22.06.2023, 07:23 - Baxış sayı: 308

“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunub


“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda beynəlxalq elmi-nəzəri jurnal olan “Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti (№ 28, 2023) sayı çap olunub.
Jurnalda İlham Məmmədzadənin “Fəlsəfə ədəbiyyat haqqında: qarşılıqlı əlaqə metodoloji yanaşma kimi”, Əli Abasov və Mahrux Nəcəflinin “Şərq və Qərb fəlsəfi ideyalarının inteqrasiyası”, Əbülhəsən Abbasovun “Müasir fəlsəfənin missiyası və epistemoloji meqabilik kimi statusu”, Lala Mövsümovanın “M.Şahtaxtinskinin yaradıcılığı (1846-1931) bərabərlik problemi”, Jauhar Dabganovanın “Yəhudi diasporası və Qazaxıstanda yəhudi dini icmaların inkişafı”, Rafail Əhmədlinin “Azərbaycanda mili şüurun formalaşmasında Seyid Əzim Şirvaninin fəlsəfi ideyalarının rolu”, ElnurMustafayevin “Qloballaşma dövründə dinlərarasi dialoqun əhəmiyyəti və perspektivləri”, Zöhrə Əliyevanın “M.F. Axundzadənin əsərlərində dini məsələlər”, Rövşən Hacıyevin “Orta əsrlər qərb və şərq fəlsəfi idrakinda insan problem”, Faiq Ələkbərlinin “Seyid Hüseynin türkçülük və milli maarifçilik görüşləri”, Ələddin Məlikovun “Din və Əxlaq münasibətlərindəki nəzəriyyələr” və Şölət Zeynalov, Zeynallı Nərgizin “Regional geopolitik böhran kontekstində yeni realliqlar və dialoq problemi” məqalələri yer alıb.
Sherq-Felsefesi-problemleri-28-2023.pdf [2,43 Mb] (Yüklənib: 27)