11.10.2023, 06:06 - Baxış sayı: 340

Fəlsəfə və Sosiologiya İnstitutu ADPU ilə əməkdaşlıq memorandumu imzalayıb

Fəlsəfə və Sosiologiya İnstitutu ADPU ilə əməkdaşlıq memorandumu imzalayıbOktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
İnstitutun nümayəndə heyətini qəbul edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov ADPU-nun zəngin təhsil ənənələri və aparılan davamlı islahatlar, tətbiq olunan yeniliklər haqqında məlumat verərək, pedaqoji kadr hazırlığını dövrün tələblərinə uyğun şəkildə təşkil etmək üçün universitetin daim müvafiq yerli və xarici elm-təhsil və tədqiqat müəssisələri ilə əlaqələrini genişləndirir, müxtəlif mübadilə proqramları tətbiq edir.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru prof. İlham Məmmədzadə də öz növbəsində institutda aparılan tətqiqatlar haqqında məlumat verərək, qarşılıqlı əməkdaşlığın perspektivlərini qeyd edib, təhsil və tətqiqat fəaliyyətlərinin səmərəli inteqrasiyası baxımından Universitetlə İnstitut arasında əməkdaşlığın geniş imkanlar vəd etdiyini vurğulayıb.
Yekunda ADPU ilə Fəlsəfə və Sosiologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda birgə təhsil və tədqiqat fəaliyyətləri, kadr və tələbə heyətinin qarşılıqlı mübadiləsi kimi məsələlər yer alır.
Daha sonra qonaqlar ADPU-nun tədris binası ilə tanış olublar.