26.12.2023, 06:25 - Baxış sayı: 158

Dos. Zeynəddin Şabanov Azərbaycan Yazıçılar Birliyinin tədbirində cıxış etmişdir


Dos. Zeynəddin Şabanov Azərbaycan Yazıçılar Birliyinin tədbirində cıxış etmişdir

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda AYB sədrinin Beynəlxalq Əlaqələr üzrə katibi Salim Babaoğlunun moderatorluğu ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: alim, yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə tanınmış şair və yazıçılar, alimlər, ziyalılar çıxışlar etmişlər. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dosent Zeynəddin Şabanov yazarın “Sahibsiz kölgələr”, “Sahilsiz təzadlar” və “N saylı qəhrəmanlıq” romanlarının fəlsəfi mahiyyətindən danışmış, əsərlərdə azərbaycançılıq ideyasının qoyuluşu məsələsinə toxunmuş, vətənpərvərliyin, dövlət rəmzlərinə hörmətin, milli-mənəvi dəyərlərin təbliği, dilimizin tərənnümü, vətən təbiətinin yüksək səviyyədə vəsfi barədə fikirlərini çatdırmışdır. Sonda alim, yazıçı Sadıq Qarayevə “2023-cü ilin yazarı” diplomu təqdim olunmuş, yazıçı ilə xatirə şəkilləri çəkilmişdir.
Dos. Zeynəddin Şabanov Azərbaycan Yazıçılar Birliyinin tədbirində cıxış etmişdir