Siyasi varislikdən milli liderliyə doğru
Ümumiyyətlə, “siyasi lider” anlayışının müxtəlif aspektləri mövcuddur. Bura “adi siyasi liderlik”, “milli liderlik”, “ümummilli liderlik” və digər anlamlar daxildir. Mahiyyətcə siyasi liderliyin hər bir növü olduqca çətin fəaliyyətdir. Çağdaş tarixi mərhələdə müstəqil dövlət quruculuğu prosesi kontekstində isə “milli lider”, “ümummilli lider” anlayışları özəl fəlsəfi, siyasi-nəzəri və praktiki məzmun kəsb edir.
Bu məsələnin politoloji və fəlsəfi izahları bir-birindən fərqlənə bilər. Biz burada liderliyə BMT-nin sənədlərində ifadəsini tapmış konkret tezislər prizmasında baxmağa çalışacağıq. BMT-nin sənədlərində “millət” anlayışı “vətəndaş dövləti toplumu” anlayışı ilə sinonim kimi işlədilir. Bu mənada, insanlar millət olmağı eyni bir dövlətə mənsubluğu ilə identifikasiya edirlər. Politoloqların fikrincə, bu səbəbdən müasir mərhələdə “dövlət millətçiliyi” anlayışına daha çox fikir verilir və vətəndaşın şüurunda “dövlət – millət” və “milli lider” anlayışları bir-birinin davamı kimi dərk edilir.
Dövlətçilik və cəmiyyətin mövcudluğu üçün fundamental sayıla biləcək iki anlayışın – “millət” və “lider” anlayışlarının vahid bir anlamda birləşməsi çox maraqlı və əhəmiyyətli hadisədir. Bu, o deməkdir ki, müasir mərhələdə müstəqil dövlətdə siyasi liderin milli lider olması mühüm şərtdir. Təcrübə göstərir ki, heç də hər bir siyasi lider milli lider səviyyəsinə yüksələ bilmir. Çünki milli liderliyin mühüm şərtlərindən biri ölkənin perspektivli və inandırıcı inkişaf kursunu topluma təklif etmək qabiliyyəti ilə sıx bağlıdır. Əgər lider həqiqətən millidirsə, o, dövlət başçısı olaraq dövlət institutlarının fəaliyyətini milli maraqların təmini kontekstində qurur və eyni zamanda, dövlətçiliyin inkişafına, toplumun təhlükəsizliyinin və rifahının təmininə xidmət edən siyasət həyata keçirir.
Daha zəkavi, uzaqgörən, iradəli və yüksək mənəvi keyfiyyətlərə malik milli liderlər isə ümummilli liderlik səviyyəsinə yüksələ bilirlər. Nümunə kimi Mustafa Kamal Atatürkü, Mahatma Qandini, Şarl de Qollu, Heydər Əliyevi və başqalarını göstərə bilərik.
Eyni zamanda, ümummilli liderliyin fəlsəfi və politoloji meyarlarını tam müəyyən etmək çox çətindir. Hətta XX əsrin görkəmli politoloqlarından olan J.Blondel etiraf etmişdir ki, bu vəzifənin öhdəsindən gəlinməmişdir.
Burada vəziyyəti mürəkkəbləşdirən məsələlərdən biri hər bir toplumun özünəməxsus liderlik anlayışının mövcudluğu və həmin əsasda “uğurlu lider kimdir” sualına birmənalı cavabın olmaması ilə bağlıdır. Məsələn, ABŞ prezidentləri ilə işləmiş politoloq A.Braun yazır ki, Qərbdə “güclü lider” anlayışı haqqında aydın fikir yoxdur. O, D.Trampın bir sıra dairələr tərəfindən “güclü lider” adlandırılmasının meydana gətirdiyi ziddiyyətlər haqqında geniş yazmışdır.
