“Dinşünaslığın fəlsəfi əsasları” adlı monoqrafiya çapdan çıxmışdır
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Həsənağa Məmmədlinin “Dinşünaslığın fəlsəfi əsasları” adlı monoqrafiyası çapdan çıxmışdır.
Monoqrafiyada, elmi əsaslar üzərində qərar tutmuş, dinşünaslığın bəzi məsələlərinin geniş təhlili verilmişdir. Burada, elmin tədqiq edilməmiş və ya az öyrənilmiş tərəfləri araşdırılır, bu da predmetin gələcəkdə daha dərin öyrənilməsi üçün maraq doğurur.
Bu kitabda elm və dinin vahid konseptual, semantik və terminoloji əlaqəsi yaradılır. Həmçinin, humanitar təhsilin yenilənməsi şəraitində, həm də ali təhsil müəssisələrində tədris materialı kimi tövsiyə olunur.
Kitabın elmi redaktoru AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə, rəyçiləri akademik, t.e.d., professor Nərgiz Axundova, texniki redaktoru Hilal Ağamoğlanovdur. (Bakı, “Nurlar” Nəşriyyatı Poliqrafiya Mərkəzi, 2022, 272 səh. Dinşünaslığın fəlsəfi əsasları).