Milli birlik modelində Lider, strategiya, qələbə formulu
Milli birliyin formulu: Lider, Strategiya, Qələbə - “Milli birlik” böyük ideyalardan yaranır, Böyük ideyalar strateji düşüncəsi olan liderdən (P.s)
Azərbaycanın dövlətçilik tarixində son 20 ilin əhəmiyyəti bütün mənalarda çox qiymətlidir. Son 20 ilin bütün cəhətlərinin mövcud reallıqlar üzərindən obyektiv dəyərləndirilməsi bu dövrün əhəmiyyətinin dərk olunması işini asanlaşdırır və gələcək nəsillərin tərəqqisinə imkan verəcək təməllər yaradır. Bu dövrün əhəmiyyətinin ictimai şüurda qavranılması Azərbaycan dövlətinin quruculuq fəlsəfəsini və indiki dövrünü anlamaq deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin 20 illik dövlət quruculuğu hansı strategiyaya əsaslanan model üzərində qurulduğu və 200 illik qlobal güc mərkəzlərinin Azərbaycanın tarixi ərazilərində “inşa” etdikləri “separatçı zirehin” üzərində necə qalib olması müxtəlif aspektlərdən araşdırılmalıdır. Nə üçün araşdırmalıdır, bu araşdırmaların bu gün və gələcək üçün əhəmiyyəti nədir, niyə bu günün tarixi bu gün yazılmalıdır? Bu sualları cavablandırmadan əvvəl Qarabağ Zəfərinin şahidi olmuş araşdırmaçıların hesabatları və təhlilləri əsasında gələcək nəsillərin münaqişədən çıxarılmış dərslər haqqında fikirlər əldə edə biləcəyi ilə bağlı xüsusi kontekstin əhəmiyyətini vurğulamaq istəyirəm.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri, f.ü.f.d Məhəmməd Cəbrayılovun “Milli birlik modelində Lider, strategiya, qələbə formulu” sərlövhəli məqaləsində yer alıb.
AZƏRTAC məqaləni təqdim edir: “Bugünkü yaşanan uğurların ictimai şüurda dərk olunması bu uğurların dayanıqlılığı və perspektivi baxımından əhəmiyyəti böyükdür. Digər tərəfdən dərk olunmuş ümumi qələbə sevinci kollektiv yaddaşa çevrilir və gələcək nəsillərin inkişafı üçün geniş perspektivlər açır. Bu cür inkişafa yol açan səbəbləri ardıcıllıqla sıralasaq aydın olur ki, bugünkü qazanılan uğurlarla bağlı yazılanlar onun gələcəyə təsirini qorumağa kömək edər, kollektiv yaddaşda möhkəmlənən Qələbə xatirələri milli birliyin uzunmüddətli saxlanılma prosesinə töhfə verə bilər.
Birincisi, 2013-2023–cü illərə kontekstual yanaşma Azərbaycana qarşı qlobal və regional güc mərkəzləri tərəfindən yönələn ziddiyyətli nüansları anlamaqda gələcək nəsillər üçün dəyərli kontekst və əsas məlumat mənbəyi ola bilər. Separatizmin iflasına səbəb olan və onun gedişatına təsir edən Prezident İlham Əliyevin strategiyasında geosiyasi, geoiqtisadi və geostrateji amillərin incələnməsi dövlətçiliyin institutsional səviyyədə dərindən dərk edilməsinin fərqli perspektivlərini yarada bilər.
İkincisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Böyük Qələbənin necə qazanılmasına şahidlik edən və bu haqda müxtəlif kontekstlərdə yazan tədqiqatçı alimlər tərəfindən tarixi həqiqətin, biliklərin gələcək nəsillərə olduğu kimi ötürülməsi məsuliyyətinin dərk olunmasıdır. Onların işi bizə bu günü anlamağa, ondan dərs almağa və müharibədə qazanılan təcrübələrin və nəticələrin zamanla gələcəyə ötürülməsinə kömək edir.
Üçüncüsü, hesabatlılıq və ədalət baxımından II Qarabağ müharibəsi və lokal antiterror əməliyyatları zamanı dinc əhaliyə və mülkü obyektlərə qarşı Ali Baş Komandan İlham Əliyevin göstərişi əsasında Azərbaycanın yüksək humanizm modeli - münaqişəyə cəlb olunmuş dövlətlər və beynəlxalq təşkilatlar üçün cəlbedici ola bilər.
