21.11.2023, 09:17 - Baxış sayı: 411

“Ailədə dəyərlər və gender bərabərliyi: Azərbaycan, Bolqarıstan, Türkiyə” adlı toplu nəşr olunub


“Ailədə dəyərlər və gender bərabərliyi: Azərbaycan, Bolqarıstan, Türkiyə” adlı toplu nəşr olunub

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının maliyyə dəstəyi ilə nəşr olunan bu əsər “Ailədə dəyərlər və gender bərabərliyi: Azərbaycan, Bolqarıstan, Türkiyə” adlı subregional layihəsinin məntiqi yekunudur. Müzakirələr kənd, ənənəvi və dini cəmiyyətlərdə geniş yayılmış gender stereotiplərinin aradan qaldırılması yolu ilə qadınların maraqlarının qorunmasına yönəlib. Bu məsələlər üzrə konstruktiv bilik və ideya mübadiləsi məqsədi ilə yuxarıda qeyd olunan ölkələr arasında dialoqun təşviqinə yönəlmiş layihə göstərdi ki, dialoq təkcə ölkələr, cəmiyyətlər, mədəniyyətlər və etnik qruplar arasında körpülərin qurulması üçün uğurlu alət deyil, həm də ailələrdə də məhsuldardır.
Layihədə elmi, fəlsəfi, etik və sosioloji ədəbiyyatın hərtərəfli təhlili ilə yanaşı, müqayisəli metodoloji araşdırma da yer alıb. Gender tədqiqatının metodologiyası həm vətəndaşların ailədə bərabərlik dəyərlərinə dair fikirlərini müqayisə etmək üçün sosial şəbəkələrin təhlilinə, həm də maraq anlayışları və bu biliklərin alimlərin tədqiqatlarında istifadəsi üzrə ekspert sorğusunun keçirilməsinə əsaslanırdı. Cəmiyyətdə gender və ailə biologiyası probleminə metodoloji yanaşmalarında baş verən dəyişiklikləri nəzərə alaraq belə qənaətə gəlinir ki, bu dəyişikliklər etik aspektlərin yenidən nəzərdən keçirilməsinə və bərabərlik dəyərləri ilə milli mədəniyyət arasında tarazlığı qoruyan konsensusa əsaslanan etik diskursa keçidə kömək edir.