14.12.2023, 06:53 - Baxış sayı: 297

Dosent Zeynəddin Şabanov fəal gənclər üçün kurslarda mühazirə oxumuşdur


Dosent Zeynəddin Şabanov fəal gənclər üçün kurslarda mühazirə oxumuşdurAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında respublikanın bütün bölgələrini təmsil edən həmkarlar ittifaqlarının gənc fəalları üçün təşkil olunmuş 5 günlük kurslarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dosent Zeynəddin Şabanov “Gələcək bu gündür. Dəyişiklik prosesinə haradan başlamaq lazımdır? Böhran liderləri yaratmır, üzə çıxarır mövzusunda” mühazirə oxumuşdur. Natiq mühazirəsində mövzu ilə bağlı problemlərə toxunmuş, ölkədə həyata keçirilən gənclər siyasətinin mahiyyəti, gənclərin problemləri və onların aradan qaldırmaq yolları, gələcək peşələr, məşğulluq, cəmiyyətdə özünütəşkil, liderlik və onun xüsu¬siy¬yətləri, fəaliyyətin planlaşdırılması, sosial tərəfdaşlıq kimi məsələlər barəsində fikir¬lərini bildirmişdir. Mühazirədən sonra geniş diskussiya olmuş, gənclər maraqlı fikir-lə¬rini bölüşmüşlər. Yekunda xatirə şəkli çəkilmiş, iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Dosent Zeynəddin Şabanov fəal gənclər üçün kurslarda mühazirə oxumuşdur