“Azadistan” dövləti və Mirzə Tağıxan Rəfət
Faiq ƏLƏKBƏRLİ,
fəlsəfə doktoru, dosent
Güney Azərbaycanın Təbriz şəhərində dünyaya gələn Mirzə Tağıxan Rəfət Təbrizi (1889/90-1921) ilk təhsilini burada aldıqdan sonra atası Ağa Məhəmməd Təbrizi onu İstanbula göndərmişdir. Osmanlı imperiyasınn paytaxtında türk dili ilə yanaşı, fars və fransız dillərində təhsil almış, Trabzonda Naseri məktəbində əvvəlcə fransız dili müəllimi kimi çalışmış, daha sonra da məktəbin müdiri olmuşdur.
1916-cı ildə Trabzonun çar Rusiyası tərəfindən işğalından sonra Rəfət də Təbrizə qayıtmış və milli demokratik hərəkatda fəal iştirak etmişdir. O, əvvəlcə İran Demokrat Partiyasının üzvü olmuş, daha sonra İDP-nin Təbriz Komitəsi əsasında yaranmış Azərbaycan Demokrat Firqəsinin qurucularından və ideoloqlarından biri olmuşdur.
Seyid Məhəmməd Xiyabaninin nəvəsi Fəraməz Xiyabani babası haqqında xatirələrində yazır ki, Əbülqasim Füyuzat, Fərivərd Abdullazadə, İbrahim Əmirxızı və Tağı xan Rəfət istibdad əleyhinə mübarizədə insanları səfərbər etmək, konstitusiyanın tam şəkildə icrasına, demokratiya, ədalət və hüquq bərabərliyinə nail olmaq üçün az sonra ADF-nin mətbu orqanı olacaq “Təcəddüd” adlı qəzeti nəşr etməyi qərara alırlar. İdeya rəhbəri Ş.M.Xiyabani olan “Təcəddüd” qəzetinin birinci sayı 1917-ci il aprelin 9-da çıxır. Mirzə Təqixan Rəfətin təşəbbüsü ilə fransızca “renessans” sözünün ərəb dilində qarşılığı olan “təcəddüd” ifadəsi (yeniləşmə) qəzetə ad kimi seçilir.
1917-ci ilin aprelində İDP-nin Azərbaycan Vilayət Komitəsinin təsis toplantısı keçirilmiş, Azərbaycanın bölgələrindən gəlmiş 480 nəfər bu toplantıda iştirak etmişdir. Bir neçə gün sürən müzakirədən sonra konfransda 7 maddəlik qərar qəbul edilmişdir. Toplantıda Azərbaycan Demokrat Firqəsinin yaradıldığı və rəhbərliyinə Şeyid Məhəmməd Xiyabani, Mirzə İsmayıl Nobəri, Məhəmmədəli Badamçı, Mirzə Tağıxan Rəfət, Əhməd Kəsrəvi, Doktor Zeynalabdinxan, Sultanzadə, Zeynalabdin Qiyami, Nurulla xan Yekani, Mirzə Əli Heyət və başqalarının seçildiyi elan edilmişdir. Mirzə Tağıxan Rəfət həm partiyada yenilik tərəfdarı kimi fəal çalışır, həm də mitinqlərdə Xiyabaninin və başqalarının xalqa türkcə müraciətlərindən parçaları fars dilinə çevirərək “Təcəddüd” qəzetində çap edirdi.
Urmiya və Salmas bölgəsinin əhalisi erməni-aysori “xristian ordusu” tərəfindən qətliamlara məruz qaldığı bir vaxtda İhsan paşanın rəhbərlik etdiyi Osmanlı hərbi birlikləri 1918-ci ilin iyununda Güney Azərbaycana daxil olaraq bu qırğınların qarşısını almışdır. Xoyu mühasirəyə almış Andranik Ozanyanın rəhbərlik etdiyi erməni-aysori ordusu ilk döyüşdəcə məğlub olub geri çəkilmişdir. 1918-ci il sentyabrın 25-də xalqın arzusu ilə Osmanlı qoşunları Əli İhsan Paşanın komandanlığı altında Təbrizə daxil olur. Güney Azərbaycanın idarəçiliyini təşkil etmək üçün “İttifaqi-islam” adlı təşkilat qurulur. Bu təşkilatın qurucuları sırasında Mirzə Tağıxan da olur.