Dördüncüsü, Zəfərə aparan modelin hərbi, siyasi, iqtisadi, mədəni, sosial və beynəlxalq əlaqələr müstəvisində təhlili və analizi yeni dövrün reallıqları üçün ciddi əsaslar yaradır.
Beşincisi, “Dəmir yumruq” fəlsəfəsinə söykənən “Milli Birlik” modelinin Azərbaycanda fəaliyyətdə olan, müxtəlif məqsədlərlə yaradılan siyasi institut və təşkilatları tərəfindən dərk edilməsi - qlobal miqyasda milli maraqların təmin olunması və daha güclü bir dövlətin gələcək nəsillərə ötürülməsi işində məsuliyyət daşıyan hər bir şəxsin ləyaqətli vətəndaş kimi müqəddəs borcunu yerinə yetirməsinə kömək edəcək.
Qeyd olunan beş əsas istiqamət üzrə Prezident İlham Əliyevin hakimiyyətə olduğu dövrü analiz etdikdə aydın olur ki, o, realistdir, praqmatikdir, strateji düşüncəyə sahibdir, sülhpərvərdir və milləti ilə bütünləşmiş liderdir. Onun hakimiyyətdə olduğu dövr Azərbaycanın yüksəliş dövrüdür. Bütün sahələrdə sürətli inkişaf və tərəqqi milli təhlükəsizliyin, daxili sabitliyin, milli birliyin əsaslarını formalaşdırdı. Azərbaycan dövlətçiliyinin inkişafı üçün qəbul edilmiş modellər yeni dövrün tələblərinə transformasiya olundu. Ordu quruculuğu sahəsində böyük nəticələr verən islahatlar həyata keçirildi. Ordumuz dünyanın ən nüfuzlu orduları sırasına daxil oldu. Enerji ixracı sahəsində regional və qlobal səviyyədə böyük geoiqtisadi layihələrə imza atıldı. Azərbaycan kosmik klubun üzvü oldu və bu gün 3 peyki ilə öz fəaliyyətini davam etdirir. Qlobal və regional nəqliyyat-loqistika layihələrinin sürətlə həyata keçirilməsi Azərbaycanın geostrateji əhəmiyyətini dəfələrlə artırdı. Azərbaycanın regionun güc mərkəzləri ilə konstruktiv və uzlaşma strategiyası qurması üçün vacib resurslara sahib olması, ona həlledici məqamlarda müstəqil qərarlar qəbul etmək baxımından böyük imkanlar qazandırdı. Bu cür üstünlüklər əldə etmək bir tərəfdən Azərbaycanın regional nüfuzunu, digər tərəfdən beynəlxalq əhəmiyyətini sürətlə artırdı. Qlobal və regional güc mərkəzləri rəsmi Bakı ilə bərabərhüquqlu əməkdaşlıq kursunu qəbul etməyə məcbur oldu. Azərbaycan regionda həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələrdən işğalçı Ermənistanı təcrid etdi. Hucum diplomatiyasına üstünlük verildi. Xocalı və bütünlükdə Qarabağ həqiqətlərinin beynəlxalq müstəvidə duyulması üçün böyük tədbirlərə önəm verildi. İkitərəfli və çoxtərəfli əməkdaşlıq modellərində Azərbaycanın beynəlxalq hüquqa hörmət və etibarlı tərəfdaş olmasını təsdiq edən dövlətlərin sayı artmağa başladı.
Xankəndi başda olmaqla, azad edilmiş ərazilərin bir ölkə və xalq üçün əhəmiyyətini yalnız coğrafi bütünlüyün bərpası kimi qiymətləndirmək olmaz. Bu iki əsrlik Azərbaycan torpaqlarında separatizm “toxumlarını əkən” qlobal güclərin imperializm məqsədlərinin iflası, xalqımızın milli qürur və şəxsiyyətinin bərpası, yenidən “dirilişi”dir. Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq “Dəmir yumruq” fəlsəfəsi ilə milli bütövlüyün ruh və qürur konseptinə əsaslanan “Böyük Qələbə” dövlət suverenliyinin təsdiqi, ölkə sərhədlərinin təhlükəsiz olması və bütün coğrafi bölgələrə nəzarət etməsi deməkdir. Bu qələbənin əhəmiyyətini bir neçə istiqamətdə dəyərləndirmək mümkündür: “Birincisi, Azərbaycanın azad edilmiş ərazilərə nəzarət etməsi xarici təhdidlər, hərbi müdaxilələr və sabitliyi pozan təsirlər riskini azaltmaqla ölkənin təhlükəsizliyi təmin edildi.