Məhz bütün bu kimi özəlliklərə görə, çağdaş politologiyada “lider”, “milli lider”, “ümummilli lider”, “uğurlu lider” anlayışlarının fərqli izahına rast gəlinir. Məsələn, K.Hockinson, S. və T.Kuçmarskilər, Q.Feyrholm, M.Berns, İ.Adizes, B.Kellerman, Y.V.Kudryaşova və digər tədqiqatçılar liderliyi təhlil etmişlər və bu proses davam edir.
Müasir fəlsəfə və politologiyada liderlik haqqında mövcud olan fikirlərin vurğuladığımız qisminin işığında Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik dövlət başçısı və liderlik fəaliyyətinin politoloji dərki olduqca maraqlı və əhəmiyyətli qənaətlər əldə etməyə imkan verir. İlham Əliyev çox ciddi, arxivacib fəaliyyət göstərir və bu, əsaslı, ciddi və müasir fəlsəfi-elmi yanaşma prizmasında təhlil tələb edir.
“Bir millət, iki dövlət” formulu, siyasi varislik və XXI əsrin çağırışları
“Bir millət, iki dövlət” formulu dərin siyasi, fəlsəfi, ideoloji və kulturoloji anlamı olan qiymətli kəlamdır. Ulu öndər Heydər Əliyev faktiki olaraq çağdaş şərtlər daxilində Azərbaycanda uğurlu müstəqil dövlət quruculuğunun strateji yollarını müəyyən etmiş və onu eksklüziv olaraq (yəni, eyni zamanda, konseptini hazırlamış və onu praktiki həyata keçirmişdir) reallaşdırmışdır. Heydər Əliyev “Bir millət, iki dövlət” formulunu ideyadan konseptə (özündə innovativliyi daşıyan anlayış statusunda) və ondan da konsepsiyaya (özündə sistemli olaraq nəzəri və praktiki reallaşdırma keyfiyyətini sintez edən əhatəli biliklər toplusu) mükəmməl şəkildə yüksəltmişdir.
İlham Əliyev isə müstəqil demokratik (bu anda Azərbaycan Respublikası) dövlət quruculuğunun Heydər Əliyev mənasında dərk edilən strateji kursunu siyasi varislik prinsipi çərçivəsində, “Bir millət, iki dövlət” formulu əsasında XXI əsrin çağırışları fonunda böyük uğurla inkişaf etdirmişdir. Son 20 ildə Azərbaycan Prezidentinin göstərdiyi bu fəlsəfi, siyasi-nəzəri, praktiki idarəetmə və diplomatik fəaliyyətini, obrazlı olaraq, “yeni milli liderlikdən yeni ümummilli liderliyə yüksəliş yolu” kimi xarakterizə edə bilərik! Təbii ki, məsələnin bu tərəfi hələ çox araşdırılmalıdır və biz burada imkan daxilində yalnız vacib saydığımız bir sıra məqamlara toxunmağa çalışacağıq.
Geosiyasi təlatümlər: inkişafın anatomiyası
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə həsr edilmiş andiçmə mərasimində İlham Əliyev çox ciddi vədlər vermişdir. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Azərbaycan Respublikasını yüksək inkişaf səviyyəsinə çatdıracağını, milli dövlətçiliyin inkişafını, insanların rifah halını yaxşılaşdıracağını, ərazi bütövlüyünün təminatını, enerji strategiyasının uğurla davam etdiriləcəyini həlli vacib vəzifələr kimi qarşıya qoymuşdu.
XXI əsrin mürəkkəb, turbulentli ziddiyyətlərlə dolu və sürətlə dəyişən geosiyasi reallığı fonunda, bəlkə də, dünya liderləri arasında həmin vədlərə inanmayanlar vardı. Doğrudan da, olduqca çətin vəzifələrdir. Lakin məşhur kəlamlardan birində deyildiyi kimi, əsl lider arzuladığını reallaşdıra biləndir. İlham Əliyev 20 ilin hər bir günündə bu deyimin doğruluğunu sübut etmişdir. Bunun üçün Azərbaycan Prezidenti XXI əsrin tələblərinə uyğun yeni liderlik nümunəsi yaratmalı idi. O, bunu böyük uğurla bacardı! Avrasiya məkanında yeni lider nümunəsinin yaradıcısı məhz İlham Əliyev oldu!
