12.12.2023, 06:45 - Baxış sayı: 95

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi fəallarının təşəbbüsü ilə Laçın Şəhəri Günü qeyd edilib


Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi fəallarının təşəbbüsü ilə Laçın Şəhəri Günü qeyd edilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi fəallarının təşəbbüsü ilə Laçın Şəhəri Günü qeyd edilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Sosial Elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov çıxış edib. Fakültə dekanı Laçın şəhərinin Azərbaycan üçün böyük əhəmiyyətindən, Laçın Dəhlizinin Gorus-Şuşa-Kəlbəcər-Qubadlı arasında yerləsən əlverişli strateji mövqeyindən bəhs edərək bu dəhlizin Qarabagla Zəngəzur arasında körpu rolu oynadığını bildirib. Fakültə dekanı artıq azadlığına qovuşmuş və günbəgün abadlaşan Laçın şəhərində aparılan bərpa-quruculuq işlərindən danışıb, tələbələri Laçın Şəhəri Günü münasibəti ilə təbrik Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi fəallarının təşəbbüsü ilə Laçın Şəhəri Günü qeyd edilibedib. R.Cavadov tədbir iştirakçılarına erməni vandallarının tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırım dəhşətlərini xatırladaraq onları erməni hiyləgərliyinə uymamağa, daim xalqımıza qarşı törədilən faciələrdən dərs götürməyə çağırıb. Fakültənin psixologiya ixtisası üzrə I kurs tələbəsi Zemfira Babayevanın ifasında Laçına həsr olunmus seir səsləndirilib, Tərlalə Abbaslının hazırladığı “Laçına ekskursiya” adlı slaydı nümayiş olunub.Daha sonra Sosial elmlər və psixologiya fakültəsinin məzunu, hazırda Fəlsəfə kafedrasının saathesabı müəllimi, II Qarabağ Müharibəsi iştirakçısı Radif Mustafayevə söz verilib.R.Mustafayev bir vaxtlar məzunu olduğu universitetdə ona dərs demiş müəllim kollektivi ilə hazırda birgə çalışmaqdan məmnun olduğunu bildirib və söhbətə tələbəlik illərini xatırlamaqla başlayıb. R.Mustafayev 1995-1999-cu illərdə Bakı Dövlət Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi fəallarının təşəbbüsü ilə Laçın Şəhəri Günü qeyd edilibUniversitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə bakalavr səviyyəsində təhsil aldığını, sonra həmin fakültədə “Sosial fəlsəfə” ixtisası üzrə magistr dərəcəsi keçdiyini bildirib. 2006-2007-ci illərdə leytenant rütbəsi ilə motoatıcı taqım komandiri olaraq hərbi xidmət getdiyini və baş leytenant hərbi rütbəsində ehtiyata buraxıldığını deyib. 2008-ci ildən elmi fəaliyyətini davam etdirən R.Mustafayev dissertasiya müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb, ona 2018-ci ildə dosent elmi adı verilib.R.Mustafayev 21 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Çağırış üzrə Xidmət tərəfindən təlimlərə cəlb olunduğunu bildirib. Həqiqi hərbi xidməti zamanı motoatıcı tağım komandiri olsa da, II Qarabağ Müharibəsində artilleriya qoşununda tağım komandiri təyin edildiyini deyib. Cəbhə xəttinə gətirildiyi günün səhərisi müharibə başlayıb. Bundan sonra döyüşlərə qatıldığını deyən R.Mustafayev ona verilən tapşırıqları mümkün qədər vaxtında və dəqiqliklə icra etməyə çalışıb.Müharibə zamanı göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunub.Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi olan R.Mustafayev Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi fəallarının təşəbbüsü ilə Laçın Şəhəri Günü qeyd edilib2022-ci il yanvar ayından II Qarabağ – Vətən müharibəsi veteranı və Prezident təqaüdçüsüdür. R.Mustafayevin döyüş xatirələri tələbələr tərfindən maraqla qarşılanıb.Tədbirin sonunda fakültənin THİK sədri Heydər Aslanov çıxış edərək əhalisinin qayıdışına start verilən şəhərlərimizdən birinin Laçın olduğunu və indiyədək oraya 764 ailənin köçürüldüyünü bildirib. O, həmçinin qeyd edib ki, işğaldan azad edilmiş yurd yerlərimizə qayıdan vətəndaşlarımız üçün Laçın şəhərində rahat evlər inşa edilib. 30 ilə yaxın müddət ərzində vətən həsrəti ilə yanıb-qovrulan laçınlılar “Laçın şəhəri günü”nü hazırda yüksək bayram əhval-ruhiyyəsi ilə öz evlərində qeyd edirlər. SEP THİK sədri tələbə həmkarlarını torpaqlarımızın azadlığı uğrunda canından keçən igid əsgərlərimizin ruhunu daim hörmətlə anmağa və ölkə başçısı İlham Əliyevin dövlətçilik ideologiyası ətrafında sıx birləşməyə çağırdı.