03.07.2023, 11:31 - Baxış sayı: 136

“Prezident İlham Əliyevin xilaskarlıq və quruculuq fəlsəfəsi - Heydər Əliyev irsinə töhfə” mövzusunda seminar keçirilmişdir

“Prezident İlham Əliyevin xilaskarlıq və quruculuq fəlsəfəsi - Heydər Əliyev irsinə töhfə” mövzusunda seminar keçirilmişdirBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyev siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” və “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbələrinin “Prezident İlham Əliyevin xilaskarlıq və quruculuq fəlsəfəsi - Heydər Əliyev irsinə töhfə” mövzusunda birgə seminarı keçirilmişdir.
İnstitutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açılış nitqi ilə çıxış etdi. Professor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi strategiyası sayəsində Azərbaycan siyasi və iqdisadi cəhətdən dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrildi. Onun dövlətçilik irsi, həyat fəlsəfəsi dünəndə olduğu kimi bu gündə dövlət idarəçiliyində həlledici rol oynayır. Heydər Əliyevin siyasi irsi milli ideya və ideologiyanın bir-birinə qarşılıqlı təsir göstərməsində və bu əlaqələrin cəmiyyətin inkişafında və zənginləşməsində mühüm amildir.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli öz çıxışında siyasi xadim Heydər Əliyevin çoxəsrlik tariximizdə yeni səhifə açan nadir şəxsiyyət olduğunu vurğulayıb. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz liderinin rəhbərliyi ilə qazanmış mühüm tarixi nailiyyətlərin onun gəlişi ilə başladığı, müstəqilliyimizin məhz Ulu Öndər Heydər Əliyev sayəsində ölkəmizin dünyada layiqli yerini tutduğunu qeyd edib.
Seminarda siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də mövzu ilə bağlı çıxış etdi.
Məruzələrdən sonra seminar iştirakçıları məruzəçilərə suallar ünvanladılar.
Sonda “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə seminara yekun vurdu.