“Azərbaycan fəlsəfəsində müasir elmin başlanğıc problemi” mövzusunda Dəyirmi masa keçirildi
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan fəlsəfəsində müasir elmin başlanğıc problemi” mövzusunda Dəyirmi masa keçirildi. Tədbiri Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq Tədqiq və Tətəbbö Cəmiyyətinin yaranmasından, keçdiyi inkişaf yollarından, bu cəmiyyətin Milli Elmlər Akademiyasının formalaşmasında oynadığı mühüm roldan və tarix boyu göstərdiyi təsirlərdən danışaraq, Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illik yubileyinin yalnız Fəlsəfə və Sosiologiya İnstitutununda deyil, AMEA-nın digər institutlarında da elmi konfransların, müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib. Sonra alim Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin təsis edilməsi, məhsuldar və məzmunlu fəaliyyəti, nəşr olunan əsərlər barədə geniş məlumat verib. Qeyd edib ki, Azərbaycanı, onun dilini, tarixini, adət-ənənələrini, etnoqrafiyasını, milli psixologiya və fəlsəfəsinin öyrənilməsi kimi mühüm məqsədlərin yer aldığı qurum fəaliyyəti dövründə bu kimi əhəmiyyətli işlər görmüş, atılmış bu addımların sonrakı illərdə də Milli Elmlər Akademiyasının inkişafı üçün zəmin formalaşdırdığını söyləyib. Proferssor bildirib ki, “Fəlsəfə yalnız elm deyil, eyni zamanda bir ideologiyadır. Ümumiyyətlə, fəlsəfə bir elm kimi çoxşaxəlidir, məsələn din, riyaziyyat, ədəbiyyat, tarix kimi bir çox elmlərlə daim sıx əlaqədədir”.
Sonda İnstitutun şöbə müdiri, f.e.d., professor Rəna Mirzəzadə “Azərbaycanda ilk elmi tədqiqat Cəmiyyəti: strukturu və qadınların elmdə inkişafı”, şöbə müdiri f.e.d. Füzuli Qurbanov “Azərbaycanda Elmlər Akademiyası mədəni-elmi “yaddaş yeri” kimi” , Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi, f.ü.f.d., dos. İradə Zərqanayeva “Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətindən başlanan elmi-fəlsəfi düşüncə yolu”, fəlsəfə üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, f.ü.f.d., dosent Radif Mustafayev “Müasirliyin fəlsəfi anlamına baxış” mövzularında məruzə ilə çıxış ediblər.
Dəyirmi masa mövzu ətrafında müzakirələrlə yekunlaşdı.