06.11.2023, 11:25 - Baxış sayı: 477

AZƏRBAYCANIN TƏDQİQ VƏ TƏTƏBBÖ CƏMİYYƏTİNİN TARİXİ İZLƏRİ


BAHAR MƏMMƏDOVA,
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

AZƏRBAYCANIN  TƏDQİQ VƏ TƏTƏBBÖ CƏMİYYƏTİNİN TARİXİ İZLƏRİ

Azərbaycanın elmi–mədəni həyatında mühüm xidmətləri olan qurumlardan biri “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” dir. ATTC 1923-cü ilin noyabrın 2-də təsis edilərək, 7 il bu ad altında fəaliyyət göstərmişdir. 1930- cu ildən isə tərkibi dəyişdirilərək Azərbaycan Elmi Tədqiqat İnstitutuna verilmişdir. Cəmiyyətin fəxri sədri Səməd ağa Ağamalıoğlu olmuşdur. Cəmiyyət ziyalı qrupunun təşəbbüsü ilə yaradılmış, öz işinə o dövrün çox nüfuzlu alimlərini cəlb etmişdir. 1920-ci illərdə respublikada elmi tədqiqatlar Bakı Dövlət Universitetində mərkəzləşmişdi.
1932-ci ildə institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib, 1936-cı ildə qurum SSRİ EA-nın Azərbaycan Filialına çevrilib. 1945-ci ilin martında Akademiyaya ilk üzvlər seçildi, akademik heyət və rəhbərlik formalaşdı.
2001-ci il mayın 15-də prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən, respublikanın ən böyük elm müəssisəsi Azərbaycan Milli Elmlər Akademiyası adlanır.
Cəmiyyətin dəvəti ilə akademk V. İ. Qordlevski, akademik İ. İ. Meşşaninov, akademik V. V. Bartold, akademik A. Y. Krımski, akademik N. Y. Marr, professor A. N. Samoylov, professor N. İ. Jüze, professor İsmayıl Hikmət, professor Mehmet Fuad Köprülüzadə, V. P. Zummer, V. M. Sisoyev və b. kimi tanınmış alimlər müəyyən müddət Azərbaycanda olmuş, xalqımızın dili, tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı maraqlı tədqiqatlar aparmışdılar.
Görkəmli alimlər arasında professor A. V. Baqri (1891- 1949) də olmuşdur. 32 yaşında Bakıya gəlmiş alim ömrünün qalan 26 ilini Bakıda elmi- pedaqoji fəaliyyətə həsr etmişdir. A. Baqri ATTC-də geniş fəaliyyət göstərən alimlərdən biri olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Motif Akademi Halkbilimi Dergisi / 2011-1 (Ocak-Haziran) (Azerbaycan Özel Sayısı-I) 121 “Azərbaycan biblioqrafiyası” adlı məlumat kitabının hazırlanması Cəmiyyətin gördüyü dəyərli işlərdən biridir.Bu biblioqrafiya çox zəngin məlumat ehtiyatına malikdir. 134 müxtəlif biblioqrafik göstəricidən istifadə etməklə hazırlanmış material 1924 (I və II buraxılşlar) və 1925 (III buraxılış) ci illərdə nəşr olunmuşdur. A. V. Baqri “biblioqrafiya” da 1820 - 1923 –cü illər arasındakı böyük bir dövrün mətbuatın da Azərbaycan haqqında çap olunmuş materialları əks etdirmişdir. Cəmiyyət bu materialların hazırlanmasına 2 il (1923- 1924) vaxt sərf etmişdir. Bizim üçün daha önəmlisi odur ki, topluda Azərbaycan xalqının folkloruna aid zəngin biblioqrafik göstəricilər öz əksini tapmışdır.
Cəmiyyətin xalq ədəbiyyatına dair xüsusi məcmuəsində Qafqaz xalqları ilə birlikdə Azərbaycan xalqının da bir sıra nağıl və əfsanələri çap olunmuşdur. Buradakı nağıllar L.Q. Lopatinskinin vaxtı ilə toplamış olduğu materiallar əsasında tərtib edilmişdir.
Sovet hakimiyyətinin ilk illərində maddi və mənəvi mədəniyyət abidələrinin, o cümlədən xalq yaradıcılığının öyrənilməsinə xüsusi diqqət verilmişdir. Bu diqqətin nəticəsində bir sıra dövlət tədbirləri həyata keçirilmişdir.
A. V. Baqrinin tərtib etdiyi göstərici Azərbaycan xalqının adət və ənənələrini, etnoqrafiyasının, xüsusilə də folklorunun öyrənilməsi üçün çox mükəmməl biblioqrafik vəsaitə olmuşdur.
1923-cü ildə elmi-tədqiqat işləri aparmaq məqsədilə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (ATTC) respublikada elmin və mədəni-maarif işinin inkişafında Azərbaycanın, eləcə də qonşu regionların tarixi, arxeologiyası, etnoqrafiyası, təbii sərvətləri, elm və mədəniyyətinin öyrənişməsində bu cəmiyyətin mühüm xidmətləri olub. “Azərbaycan haqqında materialın toplanması, tədqiqi və nəşri ilə məşğul olmaqla yanaşı cəmiyyət, eyni zamanda həmin nəşrlərin elmi ictimaiyyət arasında təbliğini və yayılmasını da təşkil etmişdi.
Azərbaycanın 100 yaşlı ilk elm mərkəzinin yubiley tədbirlərinin keçirilməsi, onun fəaliyyətinin geniş şəkildə öyrənilməsi, cəmiyyətin xətti ilə aparılan elmi-tədqiqat və elmi-təşkilat işlərinin üzə çıxarılması, Azərbaycanda elmi fikrin inkişafında da böyuk rolu olacaqdır.

science.gov.az