07.05.2018, 11:32 - Baxış sayı: 798

Fəlsəfə İnstitutunun əməkdaşları IX Beynəlxalq Elmi Konfransda iştirak ediblər


Fəlsəfə İnstitutunun əməkdaşları IX Beynəlxalq Elmi Konfransda iştirak ediblər3-4 may 2018-ci il tarixində Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycançılığın aktual problemləri” adlı IX Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransda institutun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin əməkdaşları s.e.f.d., dos., a.e.i. Davud Həşimov, f.ü.f.d., b.e.i. Təzəgül Qasımova, e.i. Sevinc Quliyeva iştirak etmişdilər. Konfransın bölmələrində fəal iştirak edən s.e.f.d., dos. D. Həşimov “Qloballaşan dünyada ikili standartlar və Azərbaycan”, f.ü.f.d. T. Qasımova “Heydər Əliyev siyasətində Azərbaycançılıq ideologiyası və milli inkişaf modeli”, S. Quliyeva “Azərbaycançılıq milli dövlətçilik ideologiyası kimi” mövzularında aktual məruzələr etmiş, auditoriyanın böyük marağına səbəb olmuşlar. Onlar Azərbaycanda və regionda baş verən ictimai-siyasi, sosial-iqtisadi hadisələri, gedişatları təhlil etmiş, mühüm məqamları göstərmiş, Azərbaycançılıq ideologiyasının siyasi fəlsəfəsini izah etmişdilər. Sonda auditoriyanın geniş aspektli sualları ətraflı cavablandırılmışdır.