05.06.2023, 10:24 - Baxış sayı: 335

Professor İlham Məmmədzadə "Baku Network" verilişinin qonağı olub


“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq” analitik video layihəsinin növbəti buraxılışı yayımlanıb.
Verilişin qonağı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə olub.
Verilişdə Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.
İlham Məmmədzadənin dediyi kimi, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə sürətlə başlamaq lazımdır: “Onların dünyanın müxtəlif yerlərində yaşayan ermənilər tərəfindən manipulyasiyası onlara zərbə vurur. Bu manipulyasiya davam edəcək. Reinteqrasiya uzun prosesdir və qaçılmazdır. Ölkəmiz dialoqda maraqlıdır”.