31.10.2023, 06:32 - Baxış sayı: 289

“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti – 29-cu sayı çap olunub


“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti – 29-cu sayı çap olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda beynəlxalq elmi-nəzəri jurnal olan “Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti (№ 29, 2023) sayı çap olunub. Jurnalda İlham Məmmədzadə və Samirə Dadaşovanın “Şüur və süni intellekt fəlsəfəsi: qarşılıqlı əlaqələrinin bəzi problemləri”, Füzuli Qurbanov və Turanə Əlibəyovanın ““İnformasiya” anlayışı Qədim Yunan, Qərb və Şərq fəlsəfəsinin kəsişməsində: epistemoloji təhlil”, Rövşən Hacıyevin “Tarixin fəlsəfəsinin fəlsəfi idrakın özünəməxsus elm sahəsi kimi formalaşması məsələsinə dair”, Şölət Zeynalovun “Bilik, süni intellekt, etika və dialoq”, Faiq Ələkbərlinin “XX əsrin birinci yarısında Güney Azərbaycanda milli maarifçilik və islamçılıq fəlsəfəsi”, Zaur Rəşidovun “Şeydabəy Məmmədovun tədqiqatlarında Həsən bəy Zərdabi: sovetlər dövrünün kontekstində tənqidi təhlil”, Fərəh Sadıxovanın “Müsəlman Şərqində ruh və bədən məsələsi”, “Araz Əliyevanın “Fətullah Şirvani və onun elmi irsi”, Səadət Məmmədovanın “XXI əsrdə elmin institutlaşması xüsusiyyətləri”, Məhəmməd Cəbrayılovun “Neoimperializmə qarşı Avrasiyaçılıq modeli: dəyişən dünya nizamı və tarixi tendensiyalar” və Səbirə İskəndərovanın “Rəqəmsal texnologiyanın informasiya sivilizasiyasının yaranmasında rolu” məqalələri dərc olunub.
“Şərq fəlsəfəsi problemləri” jurnalında dərc olunan məqalələrlə jurnalın “Journalorientalphilosophy” saytında tanış olmaq olar.