İkincisi, ərazi üzərində nəzarəti bərpa etmək ölkənin qlobal mövqeyini və regionda geosiyasi təsirini gücləndirdi.
Üçüncüsü, azad edilmiş ərazilərdə ölkənin iqtisadi inkişafına təsir edən resursların dövriyyəyə qoşulmasını təmin edən layihələrin icrası üçün imkanlar açıldı.
Dördüncüsü, Azərbaycan xalqının tarixi mədəni irsinə qarşı vandalizm hərəkətlərinə son qoyuldu və bərpası mümkün olan tarixi abidələrimizin, məscidlərimizin yenidən qurulması işinə başlanıldı.
Beşincisi, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başlanıldı və qısa müddət ərzində otuz il yurdundan qovulmuş insanların öz doğma ərazilərinə qayıtması üçün dünyanın ən modern şəhər və kənd layihələri icra edilir”.
Bu tarixi dövr ərzində Azərbaycanda həyata keçirilən qlobal, regional və lokal layihələrin titanik əhəmiyyətinin ümumi təsəvvür edilmə sərhədlərini bir yazı ilə cızmaq nə qədər çətin olsa da, lakin qeyd etdiyimiz ayrı-ayrı istiqamətlər üzrə ümumi təsəvvürün formalaşması üçün əsaslar mövcuddur.
Bütün qeyd olunan uğurların mədəni, iqtisadi, siyasi, sosial mühəndisi olan Prezident İlham Əliyevin qurduğu sistemin dəyişən şərtlərə və dövrün tələblərinə uyğunlaşdırması bir neçə istiqamətdə milli birliyə və qələbəyə yol açıb:
Vizyon: lider kimi qurmaq və ya təkmilləşdirmək istədiyi sistem haqqında aydın təsəvvürə malik olması sistemin daxilində yeniliyə açılmanı və prioritet istiqamətləri müəyyənləşdirmədə Prezident İlham Əliyevə böyük üstünlüklər verir.
Analitik bacarıqlar: tənqidi və analitik düşüncəsi mürəkkəb geosiyasi sistemlərin təhlil olunması və onların Azərbaycana, bütünlükdə Cənubi Qafqaza qarşılıqlı təsirlərini öncədən qiymətləndirməyə imkan yaradır.
Əməkdaşlıq: “Sözümüz imzamızdır” fəlsəfəsinə söykənən Azərbaycanın Dövlət Başçısı beynəlxalq və regional əməkdaşlıqda yeni dəyər yaradan lider kimi ölkəmizə etibar qazandırır.
Uzunmüddətli perspektiv: həyata keçirilən geoiqtisadi layihələrin xarakterinə, fəaliyyətdə olduğu dövrə baxdıqda aydın olur ki, Prezident İlham Əliyevin imzası ilə həyata keçirilən layihələr qısamüddətli qazanclara deyil, bu layihələrin uzunmüddətli geosiyasi və geoiqtisadi faydasının Azərbaycanın bu gün və gələcəyinə təsiri çox qiymətlidir.
Problemin həlli: “nəyi nə vaxt və necə həll etmək” formulunu siyasi dəyərə çevirən dövlətimizin başçısı problemləri sistemli həll etməsi və qlobal güclər tərəfindən Azərbaycanda yaradılan 200 illik separatizmin ləğv olunması ilə bağlı verdiyi strateji qərarları dövlət müstəqilliyi, ərazi bütövlüyü və milli təhlükəsizlik baxımından əhəmiyyəti misilsizdir.
Milli birlik formulunda uzunmüddətli hədəflərə yol açan və milli maraqları siyasi konsensusun cazibə mərkəzinə çevirən Şuşa, Xankəndi, Xocalı və bütöv Qarabağ Zəfəri Azərbaycanın xoşbəxt sabahı üçün beyinlərdə yeni düşüncə, yeni yanaşma, yeni həyat toxumları səpdi. Bu Zəfər bir tərəfdən separatizmin, işğalın, vandalizmin, soyqırımının iflasını, digər tərəfdən ümummilli iradənin “Dəmir yumruğa” çevrilməsini, Vətənin hər yerində bayrağın yüksəlişini, milli qürurun dirçəlişini simvolizə edir. Zəfər Ali Baş Komandanındır, Zəfər mənimdir, Zəfər sənindir, Zəfər millətindir.
"Azertag.az"