13.09.2023, 08:34 - Baxış sayı: 356

Paşinyanın siyasi məqsədləri avantüraya uğrayıb - TƏHLİL


Sənan Həsənov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Rusiya siyasi dairələrində Ermənistanın riyakar addımlarına qiymət verən rəsmilər mövcud reallığı dilə gətirirlər. Bu bir başqa məsələdir ki, bu fikirlərin əməli ifadəsi necədir. Lakin faktdır ki, belə mövqe Ermənistanın tutduğu xəyanətkar və satqın yolun tarixə möhürlənməsindən yayınmağın mümkünsüzlüyünü ifadə edir. Daha mühüm məqam isə onları tarixən himayə edən, onlara vətən yaradan qüvvələr bu həqiqətləri etiraf etməsidir. Əslində isə, bu, təkcə etiraf deyil, həm də indiyədək saxta və faşizm ideoloji sterotiplərin kölgəsində gizlənmiş erməniliyin özünü ifşa və məğlubiyyətidir. Bu gün hər kəs tərəfindən nəzərə alınmalıdır ki, Ermənistanın bu kimi əməllərinə haqq qazandıracaq bütün imkanları iflasa uğrayıb. Bu toplumdan Qafqazda sabitliyin pozulması üçün istifadə edən qüvvələrə agahdır ki, belə avantüradan istifadə müddəti də bitib. Çünki onların təfəkküründə və genofondunda bəşəriyyət üçün təhlükəli tendensiyalar vardır ki, bu onların hamıya bəlli olan xəyanəti və satqınlığıdır. Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq xülyalarıdır. İkincisi hazırda erməni toplumunun istəkləri nə sülhdür, nə də müharibəyə tab gətirmək. Əmin olmalıyıq ki, növbəti hərbi əməliyyatlar zamanı onları özünü intihar və özünə xəyanət kimi növbəti faciələr gözləyir. Digər bir məqam isə odur ki, bu gün ermənilərin danışmağa hər hansı yalanı nə də saxta tarixə əsaslanaraq istinad etdikləri bir xəritə yoxdur. Onların hamısı ifşa olunub. Bütün tarixi həqiqətlər dünya informasiya məkanında Azərbaycan tərəfindən sübut olunub. Belə siyasi avantürada ermənilərin təxribat əməlləri özünü intihar yolu tutmalarını göstərən reallıqdır. Onların siyasi təfəkkürü hələ də qəbul edə bilməyib ki, hazırda Azərbaycanla bu formatda danışmağın zamanı keçibdir. Ona görə də bu gün kü məntiqi nəticə ermənilərin taleyi haqqında təsəvvürlərin formalaşmasına yol açır və Rusiyanın xarici işlər naziri S. Lavrovun G20 sammitindən sonra mətbuat konfransında bildirdiyi fikirlər ermənilərin məğlubiyyətinin zəruriliyini və acı sonluğunun ifadəsi kimi qiymətləndirilməlidir. O bildirmişdir ki, Erməni siyasətçilərinin Moskvanın Qarabağı Azərbaycana “verməsi” ilə bağlı bəyanatları düzgün deyil. Orada hansısa xadim, səhv etmirəmsə, parlamentin rəhbəri Rusiyanın Qarabağı Azərbaycana verdiyini bildirib. Bundan yanlış və vicdansız bəyanat təsəvvür etmək çətindir. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Praqada 1991-ci il Alma-Ata bəyannaməsini tanıdıqları deyilən bəyanat imzalayıb, bununla da, bütün suallar bağlanıb. Ermənistanın Baş naziri beləliklə, o vaxt kı Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olduğu əks olunan sənədi imzalayıb. Bizi 2020-ci ilin noyabrında Qarabağı verməkdə ittiham etmək lazım deyil, öz xalqının qarşısında müstəqil cavab vermək lazımdır”. Bu da siyasi baxımdan Rusiya rəsmilərinə aydın olmalıdır ki, təkcə 1991-ci il Bəyannaməsinin təsdiqi deyil, tarixin bütün dönəmlərində eləcə də 1993-cü ildən sonrakı dövrdə Qarabağı Azərbaycanın əzəli və əbədi ərazisi kimi sübuta ehtiyacı olmayan danılmaz tarixi sənədlər təsdiq edir. 2020-ci ildə isə Ermənistanın kapituliyasiyasi Azərbaycanın iradəsi ilə həm də daha mühüm bir tarixi həqiqəti təsdiq etdirdi ki, erməni toplumunu burada məskunlaşdırmaq Car Rusiyasının daha sonra isə Sovet dövlətinin ermənipərəst siyasətinin tarixdən silinməyən riyakar millətçi şovinist addımı idi.

"Sia.az"