Tarixi baxımdan qısa müddətdə Azərbaycanda sosial-iqtisadi yüksəliş yeni dinamika aldı. Həyatın bütün sferaları üzrə konkret nəticələr əldə edildi. Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirdi. Bu prosesdə Heydər Əliyevin neft strategiyasının dinamik inkişaf etdirilməsi ayrıca əhəmiyyət kəsb etdi.
İndi mütəxəssislər vurğulayırlar ki, neft strategiyası bütün maneələrə və çətinliklərə baxmayaraq, Azərbaycan büdcəsinə külli miqdarda vəsait gətirməyə imkan verdi. Ən əsası isə İlham Əliyev həmin vəsaitin səmərəli şəkildə Azərbaycanın inkişafına sərf olunmasını təmin etdi. Sosial-iqtisadi və idarəetmə sferalarında inkişafla yanaşı, ordu quruculuğu üçün maksimum səy göstərildi. Azərbaycan sürətlə ordusunu yeniləşdirir, onun maddi-texniki bazasını inkişaf etdirir, ən müasir silahlarla təchiz edirdi. Bunlar sakit, reklam edilmədən və davamlı olaraq aparılırdı. Bu, İlham Əliyevin milli lider kimi böyük bacarığı və qabiliyyəti sayəsində baş verib.
Prezidentin 2003-cü ildən başlayaraq həyata keçirdiyi siyasətdə yuxarıda vurğulanan vacib məqamların fonunda Azərbaycanın yeni geosiyasi, mədəni-ideoloji, diplomatik dəyərlər yaratması xüsusi qeyd edilməlidir. “Bakı prosesi” faktiki olaraq, Azərbaycan Prezidentinin yaratdığı yeni geosiyasi dəyərdir. Mədəniyyət və ideologiya sahəsində multikulturalizmin Azərbaycan modelinin daxili və xarici siyasətdə konkret məzmun kəsb etməsi yeni kültür dəyəridir. İlham Əliyevin ikitərəfli, regional və qlobal miqyaslarda müxtəlif əməkdaşlıq formatlarını təklif etməsi və onları reallaşdırması yeni diplomatik dəyərdir. Bu təşəbbüslərin sayəsində Azərbaycan regional liderliyə nail oldu və eyni zamanda, qlobal miqyasda söz sahibinə çevrildi. Bu prosesdə çox vacib bir faktoru İlham Əliyevin aktuallaşdırması və reaktuallaşdırması (davamlı həyata keçən prosesə çevrilməsi) mütləq vurğulanmalıdır.
Biz İlham Əliyevin bütün maneələrə və ətrafda baş verən ziddiyətli, riskli geosiyasi proseslərə rəğmən enerji strategiyasını yüksək səmərəliliklə həyata keçirməsini nəzərdə tuturuq. 2008-ci ildə Gürcüstanda yaranmış müharibə, 2013–2014-cü ildə Ukraynadakı enerji böhranının fonunda Azərbaycan qətiyyətlə və təhlükəsiz şəkildə enerji strategiyasını reallaşdırmağı bacardı. Bunlarla yanaşı, Azərbaycan Prezidentinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində dövlətimizin müstəqilliyi kontekstində israrla davamlı olaraq yeni əməkdaşlıq paketi təklif etməsi ayrıca tarixi-siyasi və geosiyasi dəyərdir. Azərbaycan bununla Aİ-yə anlatdı ki, bizimlə yalnız bərabərhüquqlu tərəfdaş kimi danışa bilərsən.
