, “Şərq fəlsəfəsi problemleri” jurnalının , Wikipediyada yerləşdirilən məlumatların yenilənməsini, habelə arxiv sənədlərinin elektron bazasının yaradılması və digər layihələrin yerinə yetirilməli olduğunu bildirdi. İclasda iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları f.ü.f.d., dosent Sevinc Həsənova, f.ü.f.d., dosent Həbib Hüseynov görülən işlərlə bağlı fikirlərini bölüşmüş, geniş müzakirələr aparmışlar.
Fəlsəfə və Sosiologiya İnstitutu və AMEA Rəyasət Heyəti  Elektron Akademiya şöbəsinin birgə iclası keçirilmişdirElektron Xidmətlər şöbəsinin şöbə müdiri A.Zeynalova AMEA Rəyasət Heyətinin Elektron Akademiya şöbəsinin təlimatı və göstərişi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlığı ilə yaradılan “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçiriləcək təlimlərə qeydiyyat və onlarda iştirak barədə iclas iştirakçılarını məlumatlandırdı.
Sonda institut direktoru İlham Məmmədzadə görüş iştirakçılarına təşəkkürünü bildirərək, qarşıdan gələn yeni il münasibətilə təbrik edib, elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.