Milli yaddaşın müqəddəs məkanı
Nəyisə bilmək üçün onu artıq indi bilmək lazımdır.
Sokrat
Sokrat paradoksu və “yaddaş məkanı”
Sokrat həmişə paradoksaldır. Ona görə də böyük filosofdur. Lakin onun fəlsəfəsinin fəzilət tərəfinin məhz paradokslarının arxasında canlı mətn yaradan, “daxili yaşantı”ları “oyadan” fikir böyüklüyü, orijinallığı vardır. Sokratın (həm də Platonun) yuxarıdakı paradoksunun arxasında bir anlam dayanır: Yaddaş! Daha doğrusu, insan hər anında həm yada salır, xatırlayır, həm də yaradır! Anmaq bu mənada insanı daim yaddaşlar yaratmaq, keçmişlə indi, indi ilə gələcək arasında bağlantı qurmaq deməkdir. Sözün həm ontoloji, həm də metaforik mənasında!
Müasir fransız tarixşünaslığının əfsanələrindən olan Pyer Nora tarixi yaddaşı (həm də mədəniyyət yaddaşını, kollektiv yaddaşı) araşdırarkən belə bir anlayış daxil etmişdir: “yaddaş yeri”. Bu anlayış hər hansı toplumun (xalqın, millətin) kollektiv surətdə yaddaşında mədəniyyət abidələrini, dini abidələri, yazılı abidələri və böyük şəxsiyyətlərin fəaliyyətini yadda saxlamasını ifadə edir. Hər xalqın da öz “yaddaş yeri” mövcuddur! O “yaddaş yerləri” toxunulmazdır, müqəddəsdir! Onların müqəddəsliyi bütün cəmiyyətin həyatında oynadıqları rola görədir. Yəni mistik və ya fantastik deyildir, kimlərinsə xəyalının məhsulu deyildir.
12 dekabr Azərbaycan xalqının müqəddəs yaddaş yeridir! Yəni, Azərbaycan xalqı bu gün, indi nəyi bilmək lazım gəldiyini artıq bilir! Bu bilgini sadəcə xatırlatmada deyil, həyatın qaynar qatında canlı yaşadır! Onu hər gün aktuallaşdırır, əyaniləşdirir ki, yaddaş yerinin bu guşəsi əbədi olsun! Çünki Anım günü Azərbaycan xalqının keçmişini indisi və indisini gələcəyi ilə bağlayıb, onu yaşadan Ümummilli lideri ilə bağlıdır! Heydər Əliyev cəmiyyət üçün ən ağrılı, xaotik və ümidsiz bir dönəmdə uğur qazanmağı millətə öyrədən, onu zəfərlərə alışdıran və bu əsasda toplumun yaddaşından nələrisə təmizləyən dahi şəxsiyyətdir!
Nələrisə xalqa unutdurmağı bacaran insan necə yaddaşlarda əbədi qala bilir? Bu da başqa bir fəlsəfi paradoksdur. Ancaq o qədər dərin və konstruktiv mənası vardır ki! Yaddaşı daimi daxili özünütoparlama mənasında ruhun tamlığı kimi dərk etsək, vurğulanan paradoks aydınlaşar. Məsələ ondan ibarətdir ki, ruhun tamlığını saxlamaq üçün hər bir xalq yaddaşsızlığa, xaosa, qarışıqlığa, keçmişlə indi arasında bağlantı qurmağa imkan verməyən qarışıq dönəmə daxil olur. Bu zaman toplum miqyasında bir psixoloji apatiya, ümidsizlik, hardan gəldiyinə münasibətdə unutqanlıq yaranır. Bunu konkret yaşadığı zamanda ona olan təsirlər, təzyiqlər, yayındırıcı, dağığıdıcı proseslər fonunda edir.
Ümidsizliyi, uğursuzluğu unutdurmaq səriştəsi
Deməli, real surətdə məhv olmaq təhlükəsi ilə üz-üzə qalır. Obrazlı desək, bütöv bir xalq kollektiv surətdə Xorxe Luis Borxesin məşhur yenyetmə Funesin vəziyyətinə düşmək riskinə doğru gedir. Funes aldığı travmadan lazım oldu-olmadı hər şeyi anına qədər yaddaşına yazır – özündən asılı olmayaraq! Bu mənada “həyat boyunda yaddaş” sindromu yaranır! Bax, bu cür dağıdıcı yaddaş tendensiyasından lazımlı unutqanlıq qurtuluş yolu ola bilər. Fərddən fərqli olaraq millətin yaddaşından uğursuzluğu, ümidsizliyi və keçmişlə indi arasındakı mənəvi-psixoloji uçurumu aradan götürməyə çox böyük iradə, liderlik qüdrəti, aparıcılıq, inandırma keyfiyyəti və şəxsi nümunə ola bilən dahi şəxsiyyət lazımdır!
Keçən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev bu missiyanı yerinə yetirdi! Belə xilaskarı anmaq, həm də daim anmaq artıq millətin mənəvi, tarixi və psixoloji borcu, həm də, sosial-siyasi-mənəvi məsuliyyətidir!
12 dekabr bu alamda da yaddaşı təzələmək, onun alt qatındakı yaşantılara indi baş verənlərin paradoksallığı, məntiqi, ümidləri və perspektivləri işığında bir daha baxmaq deməkdir! Biz bu daxili hesabatı özümüzə verməsək, onda toplum olaraq keçmişi¸ indini və gələcəyi görə bilmərik! Heydər Əliyev haqqında yaddaş olmadan gələcəyi görə bilməyimiz mümkün deyildir!
