28.12.2023, 06:10 - Baxış sayı: 151

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Sankt-Peterburqda konfransda iştirak edibər


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Sankt-Peterburqda konfransda iştirak edibərAMEA Fəlsəfə və Sosiologiya İnstitutu "Smolnı Universiteti" İnnovativ Elmi və Təhsil Korporasiyası və Noosfer İctimai Elmlər Akademiyası (NOAS) ilə birlikdə Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Noosfer planet” adlı beynəlxalq konfrans keçirib. Tədbirin açılışını "Smolnı Universiteti" Korporasiyasının prezidenti prof. Heydər İmanov və Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru prof. İlham Məmmədzadə etdilər. Daha sonra prof. İ.Məmmədzadə müasir Azərbaycan fəlsəfəsində elmilik problem haqqında söz açdı.
Konfransda prof. A.Posadski (Azərbaycan sivilizasiyasının qlobal mənaları), prof. A.Subetto (Noosfer Sivilizasiyalar Universiteti planetdə Noosfer Sivilizasiyalar İttifaqının formalaşması mexanizmlərindən biri kimi), prof. V.Patruşev (“Noosfer Planeti” - qlobal idarəetmə prinsipləri), f.ü.f.d. S.Həsənova (Müasir Rus və Azərbaycan fəlsəfəsinin qarşılıqlı əlaqəsi problemi), f.ü.f.d. Z.Əliyeva (Tolerantlıq fəlsəfi dəyər kimi), f.ü.f.d. S.Dadaşova (21-ci əsrdə əxlaq nəzəriyyəsi), f.ü.f.d. İ.Zarqanayeva (Azərbaycanda qadına münasibətin milli ideologiyası və fəlsəfi problemləri) və digərləri çıxış etdilər.