12.06.2023, 11:29 - Baxış sayı: 153

YAP Yasamal rayon Təşkilatında Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri tərəfindən nəşr edilmiş əsərlərin təqdimatı keçirildi

YAP Yasamal rayon Təşkilatında Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri tərəfindən nəşr edilmiş əsərlərin təqdimatı keçirildi12 iyun 2023-cü il tarixdə YAP Yasamal rayon Təşkilatının və AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının birgə təşkilatcılığı ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinə dair 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrasına və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri və partiya fəalları tərəfindən nəşr edilmiş əsərlərin təqdimatı keçirildi.
Tədbirdən öncə iştirakçılar Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər.
Əvvəlcə Dövlət himni səsləndirildi, sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açaraq bildirdi ki, Azərbaycan xalqının tarixində əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi 15 iyun - Milli Qurtuluş günüdür:
“Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük tarixi əhəmiyyətə malik bir gündür. Bu gün tarixi gün kimi xalqın və dövlətin taleyində həqiqətən də dönüş nöqtəsi oldu. Heydər Əliyevin yenidən hakimiyyətə gələrək ölkəni çətin vəziyyətdən çıxartmağa müvəffəq oldu. Bunun nəticəsində xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edərək ictimai-siyasi elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqın bütövlüyü, milli birliyi təmin edilib”.
YAP Yasamal rayon Təşkilatında Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri tərəfindən nəşr edilmiş əsərlərin təqdimatı keçirildiB.Nəbiyev qonaqları tədbir iştirakçılarına təqdim edərək sözü AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadəyə verib.
İlham Məmmədzadə “Prezident İlham Əliyevin Qələbə fəlsəfəsi və Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin dərki prosesində elmin rolu” mövzusunda məruzə ilə çıxış etdi. Çıxışında professor Qurtuluş Gününün mahiyyətindən irəli gələn vəzifələrin tərkib hissəsi kimi bu zəngin irsin dərk olunması istiqamətində aparılan işlərin səmərəsinin artırılmasında və gəncliyimizə verdiyi töhfədə ictimai təşkilatların rolunu qeyd edərək, Heydər Əliyev ilinə həsr olunan 4 kitab, keçirilən Respublika konfransları, dəyirmi masalar və bundan sonra da görüləcək işlər haqqında iştirakçılara geniş məlumat verdi.
Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışına başlayaraq Ulu Öndərin hakimiyyətdə olduğu illərdə göstərdiyi xidmətlərdən, dövlət idarəçiliyi sahəsində apardığı islahatlardan, böyük layihələrin əhəmiyyətindən və bu idarəçiliyin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs etdi.
YAP Yasamal rayon Təşkilatında Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri tərəfindən nəşr edilmiş əsərlərin təqdimatı keçirildi“Bu gün Milli Qurtuluş ideologiyasının izləri respublikamızın inkişafında özünü göstərir, Azərbaycanın nüfuzunu daha da artırır” - deyə, vurğuladı.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin bir millət iki dövlət düsturu Azərbaycan – Türkiyə birliyinin strategiyasıdır”, f.e.d., proferssor Sakit Hüseynov “Heydər Əliyev və İlham Əliyev: dövlət-din münasibətlərinin tənzimlənməsi”, f.e.d. Füzuli Qurbanov “Liderliyin fəlsəfəsi”, YAP Yasamal rayon təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov “Elmi tədqiqatlarda Ümummilli Lider Heydər Əliyevin irsi və yeni reallıqlar” mövzusunda məruzlə ilə çıxış etdilər.