17.11.2023, 10:32 - Baxış sayı: 156

Fəlsəfə və Sosiologiya İnstitutunun İnsan resursları şöbəsinin müdiri Səbinə Ağaquliyeva seminar-məşğələdə iştirak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun İnsan resursları şöbəsinin müdiri Səbinə Ağaquliyeva seminar-məşğələdə iştirak edib

AMEA Rəyasət Heyəti Aparatının Mülki müdafiə şöbəsində Tədbirlər planına uyğun olaraq seminar-məşğələsi keçirilib.
Seminar-məşğələyə AMEA-nın elmi müəssisə və təşkilatlarının hərbi uçot, bronetmə işlərini aparan İnsan resursları şöbələrinin mütəxəssisləri cəlb ediliblər.
Tədbiri giriş sözü ilə açan şöbənin rəisi Oqtay Fərzəliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. O.Fərzəliyev AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən imzalanmış AMEA Rəyasət Heyəti aparatında, elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçotunun aparılması, illik statistik hesabatın hazırlanması haqqında 30 noyabr 2023-cü il tarixli sərəncamından irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə yönəldilməsini bir daha vurğulayıb. Seminarda Fəlsəfə və Sosiologiya institutunun İnsan resursları şöbəsinin müdiri Səbinə Ağaquliyeva da iştirak edib.
Daha sonra şöbənin aparıcı mütəxəssisi Bahar Həsənova AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçotun aparılması, səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsi, illik statistik hesabatın hazırlanması haqqında geniş məlumat verib. Sonda bir sıra cari məsələlər müzakirə olunub.
Fəlsəfə və Sosiologiya İnstitutunun İnsan resursları şöbəsinin müdiri Səbinə Ağaquliyeva seminar-məşğələdə iştirak edib