“Milli təfəkkür və tarixi yaddaş şairi Məmməd Araz” mövzusunda elmi konfrans keçirildi
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş “Milli təfəkkür və tarixi yaddaş şairi Məmməd Araz” mövzusunda elmi konfrans keçirildi.Konfransda Xalq şairi Məmməd Arazın əsərlərini əks etdirən sərgiyə baxış keçirilib. Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Məmməd Arazın zəngin yaradıcılığından bəhs edib. Azərbaycanın milli istiqlal şairi Məmməd Arazın yubileylərinin daima ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini deyən İsa Həbibbəyli şairin yaradıcılığına hər zaman Ulu Öndər tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdırıb.
“Məmməd Araz milli müstəqillik uğrunda aparılan mübarizənin önündə gedən, əsərləri ilə ölkəmizdə istiqlal hərəkatına böyük dəstək verən qüdrətli Azərbaycan şairidir. Onun fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə qiymətləndirilib. Şairin poeziyası, eyni zamanda, ölkəmizdə ötən əsrin 50-60-cı illərində, ideologiyanın öndə olduğu bir dövrdə xalqa, vətəninə, milli ideallara, ölkənin inkişafına, milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə həsr olunmuş bir ədəbiyyat kimi də Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşamaq haqqı qazanmışdır. Şairin yaradıcılığı bütövlükdə müstəqillik ideallarına, Azərbaycana, onun böyük gələcəyinin vəsf edilməsinə həsr olunub. O, sənəti, yaradıcılığı ilə əbədi yaşamaq haqqı qazanıb” - deyə AMEA rəhbəri bildirib.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin bir çox şeirləri bu gün də öz aktuallığını qoruyub saxlayır, dillər əzbəridir. Azərbaycan ədəbiyyatının böyük ustadlarından olan Məmməd Arazın sənəti, yaradıcılığı, əsərləri hər zaman yaşayacaq və müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcəkdir.
Məmməd Arazla dostluq münasibətlərindən, unudulmaz görüşlərindən söz açan İsa Həbibbəyli şairlə bağlı xatirələrini də bölüşüb.
Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə “Məmməd Arazın fəlsəfi dünyagörüşü barədə bir neçə söz”, Xalq şairi Sabir Rüstəmxanlı “Vətən daşlarının vətən nəğməsi”, tarix elmləri doktoru Eynulla Mədətli “Məmməd Araz poeziyasında milli təfəkkür, milli kimlik və tarixi yaddaş”, professor Şahin Fazil “Məmməd Araza nəzirə- şeir”, filologiya elmləri doktoru Vaqif Yusifli “Məmməd Arazın fəlsəfi lirikası”, professor Tahirə Məmməd “Məmməd Araz yaradıcılığı epik şeir kontekstində”, fəlsəfə elmləri doktoru Adil Əsədov “Üç dahinin üçüncüsü – Məmməd Araz”, dosent Günay Qarayeva “Məmməd Araz poeziyasında yaddaş intertekstuallığı” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Məmməd Araz yaradıcılığından, şəxsiyyətindən, fəlsəfi lirikasından, şairin poeziyasında milli təfəkkür, milli yaddaş, Vətənə, torpağa bağlılıq və digər mövzulardan söz açılıb, şairin Azərbaycan ədəbiyyatındakı möhtəşəm yeri və xidmətləri ən müxtəlif səviyyələrdə elmi cəhətdən dəyərləndirilərək müzakirələr aparılıb. Qeyd edilib ki, Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır.
Tədbirdə professor Rəfiqə Əzizova, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Aypara Abbasova və digər çıxış edənlər Məmməd Arazın poeziyasından söz açıb, şeirlərini şərh ediblər.