16.11.2023, 10:15 - Baxış sayı: 124

“Postmüharibə mərhələsinin sosiologiyası” adlı seminarı keçirilmişdir


“Postmüharibə mərhələsinin sosiologiyası” adlı seminarı keçirilmişdir

Bu gün “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində şöbənin doktorantı Zümrüd Hüseynovanın “Postmüharibə mərhələsinin sosiologiyası” adlı seminarı keçirilmişdir. Doktorant Zümrüd Hüseynova çıxış edərək bildirdi ki, bəşər cəmiyyətinin davamlı fəaliyyət forması kimi səciyyələndirilən müharibələrin sosioloji əsaslarda araşdırılması xüsusi aktuallıq kəsb edir. Belə ki, sosial rifahın yaxşılışdarılmasını başlıca məqsədə çevirən insanlıq məhz bu məqsəd uğrunda müharibə və münaqişələr apararaq yüz minlərlə insan həyatını, yüzlərlə dövlətləri və cəmiyyətləri yoxsulluğa və məhvə məhkum edir. Postmüharibə və ya müharibədən sonrakı dövr dağıdılmış iqtisadiyyatın bərpası, artıq müharibə təcrübəsinə malik yeni sosial münasibətlərin qurulması, siyasi təhlükəsizlik və siyasi əlaqələrin yenidən bərpası və s. kimi səciyyələndirilə bilər.
Seminarda şöbənin əməkdaşları Lalə Mövsümova (sədr), Zemfira Məmmədzadə, Şahin Bağırov, Davud Həşimov, Zaur Əliyev, Təzəgül Qasımova, Oktay Rzayev, Sevinc Quliyeva, Nailə Əlicanova, Şəfa Əsgərova, Günay Cabarova iştirak etdilər.