2023-cü ilin reallıqları işığında bu məsələyə baxanda bir daha İlham Əliyevin yüksək səviyyədə lider və diplomat olduğuna tam əmin olursan. Azərbaycan Prezidenti faktiki olaraq Aİ-nin “yeni qonşuluq siyasəti” kursuna qarşılıq Azərbacan öz xəttini qoydu və bunun daha ədalətli olduğunu sübut etdi. Azərbaycan öz qonşuluq siyasəti prizmasında regionun hər bir dövləti ilə konstruktiv əlaqələri inkişaf etdirməklə yanaşı, təcavüzkarın cilovlanmasına da nail oldu! Müasir tədqiqatçıların hər bir dövlət üçün “qonşuluq siyasəti”nin prioritet olduğu haqqında fikirlərinin işığında (məsələn, M.Langer, L.Y.Blyaxer,. V.T.Yunqblyüd, A.Karavayev və s. ) İlham Əliyevin XXI əsrdə Azərbaycanın “yeni qonşuluq siyasəti” xəttinin banisi olduğu qənaətini ala bilərik. Tədqiqatçılar İlham Əliyevin bu nailliyyəti şəxsi keyfiyyətləri, o cümlədən, yüksək inandırma qabiliyyəti, diplomatik məharət və ünsiyyətdə peşəkarlığı sayəsində əldə etdiyini vurğulayrlar.
Böhranlı situasiyada uğurlu liderlik
Bütün bunlar pandemiya mərhələsində İlham Əliyevin müasir liderliyin nümunəsi olduğunun ciddi məntiqi əsasının mövcudluğundan xəbər verirdi. Doğrudan da həmin mərhələdə hətta dünyanın inkişaf etmiş ölkələrinin liderləri təmkinini, ədalətliliyini və humanitarlığını saxlaya bilmədilər. Onlar pandemiyaya qarşı olan peyvəndlərin ədalətli şəkildə bölüşdürülməkdə və bu bəlaya qarşı mübarizədə qarşılıqlı yardımlaşmaya tam açıq olmaqda axsadılar. Kasıb ölkələrə az peyvənd qaldı, onlara yardımlar verilmədi və ya çox az verildi.
Azərbaycan Prezidenti isə Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və BMT miqyaslarında davamlı olaraq bu hallara qarşı mübarizə apardı. Azərbaycan bir neçə ölkəyə yardım etdi. Peyvəndlərin ədalətli paylanması istiqamətində İlham Əliyev təsirli addımlar atdı. Ayrıca, BMT-də xüsusi iclasın çağırılmasına və bu məsələnin müzakirə edilməsinə nail oldu. Bununla da Azərbaycan Prezidenti xüsusi böhranlı situasiyada liderliyinin bütün cəhətləri ilə nümunə göstərdi. İlham Əliyev real olaraq siyasi ədaləti və humanitarlığı ilə yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Yeri gəlmişkən, onu da deyək ki, müasir araşdırmaçılar ümummilli liderliyin vacib şərtləri kimi xüsusi böhranlı situasiyada liderin yalnız milli deyil, həm də regional və qlobal miqyaslarda səmərəli fəaliyyət göstərə bilməsini və humanitar siyasət yeritməsini nəzərdə tuturlar.
Proseslər göstərdi ki, Azərbaycan Prezidenti dövlətin uğurlu sosial-iqtisadi, mədəni və təhlükəsiz inkişafını xüsusi böhranlı situasiyada da təmin edə bilmişdir. Bu, liderlik baxımından olduqca vacib məqamdır. Həm də ona görə ki, vurğulanan mərhələdə bütün dünya mürəkkəb çətinliklərlə, o cümlədən, kommunikasiya və maliyyə sferalarında, üzləşmişdi. Və ən inkişaf etmiş dövlətlər belə buna adekvat reaksiya verə bilmirdilər. Azərbaycan isə davamlı şəkildə, dinamik inkişafını davam etdirdi. Hesab edirik ki, həmin özəllik İlham Əliyevin yeni milli liderlik nümunəsinin başlıca meyarlarından biridir.
