Fəlsəfə İnstitutunun alimlərinin məqalələri beynəlxalq elektron elmi jurnalda dərc edilib
Artıq beş ildir ki, AMEA-nın Fəlsəfə İnstitutu və Fransanın Nitsa şəhərində yerləşən Sofiya-Antipolis Universiteti ilə elmi əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən hər il Bakıda və Fransada elmi konfranslar keçirilir.
2017-ci ilin noyabrın 10-da Fransada “Həmrəylik: fəlsəfi prinsipləri və hüquqi qaydaları probleminə Fransa-Azərbaycan təcrübəsində müqayisəli yanaşma” haqqında konfrans keçirilmişdir. Konfransda “mondeallaşmış cəmiyyətdə həmrəyliyin gələcəyi necə olmalıdır?” “Avropa həmrəyliyin yenidən bərpa olunmasına nə verə bilər?” “Fransa həmrəylik modeli kimi qalırmı?” “O biri ölkələrdən və Azərbaycan modelindən nə öyrənə bilərik?” kimi məsələlər müzakirə olunmuşdur. Konfransın materialları Fransa universitetlərarası saytında yerləşdirilmişdir.
Qeyd edək ki, elektron elmi jurnalda Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin, xarici əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyevanın, davamlı inkişafın fəlsəfəsi şöbəsinin elmi işçisi Yasəmən Qaraqoyunlunun məqalələri yayınlanmışdır.
Həmin jurnalın elektron variantını təqdim edirik.