Rafət həm də Osmanlı ordusunda müşavirlik vəzifəsini yerinə yetirir. Eyni zamanda o, Azərbaycan valisi Nizamül-səltənənin istəyi ilə türk dilində “Azərbaycan” adlı qəzet də nəşr etdirir. 1918–1919-cu illərin əvvəlllərində Rəfət “Təcəddüd” qəzetinin 59–86-cı saylarına redaktorluq etməklə yanaşı, ADF Gənclər təşkilatının “Azadistan” adlı elmi, nəzəri-siyasi jurnalını da ən ağır və gərgin günlərdə nəşr etdirə bilmişdir.
“Təcəddüd”, “Azərbaycan” qəzetlərinin, “Azadistan” jurnalının əsas yazarlarından biri kimi Rəfət bu mətbu orqanlardakı məqalələrində yeni həyatın tələblərini ifadə etməyə çalışmışdır. Onun ilk yazılarında demokratik əhval-ruhiyyə, vətənpərvərlik və xəlqilik əsas yer tutmuşdur. Bu baxımdan Rəfət çağdaş “İran” poeziyasının ilk şairi kimi də tanınmışdır. Eyni zamanda, o, H.Sahir, Ə.Xürrəm, Y.M.Daneş və başqa şairlərin və yazıçıların ardıcılları olduqları “Rəfət məktəbi” adlandırılan ədəbi məktəbin yaradıcısıdır. O, “Təcəddüd”də, “Azadistan” jurnalında açıq imza ilə və ya “Femina” təxəllüsü ilə dərc etdirdiyi şeirləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli-azadlıq hərəkatına yaxından kömək göstərmişdir.
Rəfət inqilabçı, yenilikçi ruhlu, milli sosial-demokrat olmuşdur. Onun demokrat ruhu sonralar daha çox milli-demokrat yönündə inkişaf etmişdir. Hər halda o, Xiyabani ilə müqayisədə türk mədəniyyətini, türk kimliyini çox öndə tutmuş, Azərbaycan türklüyünü müdafiə və təbliğ etmişdir. Hesab edirik ki, onun demokratiyadan milli demokratiyaya daha çox meyl etməsində 1917-ci ilin oktyabrında Rusiyada hakimiyyətə gələn bolşeviklərin və onların uzantılarının zaman-zaman Azərbaycan türklüyünə qarşı etdiyi çirkin oyunlar, eyni zamanda digər millətlərə aid “demokrat”ların ikiüzlü əməlləri də mühüm rol oynamışdır.
Araşdırmaçı alim Əli Şamil yazır ki, buna görə də Xiyabani, Tağıxan Rəfət və başqa azərbaycanlı demokratlar marksizm cərəyanının bolşeviklər adlandırılan qrupunun yeritdiyi siyasətə, eləcə də rusların himayəsilə təşkil olunmuş bütün qruplara xoş münasibət bəsləmirdilər: “Çünki bu qrupların üzvlərinin əksəriyyətini ermənilər təşkil edirdilər. Onlar da siyasi mübarizə aparmaq əvəzinə, müsəlmanları kütləvi şəkildə qırır, talanlar törədirdilər”.
Əli Şamil yazır ki, 1919-cu ilin avqust-sentyabr aylarında Qacarlar dövlətinin Dördüncü Məclisinə seçkilər keçiriləndə Mirzə Tağıxan Rəfət öz namizədliyini verməsə də, ADF-nin liderlərindən biri kimi tez-tez seçicilərlə görüşür, alovlu çıxışlar edir, qəzetdə məqalələr yazaraq seçiciləri demokratlardan olan namizədlərə səs verməyə həvəsləndirir. Aparılan səmərəli təşkilati işlər öz bəhrəsini verir. Təbriz və şəhər ətrafından 9 deputat yerindən 6-sını ADF-nin tərəfdarları qazanır.