12 dekabr – Anım Günü bu mənada həm də şüurumuzun müasir dövlətçilik və Zəfər savaşı ilə bağlı yaddaş qatında dönüş nöqtəsidir! Azərbaycan xalqı 30 il öncə yaddaşına yeridilməyə çalışılan zərərli simptomlardan xilas edən ümummilli liderini, eyni dərəcədə ona uğur qazanmağı öyrədən Ulu öndərini anmalıdır ki, haradan gəlib hara getdiyini düzgün müəyyən etsin! Anım Günü dövlətçilik, müstəqillik, zirvələrə yüksəliş “kompasıdır”! Onu qətiyyən itirmək olmaz!
Yaddaş, anım, “ilk şəfqət” və ya “yaddaşın Daosu”
Anmağın fəlsəfəsində incə məqamlar çoxdur. M.Prust deyirdi ki, hər kəs nəyicə “ilk şəfqəti”ndə görməlidir! Ancaq problem ondadır ki, “ilk şəfqət” həm “tutulur”, həm də “tutulmur” (Dao kimi həm var, həm də yoxdur, həm tutulur, həm də tutulmur. Yəni o, bir an parlayır, işığını saçır, sonra digər əşyaların arasında “qeyb olur”. Onu ancaq insan zəkası, yaddaşı və mənəviyyatı təkrar “tapıb canlandıra” bilər! Bütün işıqlı, zəkalı və şəfqətli insanların taleyinə yazılan həqiqətdir, bu.
Heydər Əliyev bütöv bir qövmün, millətin, Türk dünyasının XX əsrdə parlayan və işığını dövlətçilik yolunda XXI əsrin keşməkeşlərini yarmağa qadir surətdə gələcəyə ötürən “ilk şəfqəti”dir! Anım günü bu şəfqətin zamanlaşan, rəmzləşən, lakin işığını daim saçan məqamıdır! Anım günündə Heydər Əliyevi anmaq bu mənada, onu öz zaman sürəcində canlandırmaq, yaşatmaq və bununla şüurla mənəviyyatın “ortaq sahəsi”ndə özünü diriltmək deməkdir! Yaddaşında “öz”ünü yenidən yaratmaq və kəşf etmək deməkdir!
Mədəniyyətin güclü olduğu yerdə “hər şey artıq gecdir” deyimi keçmir. Çünki dünya öz-özünə əbədiləşmir – onu hər anda öz dünyasında yaradan insan lazımdır! O insana da aparıcı mayak, yoluna işıq salan lider gərəkdir! Belə olanda “hər şey artıq gecdir” deyimi “hər şey indidir, hər şey gələcəkdir” nikbinliyinə çevrilir!
“Keçmişi tarixləşdir ki, özün tarix yarada biləsən”
Fridrix Nitşe bütün fəlsəfi mövzularda maraqlıdır. Yaddaş və tarix məsələsində də ondan öyrənməli çox şey var. F.Nitşe deyirdi ki, keçmişdən elə yararlanmaq lazımdır ki, tarix yarada biləsən! Bunun üçün keçmiş olanı həyat üçün tarixə çevirmək qabiliyyəti olmalıdır! Həmin mənada “insan insan yaratmalıdır”!
F.Nitşenin dəli olub-olmaması ilə işimiz yoxdur, lakin bu fikirlərdə yaddaş və tarixlə bağlı çox dərin incəliklər vardır. Onların izahı bir neçə kitablıqdır. Anmaq məsələsində isə bu böyük alman filosofun təfəkkürü aydındır! Sadələşdirək: hər bir fərd və deməli, hər bir toplum keçmişini tarix statusunda anmağı bacarmırsa, onun nə indisi var, nə də gələcəyi! Bu kontekstdə X.Uaytın da F.Nitşenin bir fikrini sevməsinin intellektual haqqını vermək lazımdır. Uaytın sevimli Nitşe cümləsi: “İnsan...həm unudur, həm anır, və bu dixotomiya sırf insanidir, unikaldır; insan unutqanlığı heyvan “unutqanlığından” fərqlənir, zira o, (insan unutqanlığı – F.Q.) insanı öz məxsusi keçmişində qalmaq [əbədi, həmişəlik] üçün sərf etdiyi faydasız zaman itirmək məsələsini həll edərək, yaddaşın izini silməyi tələb edir”! Bax, bu cür müsbət yaddaş silinmələrinin mayakı, istiqamətverici faktoru “yaddaş yerləri”dir!
Yaddaşımızın qürur qaynaqları
O cümlədən, Anım günləri nəyi yaddaşdan silməyin və nəyi saxlamağın məzmun və sərhədini müyyən edir! Bu mənada 27 Sentyabr Anım gününü 12 Dekabr Anım günü məzmunlaşdırmış, ona güc, qüvvət, məna, perspektiv və gələcək vermişdir! Bu iki Anım günü dahi liderlik Zirvəsi ilə şəhidlik Zirvəsini birləşdirmişdir! Bu müqəddəs vəhdət Ulu Öndərin zəka ziyasının ilk şəfqətində Azərbaycanın müstəqil güclü dövlətçiliyinin, milli ləyaqətinin və parlaq gələcəyinin fəlsəfəsini təcəssüm etdirməkdədir!
Biz diriyik. Biz yaşayırıq. Biz ümidliyik. Çünki 12 Dekabr və 27 Sentyabr kimi Anım günlərimizin ilk şəfəqin izi ilə gələcəyə irəliləyirik! 12 Dekabr xalqın Ümummilli liderinin Anım günüdür! 12 Dekabr “Xalq qəzeti”nin Heydər Əliyevi Anım günüdür! Millətimiz həmişə yaddaşlı olsun!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
"Xalqqazeti.az"