19.06.2023, 09:10 - Baxış sayı: 398

Əbdülbaqi Gölpınarlının “Təsəvvüfə dair 100 sual” kitabının təqdimatı keçirilib

Əbdülbaqi Gölpınarlının “Təsəvvüfə dair 100 sual” kitabının təqdimatı keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda İslam fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Radif Mustafayevin müxtəsər tərcümə edərək qeydlər və şərhlər verdiyi XX əsr Türkiyə tədqiqatçısı Əbdülbaqi Gölpınarlının “Təsəvvüfə dair 100 sual” kitabının təqdimatı keçirilib.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış etdi. Kitabla bağlı fikirlərini bölüşən professor qeyd edib ki, belə dəyərli kitabların tərcüməsi və nəşri çox müsbət haldır. Tərcümə məsələsinin çox çətin və məsuliyyətli iş olduğunu bildirdi və Radif Mustafayevin tərcüməyə peşəkarcasına yanaşdığını və ortaya uğurlu bir iş qoyduğunu dedi. Müəllifi təbrik edən İlham Məmmədzadə sözü kitabın tərcüməçisi f.ü.f.d., dos. Radif Mustafayevə verdi.
Radif Mustafayev kitabın tərcümə ideyasının yaranması, nəşri barədə və kitab müəllifinin haqqında geniş məlumat verdi. Əbdülbaqi Gölpınarlının həyatını, elmi fəaliyyətini, sufi görüşlərini ətraflı şərh etdi. Kitabda verilən mövzulara toxunan Radif Mustafayev kitabdan daha çox sufizm və fəlsəfəyə aid olan hissələri tərcümə etdiyini vurğulayıb.
Kitabın nəşrində yaxından göstərdikləri köməyə görə başda professor İlham Məmmədzadə olmaqla kitabın rəyçiləri akademik Nərgiz Axundovaya, filologiya elmləri doktoru, professor İmamverdi Həmidova, elmi redaktoru İlahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazova və redaktoru Qabil Camalova təşəkkür etdi.
Kitabın təqdimatında İslam fəlsəfəsi şöbəsinin müdiri, f.e.d., AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, akademik Nərgiz Axundova, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, f.e.d. Rəfiqə Əzimova, f.e.d., professor Adil Əsədov və digər iştirakçılar çıxış edərək kitab haqqında fikirlərini bölüşdülər.