Milli liderliyin kriteriyası
Yəqin ki, vurğulanan məqamların prizmasında İlham Əliyevin yeni ümummilli liderlik nümunəsinə doğru yüksəlişinin bir sıra məntiqi və siyasi məqamlarını görmək mümkündür. Onlara akademik İsa Həbibbəylinin 2019-cu ildə “Azərbaycan” qəzetində dərc olunan məqaləsində ümummilli liderliyin meyarları kimi liderliyin “miqyası” və “missiyası” anlayışları kontekstində baxmaq olar. Bununla biz ümummilli liderliyin aşağıdakı politoloji meyarlarını müəyyən edə bilərik:
- Ümummilli lider toplumun hər bir üzvünün vətəndaş statusunda hüquqlarının və təhlükəsizliyinin təminini millətin və dövlətin hüquq və təhlükəsizliyinin təmini ilə sıx surətdə uyğunlaşdıra bilməlidir;
- Ümummilli lider fərdi və toplumsal inkişafı milli maraqlar aspektində təmin etməlidir;
- Ümummilli lider dövlətin ölkədaxili milli maraqlarla, ümumilikdə, milli maraqların sintezinin ifadəsi olan gələcək inkişafın strateji ümummilli ideyasına malik olmalıdır;
- Ümummilli lider inkişafın strateji ümummilli ideyasını reallaşdırmağa qadir strateji zəkaya, siyasi-diplomatik məharətə, Vətən sevgisinə, müstəqil dövlətçilik məfkurəsinə və yüksək iradəyə malik olmalıdır;
- Ümummilli lider dövlətçiliyin inkişaf strategiyasını davam etdirməyə qadir, dövrün tələblərinə tam uyğun və çevik fəaliyyət göstərə bilən yeni lider yetişdirə bilməli, ümummilli maraqlara cavab verən yeni liderlik məktəbi yaratmalıdır;
- Ümummilli lider milli liderlik masştabını aşan fəaliyyət sayəsində beynəlxalq inkişafa təsir edə bilən beynəlxalq nüfuz sahibi olmalıdır.
Böyük qayıdış
Bu tezislərin prizmasında öncə Böyük Qayıdışın fəlsəfi və siyasi anlamına baxaq. Azərbaycan Prezidentinin təqdimatında Böyük Qayıdış azərbaycanlıların Qarabağa (daha geniş mənada, deportasiya edildikləri bütün ərazilərə) fiziki qayıdışlarında ifadə olunan siyasi, ideoloji, kulturoloji, tarixi və mənəvi əxlaqi məna çalarlarının sintezidir. Bu baxımdan, Böyük Qayıdış, həm də, Azərbaycan dövlətçiliyinin möhtəşəmliyinin, əbədiliyinin və daim inkişafda olmasının rəmzi ifadələrindən biridir.
Böyük Qayıdışın başqa bir anlam çaları, ümumiyyətlə, Azərbaycanın ölkə kimi və azərbaycanlıların toplum olaraq öz kimliklərinə, “sən özünə qayıdanda böyük olursan” kəlamı kontekstində qayıdışıdır. Bu tezis qədim Şərq fəlsəfəsinin başlıca fikirlərindən biridir. Aristotelin fəlsəfəsində hər hansı obyektin öztəkamülü nəticəsində tamlaşması, mükəmməlləşməsi həm də onun rahatlanması, bütövləşməsi, təkmilləşməsi, tərəqqisi, özünü tapması kimi dərk edilir. Bunu böyük yunan filosofu “Politika” əsərində dövlətin formalaşması nümunəsində gözəl izah edir.
Nəhayət, bunu ulu öndərin Böyük Qayıdışı kontekstində rəmzi olaraq anlaya bilərik. Yəni indi Azərbaycanın toplum olaraq qürurla həyata keçirdiyi doğma yurd yerlərinə qayıdışının siyasi təməlində Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə xalqın tələbi ilə qayıdışı dayanır! Bu iki faktorun nəzəri və siyasi müqayisəsinə ehtiyac vardır.
