07.11.2023, 09:53 - Baxış sayı: 324

“Milliliyin, milli özünüdərkin qeyri-səlis məntiq kontekstində epistemoloji xüsusiyyətləri” adlı kitab işıq üzü görmüşdür


“Milliliyin, milli özünüdərkin qeyri-səlis məntiq kontekstində epistemoloji xüsusiyyətləri” adlı kitab  işıq üzü görmüşdür

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Milliliyin, milli özünüdərkin qeyri-səlis məntiq kontekstində epistemoloji xüsusiyyətləri” adlı kitab (Bakı, “Elm və təhsil” 2023, 215 səh.) nəşr olunmuşdur. Kitabın müəllifləri f.e.d., prof. İlham Məmmədzadə və f.e.d., prof. Arif Bünyatovdur.
Kitabda qloballaşma şəraitində baxılan sahələrdə baş verən köklü dəyişikliklər milli varlığın həyati məqamlarına ciddi təhdid yaratmaqla milli kimlik, millət və milli dövlət fenomenlərinin adekvat anlamının işlənib-hazırlanması zərurətini meydana gətirmiş oldu.
Bu baxımdan, yaranmış tarixi şəraitdə Azərbaycan xalqının milli kimliyi məsələlərinin aktuallaşması son dərəcə səciyyəvi bir hal kimi dəyərləndirilməlidir. Həmin mülahizələri əsas tutaraq tədqiqat işində, həmmüəlliflər milli kimliyin, milli özünüdərkin, müasir fəlsəfi konseptləri kontekstində dominant epistomoloji yanaşmalar çərçivəsində təhlilini həyata keçirmişlər.
Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Əziz Məmmədov, rəyçiləri, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev, fəlsəfə elmləri doktoru Dilarə Müslümzadə, redaktoru Qabil Camalovdur.