27.09.2023, 12:02 - Baxış sayı: 219

Tarix İnstitutunda “Böyük Zəfərdən tam və qəti Qələbəyədək” adlı elmi konfrans keçirilib


Tarix İnstitutunda “Böyük Zəfərdən tam və qəti Qələbəyədək” adlı elmi konfrans keçirilibAMEA-nın A.A Bakıxanov adına Tarix İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Böyük Zəfərdən tam və qəti Qələbəyədək” adlı elmi konfrans keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Tarix İnstitutunda “Böyük Zəfərdən tam və qəti Qələbəyədək” adlı elmi konfrans keçirilibordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu qələbə xalqımızın və ordumuzun gücünü, milli birliyini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur.

Konfransda Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov “Böyük Zəfərdən Böyük Qayıdışa”, tarix elmləri doktoru, professor Mais Əmrahov “44 günlük Zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz” , filologiya elmləri doktoru Esmira Fuad “Azərbaycan ədəbiyyatında Zəfər diskursu” adlı məruzələrlə çıxış ediblər.
Tarix İnstitutunda “Böyük Zəfərdən tam və qəti Qələbəyədək” adlı elmi konfrans keçirilibSonda Konfransda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə “Qələbənin fəlsəfəsi və Cənubi Qafqazda yeni geosiyasi vəziyyət” mövzusunda məruzə ilə Zəfər gününün fəlsəfəsinə həsr edilmiş tədbirin elmi, siyasi əhəmiyyətini qeyd edərək, həmçinin Vətən müharibəsi ilə Azərbaycanın Cənubi Qafqaza gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Ali Baş Komandan və xalq birliyinin uğurlu nəticələrinin Zəfər günü ilə müqayisəli təhlilini aparıb.

Qələbədən keçən iki il ərzində işğaldan azad olunmuş torpaqlarımızıda aparılan quruculuq və bərpa işlərinin, o cümlədən şəhidlərimizə və qazilərimizə göstərilən diqqət və qayğıya dair dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin geniş vüsət almasını təhlil etdi. Qələbənin və Zəfər səlnaməsinin mahiyyətində dayanan siyasi liderin iradəsi və müdrik siyasətin fəlsəfəsini şərh etdi.

İlham Məmmədzadə Qələbənin fəlsəfəsini həm keçmişdə, həm də bu gündə axtarmalı, onu gələcəkdə də elmi tədqiqatlarımızda öz əksini tapması üçün çalışmalı olduğumuzu vurğuladı.
Tarix İnstitutunda “Böyük Zəfərdən tam və qəti Qələbəyədək” adlı elmi konfrans keçirilib