Böyük millət quruculuğu
Böyük millət quruculuğu strateji konseptdir. Biz artıq bu anlayış haqqında “konsept” ifadəsini işlədə bilərik. Çünki Prezident, bizcə, bu terminlə toplumun inkişafında sosial-mədəni, psixoloji, ideoloji, yaradıcı və digər yeniliyin (innovativliyin) nəzəri ilə yanaşı, həm də praktiki tətbiqi mərhələsinin başladığını ifadə edir. Daha ümumi formada dövlət başçısı “XXI əsrin kreativ milləti” tezisini irəli sürmüşdür. Məhz həmin kontekstdə də İlham Əliyevin “intellekt milli sərvətdir” tezisinin fəlsəfi və siyasi anlamını dərk etmək gərəkdir.
Bu konseptin reallaşmasının bir sıra əlamətləri vardır. Onlar siyasi-hüquqi müstəvidə ölkənin strateji inkişaf kursu ilə bağlı qəbul edilən bir sıra sənədlərdə konkret əksini tapmışdır. Nümunə kimi, “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və s. sənədləri göstərə bilərik.
Bunlardan başqa, həyata keçirilən bir sıra nəqliyyat-loqistika, enerji, texnoloji layihələri vurğulamaq gərəkdir. Həmin layihələr geniş geosiyasi məkanı əhatə etməklə yanaşı, yeni texnologiyaların tətbiqi sayəsində insan kapitalının sürətli inkişafına hesablanmışdır.
Nəhayət, Böyük millət quruculuğu toplumun yaradıcı (kreativ) potensialını artırmaqla yanaşı, onun praktiki reallaşması üçün lazımi şəraitin yaradılması ilə sıx bağlıdır. Bu aspektdə Böyük millət, həm də, öz hüququnu təmin etməyi bacaran, dünyanın bütün regionlarında yaşayan azərbaycanlıların vahid Vətən və millət ideyası ətrafında sıx birliyini təmin etməyi nəzərdə tutur.
Deməli, Böyük millət quruculuğu etnik aspekti nəzərdə tutmur (bu məsələ həllini tapmışdır – Azərbaycan türk dövlətidir). Burada başlıca qayə Azərbaycan toplumunun siyasi, mədəni, sosial-iqtisadi, mənəvi-əxlaqi sistem olaraq davamlı, müasir, qabaqcıl tərəqqisini davamlı edə biləcək məcraya yönəltməkdən ibarətdir. Azərbaycanı müstəqil dövlət və toplum olaraq dünyanın ən inkişaf etmiş ölkələri kateqoriyasına yüksəltməkdir!
***
Beləliklə, İlham Əliyevin yeni ümummilli liderliyə doğru inamlı addımlar atdığına tam əmin oluruq. Bir qədər obrazlı ifadə etsək, İlham Əliyev Yeni respublika yaradır. Xronoloji olaraq, onu şərti “5-ci Respublika” kimi təsəvvür etmək olar. Bu kontekstdə 1-ci Respublika AXC, ikinci Azərbaycan SSR, üçüncü Elçibəy dövrü, dördüncü Heydər Əliyevin inşa etdiyi respublika və beşinci İlham Əliyevin Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasını XXI əsrin çağırışlarına uyğunlaşdıraraq, sürətlə inkişaf edən, ərazi bütövlüyünü bərpa etmiş, regional və qlobal əmədaşlıq formatlarının təşəbbüskarı, Cənubi Qafqazın lideri, multikultural, demokratik və geniş inkişaf potensialına malik, yüksək texnologiyalar əsasında “yaşıl iqtisadiyyat”ı hədəfləmiş Azərbaycan Respublikası! Yeni Respublikanı yeni ümummilli lider yaradır! Sonrakı mərhələdə Azərbaycanın yeni ümummilli lideri kimi Prezidentimizi daha böyük zəfərlər gözləyir!
Füzuli Qurbanov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
"Xalqqazeti.az"