15.12.2023, 09:25 - Baxış sayı: 214

“Azərbaycan fəlsəfə tarixində Akademik Ziya Bünyadovun yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi

“Azərbaycan  fəlsəfə  tarixində  Akademik  Ziya  Bünyadovun  yeri və rolu”  mövzusunda dəyirmi masa keçirildi

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı “Azərbaycan fəlsəfə tarixində Akademik Ziya Bünyadovun yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq, bildirib ki, Ziya Bünyadov öz fundamental tədqiqatları ilə yalnız tarix, şərqşünaslıq deyil, bütün elmi dəyərləri özündə əks etdirən, ümumən elm sahəsinə mühüm töhfələr verən bir şəxsiyyət idi. Onun əsərləri dövrün bütün problemlərinin dərin və dəqiq təhlilinə əsaslanır. Araşdırdığı məsələlər, orta əsrlərə aid mənbələrin tərcüməsi, onlara aid yazdığı geniş şərhlərin yüksək peşəkarlığı ilə alim daim fərqlənib. Onun ilk dəfə elm ictimaiyyətinə çatdırdığı dilimizə çevirərək əhatəli şərhlərlə nəşr etdirdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan qaynaqlar sırasındadır. Ziya Bünyadovun Azərbaycan xalqının tarixinə verdiyi töhfələr bunlarla bitmir. O, Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim mübarizə aparmış, milli mənbələrə münasibətdə hər zaman vətənpərvər, ziyalı mövqeyi ilə seçilmişdir.
Sonra çıxışçılardan f.e.d., dos. Arzu Hacıyeva “Ziya Bünyadov dinşünas kimi”, baş elmi işçi, f.e.d. Arif Bünyadov “Ziya Bünyadovun nəsil şəcərəsinə dair”, aparıcı elmi işçi, f.ü.f.d., dos. Faiq Ələkbərli “Azərbaycan xalqının tarixinə fəlsəfi yanaşma və Ziya Bünyadov”, aparıcı elmi işçi, f.ü.f.d., dos. Əli İbrahimov “Akademik Ziya Bünyadovun ideya irsinin bəzi məqamları haqqında”, aparıcı elmi işçi, f.ü.f.d.,dos. İradə Zərqanayeva “Ziya Bünyadovun bədii yaradıcılığı: Dümbül bəyin macərası əsəri” adlı məruzələrlə ilə çıxış etdilər.