Ancaq bu dövrdə ingilislər Qacarlar dövlətini də Hindistan kimi müstəmləkəyə çevirmək məqsədilə 1919-cu il avqustun 9-da baş nazir Vüsuqüd-dövlə ilə müqavilə bağlayır və buna etiraz edənlərdən biri də ADF-nin liderlərindən Rəfət olur. O, Şeyx Məhəmməd Xiyabaninin öndərliyi altında ingilis imperializminə və mərkəzi hökumətin anti-Azərbaycan siyasətinə qarşı 1920-ci ilin 7 aprelində başlayan milli hərəkatda fəal rol oynayır. Həmin günlərdə Rəfət yalnız təşkilati işlərdə, ideya-siyasi mübarizədə Xiyabani ilə çiyin-çiyinə olmaqla qalmır, həm də şeirləri ilə üsyan bayrağı qaldırır, xalqı mübarizəyə səsləyirdi.
1920-ci il iyunun 24-də Ş.M.Xiyabaninin qurduğu Milli Hökumətin Rəyasət Heyətinə 20 nəfər daxil idi ki, onların sırasında Məhəmmədəli Badamçı, Haşim Neysai, Mahmud Əmin Mülkədar, Mirzə Təqixan Rəfət, İsmayıl Əmrirxızı, Əbülqasim Füyuzat, Nurulla xan Yekani, Nüsrətulla Neysari, Zeynalabdin Qiyami kimi məşrutə inqilabının iştirakçısı və inqilab veteranları var idi. Təqixan Rəfət ADF və Milli Hökumətdə Xiyabaninin köməkçisi və mədənimaarif məsələləri üzrə müşaviri vəzifəsini yerinə yetirirdi. O bu vəzifədə də sonuna qədər qaldı və milli hərəkat yolunda şəhid oldu. Qeyd edək ki, Rəfət Azərbaycanda qadın azadlığının da qatı tərəfdalarından biri olmuş, “Femina” təxəllüslü yazılarında, məsələn, “Qadınlara xitab” və digər şeirlərində onların zülmətdən işığa çıxmasının vacibliyini ifadə etmişdir.
Tağıxan Rəfət siyasətlə jurnalistika, ya da siyasətlə ədəbiyyat arasında düzgün qurulmayan münasibətlərin qurbanı olmuşdur. Rəfət bir tərəfdən hər cürə yeniliyə qarşı çıxan mühafizəkarları, digər tərəfdən isə ifrat yenilikçiləri, liberalistləri tənqid etmişdir. O hesab edirdi ki, həddən artıq mühafizəkarlıq kimi, ifrat müasirləşmək tərəfdarı olmaq da zərərlidir. Deməli, Rəfət milli demokrat kimi Azərbaycan milli hərəkatının türklük ruhunu daha çox ifadə etmişdir. Onun demokratik görüşləri türk dünyagörüşü ilə daha çox səsləşirdi. Bu anlamda o, Xiyabani ilə müqayisədə demokratiya və liberalizmə münasibətdə daha çox milli ruhu ifadə etmişdir.
1920-ci ilin iyununda elan edilmiş “Azadistan” adlı muxtar dövlət süquta uğradıqdan sonra, yəni 1920-ci ilin sentyabrında Rəfət Təbrizi də Xiyabani kimi qətlə yetirilmişdir. Milli-demokratik görüşləri Xiyabaninin yaxın silahdaşı hesab olunan Rəfət bütün sahələrdə, o cümlədən mədəniyyət, fəlsəfə və ədəbiyyatda da yeniləşmənin tərəfdarı kimi tanınmışdır.
xalqqazeti.az