12.09.2023, 10:26 - Baxış sayı: 176

Dosent Zeynəddin Şabanov beynəlxalq konfransda iştirak etmişdir


Dosent Zeynəddin Şabanov  beynəlxalq konfransda iştirak etmişdirAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı f.ü.f.d., dosent Zeynəddin Şabanov 7-8 sentyabr 2023-cü ildə Azərbaycan Əmək və Əhalinin Sosial Mü¬da¬fiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 və Agentliyin yaradılmasının 5 illiyi münasbətilə keçirilən “DOST-2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Nazir Sahil Babayevin açılış nitqi və Agentliyin 5 illik fəaliyyəti barədə məlumat verdikdən sonra konfrans öz işini “Vahid platforma konsepsiyasında idarəetmə modelləri”,“Vahid platforma konsepsiyasında koordinasiya və kommunikasiya”, “Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığın təmin edilməsi” panellərində davam etmişdir.Z.Şabanov panel müzakirələr zamanı fəallıq nümayiş etdirmiş, beynəlxalq ekspertlərə müraciət edərək təkliflərini vermişdir.